Memarlıq və memari mühəndislik ixtisaslarının hər ikisi tikinti sahəsinin əvəzolunmaz parçaları olsalar da, keçirilən dərslər və kariyera aspektləri baxımından bir qədər fərqlidirlər.

Memari mühəndislər tikinti mühəndislərinin əsas keyfiyyətlərinə sahibdirlər. Bu baxımdan, bu peşəyə yiyələnən insanlar funksional dizaynla yanaşı aydınlatma və elektrik sistemlərinin mexanikası və quruluşu haqqındaki baza məlumatlarına da malik olurlar.

Memari mühəndislər memarlarla sıx əməkdaşlıq etsələr də, onların ixtisaslaşması sırf mühəndislikdir və onların iş əhatəsi təkcə tikinti prosesinin özü ilə məhdudlaşır. Lakin bəzi hallarda memari mühəndislik tələbələri məzun olduqdan sonra memar kimi də fəaliyyət göstərirlər. Memari mühəndislik ixtisası güclü riyazi biliyi olan, tətbiqi elmlərə meyl edən insanları daha çox cəlb edir.

Memari mühəndis kimi fəaliyyət göstərmək istəyən kandidatlardan ən azı bakalavr dərəcəsi tələb olunur. Bakalavr müddətində oxumalı olduğunuz fənlər siyahısına Fizika, Mülki mühəndislik nəzəriyyəsi, Texniki dizayn, Hesablama, Mexanika, Termodinamika, Tikinti nəzəriyyəsi, Elektrik sxemləri, Mexaniki sistemlər, Struktur təhlili kimi fənlər daxildir. Əsas kursa əlavə olaraq tələbələr bir neçə əlavə kursları da bitirməli, bir yaxud da iki illik staj keçməlidirlər.

Peşəkar memarlar isə sənayenin birdən artıq sahəsində özlərinə kariyera qura bilərlər. Misal üçün, səhiyyə, yaşayış yeri dizaynı, binaların rekonstruksiyası və ya hansısa bir tikilinin dizaynı kimi işlərlə məşğul ola bilərlər.

Nəticə etibarilə, memarlar konstruksiyalarını dəqiqliklə təsvir edir və həmin layihələri həyata keçirirlər. Memari mühəndislikdən fərqli olaraq iş bazarında özünə yer tapmaq üçün memarlara təkcə bakalavr dərəcəsi kifayət etmir. Keçirilən dərslər təhsil müəəssisələrinə görə fərqli olsa da əsas olan dərslərin siyahısı belədir: Memarlıq üçün CAD  kursları, Memarlığın tarixi, Layihə idarəetməsi, Konstruksiya texnikası, Davamlı tikinti. Magistratura dərəcəsi almaq üçün tələbələr professionallaşmaq istədikləri bölməni seçərək davam edə bilərlər.

Hər iki sahə üzrə dünya lideri olan beş universitetin adını aşağıdaki siyahıda görə bilərsiniz.

Birinci yerdə Masaçusets Texnoloji Universiteti (Amerika) qərarlaşır. Universitetin Memarlıq fakultəsi bütün dünya üzrə məşhurdur. Bəhs edilən ixtisas üzrə təkcə proqramın öz kurrikulumunu deyil, eyni zamanda şəhərsalma, dizayn və hesablama, vizual inəsənət kimi əlavə fənlər də tədris edilir. Həmçinin digər universitetlərlə tələbə mübadiləsi proqramları da professional inkişafa öz töhvəsini verir.

Ikinci yerdə ETH Zurich ( İsveçrə) universitetinin adını çəkə bilərik.

Universitetdə ən yaxşı tədris edilən sahələr mühəndislik, dizayn, texnologiya, riyaziyyat və idarəetmə sahələridir. Memarlıq fakultəsi 1854-cü ildə yaradılıb və elə həmin gündən də dünya çapında memarlıq sahəsində təhsil verən lider universitetlərdən sayılır.

Birləşmiş Krallığın Memarlıq Məktəbi

Bilinən ən qədim memarlıq məktəblərindən olan bu müəssisə tələbələrini gələcək memarlıq həyatlarına əsaslı şəkildə hazırlayır. Müəssisə bu sahədə bakalavr və magistr dərəcələrində təhsil verir.

Pensilvaniya Dövlət Universiteti

Bakalavr və magistratura sahələrində tədris verən universitetin özünün dijital təchizatı və 3D texnologiyası ilə işləyən laboratoriyası var.

Melburn Kral Texnoloji Universiteti

Memarlıq, Dizayn və İnkişaf, Qrafik və Kommunikativ Dizayn kimi ixtisaslarda təhsil təklif edən universitetdə siz bakalavr və magistr pilləsi üzrə memarlıq təhsili ala bilərsiniz.

İstər memarlıq və istərsə də memari mühəndislik sahəsində keyfiyyətli təhsil almaq yolunda isə CELT Colleges Nərimanov ailesi olaraq sizə dəstək olmağa hazırıq.

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla