München Texniki Universiteti

München Texniki Universiteti (Technische Universitat München) Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münhen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet 1868-ci ildə yaradılıb. Dövlət universitetidir. Universitetdə 25 000 tələbə təhsil alır. Universitetdə işçi heyətinin sayı 460 nəfər professor, 4160  nəfər akademik heyət, 2801 nəfər inzibati heyəti var. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Bu ali təhsil ocağının məzunlarından 16 nəfər Nobel mükafatına layiq görülüb.

Böyük Britaniyanın “Times Higher Education Supplement – QS World Universities Rankings” jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Münhen Texniki Universiteti 100 ən yaxşı ali məktəb arasında 55-ci yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında, “Times Higher Education World University Rankings”in açıqlamasına əsasən, Münhen Texniki Universiteti 101-ci, “QS World University Rankings”in açıqlamasına əsasən isə 58-ci yerdədir.

Tarixi

1868-ci ildə Bavariya kralı II Lüdviq politexnik məktəbi yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə bu təhsil müəssisəsi rəsmi olaraq Bavariya Kral Texniki Ali Məktəbi adlandırılır. 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və “Veyenştefan” pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin II Dünya müharibəsi onun planlarını yarıda qoyur.

II Dünya müharibəsi zamanı ali məktəb fəaliyyətini dayandırır, məktəbin 80%-i dağıntıya məruz qalır. Məktəbdə dərslər 1946-cı ildən başlayır, universitetin  yeni binaları, kitabxanası tikilir. 1957-ci ildə Qarxinq şəhərində universitet şəhərciyi tikilir. 1967-ci ildə universitetin tibb fakültəsi açılır, İzar çayının sağ sahilində klinika istifadəyə verilir.

1970-ci ildə ali məktəbə Texniki Universitet adı verilir. 1995-ci ildə kimyaçı professor Volfqan German Münhen Texniki Universitetinin prezidenti təyin edilir. Onun rəhbərliyi altında universitet sürətlə inkişaf edir. 2000-ci ildə Münhen Texniki Universitetində Veyenştefan Həyat və Qida Elmləri, Torpaq istifadəsi və Ətraf mühit Mərkəzi yaradılır. İki il sonra Sinqapurda universitetin Alman Elm və Texnologiya  İnstitutu fəaliyyətə başlayır. 2004-cü il martın 2-də Hans Mayer-Leybnits adına Forschungsreaktor Münhen II aparıcı neytron mənbəyi olan tədqiqat mərkəzinin açılışı baş tutur. 2009-cu ildə Münhen Texniki Universitetinin Təhsil Məktəbi yaradılır.

2006-cı ilin noyabrından başlayaraq Münhen Texniki Universiteti Karlsrue, Lüdviq və Maksimilian Elit universitetləri ilə birgə “Gələcək konsepsiyası” proqramının iştirakçısıdır. Bu konsepsiyaya əsasən universitet 2011-ci ilədək hər il 30 milyon avro məbləğində dövlət yardımı alacaq.

Büdcəsi və təhsil haqqı

2006-cı il mayın 18-də Bavariyada “Ali təhsil haqqında” qanuna dəyişikliklər edilib. 2006-cı ilin 1 iyun tarixindən isə qanun qüvvəyə minib. Həmin qanunun 101-ci maddəsinə əsasən, 2007-ci ildən başlayaraq təhsil ödənişli olub.

2009-2011-ci illərdə Münhen Texniki Universitetində tələbələrin təhsil haqqı bir semestr ərzində 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün isə tələbə 42 avro ödəməlidir. 2009-cu ilədək burada tələbələrdən 50 avro dəyərində inzibati ödəniş tələb olunurdu, lakin həmin il aprelin 1-dən bu ödəniş ləğv edilib.

Münhen Texniki Universitetində tələbələrə müxtəlif təqaüd təklif edilir. Təqaüdün məbləği orta hesabla bakalavrlar üçün 580 avro, magistrant və doktorantlar üçün isə 1050 avro təşkil edir.

Münhendə yaşayış yeri tapmaq tələbələr üçün xüsusilə oktyabr və noyabr aylarında,  çətindir. Tələbələr, əsasən, xüsusi evlərdə kirayədə qalırlar. Tələbə xidməti idarələri gənclərə bir sıra yataqxanalar təklif edir. Burada otaqların aylıq qiyməti 300-600 avro arasında dəyişir.

Universitet bu gün

Münhen Texniki Universiteti Münhen şəhərində İzar çayının və A9 avtobanının yaxınlığında yerləşir. Universitetin korpuslarını Münhen U-Bahn, Qarxinq-Hoxbrük, Qarxinq və Qarxinq-Forshunqzentrum metro stansiyaları birləşdirir. Münhen füsunkar gözəlliyə malik sakit və təhlükəsiz şəhərdir. Demək olar ki, şəhərin gecə həyatı mövcud deyil.

Bir çox alman universitetləri kimi, Münhen Texniki Universitetinin də kampusu yoxdur. Lakin Qarxinq şəhərində yerləşən universitetin ərazisi gündən-günə böyüyür və kampusu xatırladır. Münhen Texniki Universitetinin əsas binası Münhen şəhərinin mərkəzindədir. Münhendə həmçinin ali məktəbin tibb kampusu, Veyenştefan ərazisində Həyat və Qida Elmləri Mərkəzi yerləşir.

Münhen Texniki Universitetində 133 proqram təklif edən 13 fakültə mövcuddur. Bunlar riyaziyyat, fizika, kimya, iqtisadiyyat, inşaat və geodeziya, memarlıq, maşınqayırma, elektrotexnika və hesablama texnikası, kompüter elmləri, tibb, idman fakültələri, Veyenştefan Həyat, Qida Torpaq İstifadəsi və Ətraf Mühit Mərkəzidir. Sadalanan fakültələrlə yanaşı, universitetdə FRM-II Reaktor tədqiqatları, Texnika və yarımkeçiricilər fizikası departamenti (Valter Şottki İnstitutu), Avropa Cənub Rəsədxanasının qərargahı, Maks Planka institutları (atrofizika, fəza, plazma, kvant optikası), Valter Maysner (aşağı temperatur fizikası), Leybnits Rexenzentrum institutları, Bavariya Tətbiqi Energetik Tədqiqatlar, Reaktorların təhlükəsizliyi, Qlobal tədqiqatlar və digər elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir

Münhen Texniki Universiteti 140-dan çox ölkənin ali məktəbləri ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadiləsi aparır. Sinqapur Milli Universiteti, Nanyanq Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin Almaniya Elm və Texnologiya İnstitutu fəaliyyət göstərir. Münhen Texniki Universiteti Danimarka, Vyana, Corciya, Dehli, Sisindorn Beynəlxalq texniki universitetləri, Stenford, İllinoys, Kornell, Tsinxua, Tokio, Melburn və dünyanın digər nüfuzlu universitetləri ilə beynəlxalq əlaqələr qurur, birgə layihələr həyata keçirir.

Münhen Texniki Universitetinin idarə olunması İcra Şurası, Dekanlar Departamenti, Mərkəzi Elmi Müəssisələr İdarəsi tərəfindən həyata keçirilir. Ali məktəbin  prezidenti professor Volfqanq Hermanndır. Ali məktəbdə 460 nəfər professor, 4160 nəfər akademik heyət, 2801 nəfər inzibati heyət çalışır.

Münhen Texniki Universitetində ümumilikdə 25000 nəfər tələbə qeydə alınıb. Onların 4000-nə yaxını dünyanın müxtəlif ölkələrindən gəlmiş əcnəbi tələbələrdir. Münhen Texniki Universitetində də dünyanın digər ali məktəblərində olduğu kimi, müxtəlif tələbə təşkilatları, birliklər, idman komandaları fəaliyyət göstərir, gənclərin dərsdən sonrakı asudə vaxtlarını səmərəli keçirmələri üçün rəngarəng tədbirlər təşkil olunur.

Almaniya təhsil sistemi hər zaman dünyəviliyi, yüksək səviyyədə təşkil olunması ilə seçilib və digər ölkələr üçün nümunə olub. Müxtəlif dövlətlərdə yeni yaradılan dövlət və özəl ali məktəblər alman prinsiplərini üstün tutaraq ona əməl etməyə çalışıb. Münhen Texniki Universiteti alman təhsil sisteminin ən yaxşı cəhətlərini özündə birləşdirən elmi-tədqiqat mərkəzidir. Xüsusilə dəqiq və texniki elmlər üzrə ixtisaslaşmış Münhen Texniki Universiteti dünyaya çoxlu sayda alimlər, dahi şəxslər, eləcə də  saysız-hesabsız elmi nailiyyətlər bəxş edib və bu missiyasını layiqincə yerinə yetirməkdə davam edir.

20 thoughts on “München Texniki Universiteti”

  1. Salam. Mən Almaniyada təhsil almaq istəyirəm. Ancaq bilmirəm ki Almaniyada təhsil almaq üçün nə kimi şərtlər lazımdır?

    1. Salam. CELT-də IELTS hazırlaşmaq. Dövlət istəyirsinizsə, High School keçmək, Özəl istəyirsinizsə IELTS və Attestat lazımdır.

  2. Salam 2-ci kursam riyaziyyat oxuyuram. Magistr təhsilimi Münhen Texniki Universitetində almaq istəyirəm . Dövlət hesabına magistr təhsili almaq mümkündürmü? Mümkündürsə hansı şərtlər daxilində?

  3. Salam. Mən 2ci kursa maliyyə ixtisası üzrə təhsil alıram. GPA 95 dir. Əgər İELTS 6.5 alsam bu universitetə rahat şəkildə qəbul ola bilərəm? (Alman dilini bilmirəm və öyrənməsəm problem olar?) Başqa nələrə daha çox diqqət yetirməliyəm, nələr tələb olunur?. Zəhmət olmasa deyərsiz)))

  4. Salam. Almaniyada Münhen texniki universitetində magistr üzrə təhsili almaq istəyirəm. Tehsil haqqi ve GPA ne qeder olmalidir?

  5. Salam, ushaq 10-cu sinifde oxuyacaq. Munxen Texniki univesitetine qebul ve ozumaq ucun neler teleb olunur ve neceye basha qelir?
    Teshekkur edirem

    1. Salam. Attestat aldıqdan sonra bir il hazırlıq və ya burda bir il universitet tədrisi sonra 3 il bakalavr. Qəbul üçün Alman dili sertifikatı lazımdır. İllik 500 1500 arasında dəyişir

  6. Salam Necesiniz? Size bir neçə sualım olacaq, əgər mümkündüsə cavablandıra bilərsiniz zəhmət olmasa.
    1)Almaniyada Elektroenergetika fakultəsinin Magistr qəbulu varmı?
    2)Əgər varsa, Hansı sənədlər , dil sertifaktları və GPA ne qədər istənilir?
    3) Sonuncusu Mənim ixtisasıma hansı Universiteti məsləhət bilərsiniz?

    1. Salam. Bəli var. Qəbul üçün ixtisas eyniliyi və ya yaxınlığı, yüksək ortalama bal və İELTS 6.5 lazımdır. Universitetlər üçün ofisimizə zəng edin. 28 May ofisi Həmidə xanım.

  7. Salam mən hazirda 2ci kursu bitirdim. Münhen texniki universitetində magistr üzrə təhsili almaq istəyirəm. Hazirda texniki universitetin Maşınqayırma sahəsi üzrə təhsil alıram. Magistraturanıda elə Münhen də Maşınqayırma üzrə davam etmək istyrəm. Orda oxumaq üçün nələr lazimdi, ətraflı məlumat almaq istəyərdim. Pulsuz təhsil üçün nələr lazimdi, dil səviyyəsi, ortalama bali bunlar. Almanca biraz Bilirəm, 4cü kursa kimi yaxşi səviyyə çatira bilərəm. Mənə zəhmət olmasa ətraflı məlumat verərdiz bunlar barəsində. Təşəkkürlər

    1. Salam. Pulsuz təhsil yoxdur. İllik hardasa 500 avrodur və ya bir az çox. Münxen ən yüksək səviyyəli undiir bu sahədə. Qəbul üçün yüksək GPA, İELTS 6.5 və yuxarı və mümkünsə bu sahədə təcrübə. Almaniyanın Oxford kimidir bu uni. Yəni belə asanlıqla qəbul yoxdur. Məsələn öncəki tələbəmin BP də təcrübəsi var idi və orda SPACE mühendisliyini oxudu. Almanca çox vacib deyil ama olması üstünlükdür.

  8. Men Almaniyada iqtisadiyyat uzre magistr tehsili almaq isteyirem amma hansi universitet olmagina qerar vere bilmirem. Teqaudlu tehsil isteyirem. Mene de komek ede bilersiniz?

    1. Almaniyada təqaüd yoxdur. Sadəcə təhsil haqqı ya çox azdr ya da yoxdur. Bütün universitetlərdə demək olar ki təhsil haqqları min avronu keçmir. Təqaüd üçün DAAD baş vura bilərsiniz ama 77 GPA ilə şansınız çox azdır.

    2. Salam bərpa olunan enerji üzrə magistr təhsili almaq istəyirəm.Bakalavr energetika mühəndisliyi üzrə təhsil alıram.83 GPA ilə DAAD təqaüdü qazanmaq şansım var?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username