Mançester Universiteti

Mançester Universiteti (University of Manchester) İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan “Russell Qrupu”nun və elmi-tədqiqat layihələri üzrə “N8 Qrupu”nun üzvüdür. Böyük Britaniyanın “Times Higher Education Supplement – QS World Universities Rankings” jurnalının dünya universitetlərinin 2012-cu il üzrə reytinqində Mançester Universiteti dünyada 26-cı, Avropada 8-ci, Böyük Britaniyada 7-ci yerdə sıralanıb. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır. Mançester Universiteti ənənəvi olaraq güclü elmi ilə seçilib. Dünyanın ilk kiçik təcrübə proqramı və atomun nüvə təbiəti Ernest Rezerford tərəfindən məhz burada kəşf edilib.

22 oktyabr 2004-cü ildə Böyük Britaniya kraliçası II Yelizavetanın Kraliça fərmanına əsasən, Mançester Viktoriya Universiteti ilə Mançester Elm və Texnologiya İnstitutu rəsmən birləşərək, Mançester Universiteti adı altında fəaliyyət göstərir. Universitetin açılışında Kraliça II Yelizaveta şəxsən iştirak edib. Bu hadisə həmin ali təhsil ocağının böyük nüfuz qazanmasına səbəb olub.
Universitet Britaniyada tədris edilən akademik sahələrin sayına görə birincidir. Mançester Universiteti yaranarkən qarşıya qoyulan məqsəd onun aparılan tədqiqatların keyfiyyətinə və icrasına görə 2015-ci ilədək dünyanın ən güclü 25 tədqiqat universitetləri sırasında dayanması olub

Təhsil haqqı

Mançester Universiteti

2012-2013-cu tədris ilində Mançester Universitetində təhsil haqqı yerli tələbələr üçün təxminən 3200 funtsterlinq, əcnəbi tələbələr üçün isə 10000-15000 funt-sterlinq təşkil edib.
Mançester Universitetində hər bir məktəbin tələbələr üçün müxtəlif təqaüdləri mövcuddur. Həmin təqaüdlərə namizəd olmaq məqsədilə tələbələr qəbul ərizələrini göndərərkən universiteti bu barədə məlumatlandırmalıdırlar.

Qəbul qaydaları

Mançester Universitetində ərizələrin qəbulu Universitetlərə və Kolleclərə Qəbul Xidməti vasitəsilə İnternet əsasında həyata keçirilir. Abituriyentlər özləri haqqında müxtəlif məlumatların saxlandığı səhifə açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir və müvafiq proqram üçün müraciət edilir. Müxtəlif proqramların fərqli tələb qaydaları olsa da, universitetlərin əksəriyyətinin tələbləri aşağıdakılara uyğun gəlir:
Niyyət məktubu – inşa şəkilində yazılan bu məktubda abituriyent proqrama nə üçün qəbul olunmaq istədiyini və bundan necə faydalanacağını göstərir;
Tövsiyə məktubları – akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktublardır;
Abituriyentin ingilis dilini bilməsini təsdiq edən sənədlərə – onların ingilis dilinə nə dərəcədə yiyələndiklərini təsdiq edən IELST və ya TOEFL imtahanlarının nəticələri aid edilir;
Əlavə sənədlər – buraya akademik və iş fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr haqqında sənədlər daxildir.

Univeristetin bu günü

Mançester Universiteti dünyanın digər universitetləri kimi geniş kampusa malik deyil. Buna səbəb universitetin özünün xüsusi ərazisinin olmamasıdır. Universitetin nəzdində 1,21 km2 sahəni əhatə edən 341 bina var. Həmin binalar Mançester şəhərinin cənub bölgəsində bir-birinə yaxın yerləşib. Mançester Universitetinin kampusu iki hissədən ibarətdir: Sekvil Stritdə (Sackville Street) və Oksford Roudda (Oxford Road) mərkəzləşmiş Şimal və Cənub kampuslar. Universitetə aid bəzi tikililər şəhərdən kənarda yerləşir. Məsələn, Codrel Radioastroloji Rəsədxanası (Jodrell Bank Observatory) və Birinci Park (One Central Park) binası Çeşir qraflığına yaxın yerdədir.
Mançester Universitetinin nəzdində 22 akademik məktəb və dünya əhəmiyyətli çoxsaylı sahələrin tədrisi və tədqiqatı ilə məşğul olan yüzlərlə tədqiqat institutları vardır. Burada dörd fakültə mövcuddur: Tibb və ictimai elmlər, mühəndislik və fizika, humanitar elmlər və həyat elmləri.
Tibb və ictimai elmlər fakültəsinə tibb, stomatologiya, tibb bacısı, mamalıq və ictimai iş, əczaçılıq və formakologiya, fizioilogiya elmləri məktəbləri daxildir.
Mühəndislik və fizika fakültəsinə Kimya mühəndisliyi və analitik elmlər, kimya, kompüter elmləri, yer, atmosfer və ətraf mühit haqqında elmlər, elektrik və elektronika mühəndisliyi, materiallar, mexanika, aerokosmos və mülki mühəndislik, fizika və astronomiya məktəbləri daxildir.
Humanitar elmlər fakultəsi, incəsənət, tarix və mədəniyyət, pedaqoqika, ətraf mühit və inkişaf, linqvistika və kultrologiya, hüquq, biznes, sosiologiya, əlaqələndirilmiş elmlər mərkəzi məktəbləri aiddir. Həyat elmləri  fakültəsi eyniadlı bir məktəbdən ibarətdir.
Universitetdə 200-ə yaxın müxtəlif adda proqramlar tədris olunur. Yayda isə 800 nəfərlik xüsusi məktəblər fəaliyyət göstərir.
Mançester Universitetinin nəzdində Aerokosmik Tədqiqatlar, Biotibbi Vizualizasiya, Bruks Yoxsulluqla Mübarizə, Dalton Nüvə Tədqiqatları, Sağlamlıq Haqqında Elmlər, Etika və İnnovasiya Elmləri, Neyroelmlər və s. institutlar mövcuddur.

Universitetin tələbə və məzunlarının işlə təmin olunması üçün Karyera Xidməti mövcuddur.  Mançester Universiteti məzunlarının işədüzəlmə göstəricisi də yüksəkdir, onların 94 %-i işlə təmin olunur.
Mançester Universitetində qiymət baxımından bir-birindən çox fərqlənməyən, müxtəlif səviyyəli otaqları olan universitet və özəl yataqxanalar var. Universitet yataqxanalarının böyük hissəsi Felloufild (Fallowfield) kampusunda yerləşir. Universitet yataqxanalarında 9200 nəfər otaqla təmin olunur. Yataqxanada yaşamaq üçün müraciət tədris ili başlamazdan öncə universitetin saytındakı müvafiq səhifədə hesab açaraq, ərizə göndərməklə həyata keçirilir. Ödəniş ildə 2 dəfə aparılır. Universitetə yaxın ərazidəki evlərdə otaqların kirayə qiymətləri baha olmadığından tələbələrin çoxu bu seçimə üstünlük verir.
Mançester Universiteti dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlıq edir və tələbələr qarşılıqlı əlaqələrin nəticəsində müxtəlif mübadilə proqramlarında iştirak etmək hüququna malikdirlər.

Mançester Universitetinin məşhur məzunları

  • Corc Riçards Trinidad və Tobaqonun prezidenti
  • Veysman Xaim, İsrailin ilk prezidenti
  • Teo Hin, Sinqapurun Baş naziri
  • Səid Musa, Belizin sabiq Baş naziri
  • Camaladdin Carcis, Malayziyanın sabiq Elm, Texnologiya və İnnovasiya naziri
  • Marqarit Beket, Böyük Britaniyanın keçmiş ticarət və sənaye naziri
  • Xans Bete, fizika üzrə Nobel mükafatçısı
  • Ernest Rezerford, kimya üzrə Nobel mükafatçısı
  • Uolter Houors, kimya üzrə Nobel mükafatçısı
  • Con Polanyi, kimya üzrə Nobel mükafatçısı
  • Con Salston, tibb və fiziologiya üzrə Nobel mükafatçısı
  • Arçibald Hill, tibb və fiziologiya üzrə Nobel mükafatçısı
  • Jozef Stiqlitz, iqtisadiyyat üzrə Nobel mükafatçısı
  • Artur Luis, iqtisadiyyat üzrə Nobel mükafatçısı
  • Robert Bolt, ssenarist və iki Oskar mükafatçısı

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.