Avropa və Almaniyanın ən yaxşı və yüksək reytinqli universitetləri barədə axtarışda ilk qarşımıza çıxan universitetlərdən biri hər zaman Mannheim Universiteti olur.

Mannheim Universiteti tələbələri biznes, təhsil və cəmiyyətdə liderlik rollarına yiyələnmək üçün hazırlayır. Universiteti bu vəzifədə güclü edən onun iqtisadi və sosial elmlər ilə xarakterizə edilən profilidir. Bu sahələrdə Mannheim Universiteti dəfələrlə Avropanın ən yaxşı ilk 20 tədqiqat institutlarından biri kimi qiymətləndirilmişdir.

Altı məktəbin və şöbənin əməkdaşları Biznesin İdarəedilməsi, İqtisadiyyat, Humanitar, Sosial Elmlər, Hüquq,Biznes İnformatikası və Riyaziyyat sahəsində tədris və tədqiqatlar aparırlar.

Tədqiqatlar
Mannheim Universiteti praktiki yönümlü fəaliyyəti və cəmiyyətlə bilik transferi ilə tanınır. Milli və ya beynəlxalq orqanların üzvü olan və ya biznes, cəmiyyət və siyasətdə məsləhətçi roluna sahib olan çoxsaylı tədqiqatçılar institutlarda və ya birliklərdə işləyirlər. Kampus daxilində bir çox təşkilat və dərnək isə tələbələrə aktiv tələbə həyatı yaşamaq və dünyaya daha yaxşı bir yer etmək üçün çalışma imkanları yaradır.


Beynəlxalq Kampus
Mannheimin barok sarayı ilə əhatə olunan kampusu dünyanın hər yerindən gələn parlaq zəkaların öyrənmək, müzakirə etmək, tədqiqat aparmaq və dünyaya izlər vermək üçün hazırlandığı bir yerdir. Universitetdə təhsil alan hər beşinci tələbə Mannheimdə bakalavr və ya magistr dərəcəsini və ya doktoranturasını davam etdirmək üçün xaricdən gəlir. Mannheim Biznes Məktəbinin tələbələri xaricdən dünyanın ən yaxşı 25 MBA provayderlərindən birində idarəetmə ixtisasını əldə etmək üçün gəlirlər.

Reytinqlər
Mühasibat və Maliyyə sahəsində Almaniyada #1 (Dünyada 51-100)
Biznes və Menecment sahəsində Almaniyada #1 (Dünyada 51-100)
İqtisadiyyat sahəsində Almaniyada #3 (Dünyada 51-100)
Siyasi Elmlər sahəsində Almaniyada #5 (Dünyada 51-100)

Proqramlar
Mannheim Universiteti birinci dərəcəli bakalavr, magistr və doktorantura proqramları təklif edir. İqtisadiyyat, psixologiya, sosiologiya, siyasi elmlər, Roman- German dilləri, tarix, Britaniya və Amerikaşünaslıq, Almanşünaslıq, informatika və biznes informatikası sahəsində təklif olunan proqramların yüksək keyfiyyəti reytinqlərdə dəfələrlə yüksək sıralanmasaı ilə təsdiqlənir.
Universitet yalnız ənənəvi proqramlar təklif etmir, həm də inteqrasiya olunmuş LL.B., hüquq sahəsində dövlət imtahan proqramı və Data Elmində master proqramı, Mədəniyyət və İqtisadiyyat bakalavr proqramı kimi disiplinlerarası və nadir proqramları ilə tanınır. Alternativ olaraq, Almaniyada idarəetmə təhsili üçün ən qabaqcıl institutlardan biri olan Mannheim Business School (MBS) -da MBA proqramı üzrə təhsil ala bilərsiniz.

Mannheim Universitetində təklif olunan proqramlardan bəziləri:

Biznes İdarə Olunması

Biznes İnformatikası

Birtaniya və Amerikaşünaslıq

Media və Kommunikasiya Elmləri

Siyasi Elmlər

Psixologiya

Sosiologiya

Hüquq

Biznes Hüququ

Mühasibat və Vergi

 

Beş qitədə 450 Partnyor Universitet
Mannheim Universiteti tələbələri üçün müvafiq ixtisas üzrə biliklərini inkişaf etdirmək, yeni bir dil öyrənmək və başqa bir mədəniyyətə daxil olmaq üçün bir çox imkanlar yaradır. Həm universitetə müraciət zamanı ikili magistr proqramlarından yararlanmaq həm də təhsil müddətində təklif olunan proqramlarla 450 partnyor universitetdən birində təhsil müddətinin müəyyən bir hissəsini davam etdirmək mümkündür.

 

Təhsil haqqı
Təhsil haqqı, 2017/18 payız semestrindən etibarən Baden-Württemberg –dəki universitetlərin hər birində Almaniyada təhsil almaq istəyən bütün beynəlxalq tələbələrə təsir etmişdir. Təhsil haqqı bir semester semestr üçün 1500 avrodur (illik 3000 avro).
Bununla yanaşı, hər semestrdə 139,35 Avroda olan semester rüsumu ödəmək tələb olunur.
*Hüquq və MBA istisasları üzrə təhsil haqqı qəbul ilinə görə dəyişə bilir.

 

Hal-hazırda Mannheim Universitetində “Comparative Business Law” ixtisası üzrə magistr təhsili alan tələbəmiz Nəzrin Həsənovanın universitet və proqram barədə fikirləri: “Proqramın yaxşı cəhəti odur ki, əsl beynəlxalq mühit formalaşıb. Eyni ölkədən olan ikinci tələbə yoxdur. Çox sayda fənn təklif olunur hansı ki , tələbəyə tam istədiyi ixtisaslaşmanı seçməyə imkan yaradır.
Adətən avropada müəllim və tələbələr arasında münasibətinin soyuqluğu barədə eşidirdim. Lakin burada professorlar və tələbələr arasında çox səmimi və mehriban münasibət var. Proqram beynəlxalq tələbələrdən ibarət olduğu üçün müəllimlər tələbələrlə çox ciddi yanaşır və daha çox dəstək olurlar. Eyni zamanda universitetin sosial həyatının çox aktiv olduğunu da qeyd etməliyəm. Bu isə tələbələrə professorlarla qeyri-formal mühitdə ünsiyət yaratmağa imkan verir.
Proqramın digər müsbət cəhətlərindən biri də tələbələrə Beynəlxalq təşkilatların ofislərinə və müxtəlif şəhərlərə ekskursiyaların təşkil olunmasıdır.”

Qeyd edək ki, Nəzrin Həsənova yüksək akademik göstəricilərinə görə Mannheim Universiteti tərəfindən 5000 avro təqaüdə layiq görülmüşdür.

 

 

Mannheim Universiteti və Almaniyada təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:
CELT Colleges 28 May
Tel: (+994 12) 441 36 65
Mob: (+994 70) 270 75 57
28-may@celt.az
www.celt.az
Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,
Bakı, Azərbaycan AZ1014

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla