Nabran Yay Məktəbi

Yay fəsli yaxınlaşdıqca insanlar ölkənin səfalı guşələrində istirahət etmək üçün  müxtəlif bölgələrdə dincəlirlər. Artıq tələbələr, müxtəlid orqanlarda çalışan şəxslər  yay tətilini təbiət qoynunda keçirirlər. Əsrarəngiz təbiət insanlara dincəlmək üçün ən əlverişli məkandır. Azərbaycanın hər bir guşəsi özünəməxsus gözəlliyə sahibdir. Bu həmdə Azərbaycan coğrafiyasının zənginliyinin sübutudur. Bu özünəməxsus məkanlardan biri “Nabran” istirahət mərkəzidir. Nabran Xaçmaz rayonunda yerləşir və Bakıdan 200 km məsafədə yerləşir. Burda insanın özünü yaxşı hiss etməsi üçün hər bir şərait vardır.

Artıq bi neçə ildir ki, CELT Colleges tədris mərkəzində  uzunmüddətli layihə kimi həyata keçrilən “Nabran Yay Məktəbi” bir çox tələbələrin, şagirdlərin ürəyincə olmuşdur. Hər təxminən iyun aylarında təşkil edilən bu məktəb  orta məktəb şagirdlərinin,tələbələrin  və maraqlı şəxslərin marağına səbəb olmuşdur. Xüsusilə orta məktəb şagirdləri üçün əlverişli olan bu layihədə istirahət etməklə bərabər, ingilis dili biliklərinizi zənginləşdircəksiniz. Bunlardan başqa sizlərin orada ingilis dilində xarici müəllim dərslər tədris edəcək. Və Nabran istirahət mərkəzində turist kimi xaricdən ingilis dilli şəxslərlə geniş söhbət imkanı olacaqdır.

Bütün bunlar onu deməyə əsas verir ki, istirahətə gedəcək insanlar  əsl dincələcəklər. Xarici müəllimdən dərslər almaq üçün bir çox insan xaricə gedir. Lakin CELT Colleges sizə bu imkanı yaradaraq istirahət mərkəzində xaricə müəllimlə dərslər təşkil edir. İngilis dili dərslər üçün bütün səviyyələr üzrə olan öyrənciləri nəzərə alaraq, öyrəncilər qruplara bölünərək hər bir səviyyəyə uyğun bölünürlər. Pre-intermediate səviyyəsində olanlar xarici müəllimdən dərslər ala bilərlər. Lakin  aşağı səviyyələrdən olan öyrəncilərdə xarici müəllimlə söhbət etmək imkanı olacaq. Çünki istirahət zamanı xarici müəllim də şagirdlərlə birlikdə həm istirahət edəcək, həm də dərslər tədris edəcək.

Burada tələbələrə kompyuter texnologiyaları ilə əlaqəli olan istənilən fəaliyyət sahəsində aldıqları biliklərdən faydalanmaq imkanı yaradılıb. DVD dərsləri isə hər həftənin sonunda seyr etdikləri filmlərə aid inşalar yazmaqdan ibarətdir. Xüsusi ayrılmış yerləri iki və üç nəfərlik otaqlar, gündəlik səhər, nahar və şam yeməyi, hər otaqda TV, yüksək sürətli internet xətti və telefon rabitəsi, kafedə pulsuz gündə üç dəfə yemək təşkil olunur.

Bu layihə üçün Nabran istirahət mərkəzinin seçilməsi təsadüfi deyil. Digər məkanlarda seçmək olardı, lakin bu istirahət mərkəzi bütün müsbət komponenetləri özündə birləşdirir. Beləliklə, burada iki mühüm komponenet- təbitə və dəniz  yerləşir. Bir tərəfində sıx meşəlik, digər bir tərəfində təmiz dənizlə əhatə olunur. Bundan başqa şagirdlər üçün əlverişli şəraitin olması bu istirahət mərkəzinin seçilməsuinə səbəb olub.

Yay düşərgəsinin üstünlükləri:

  • Dəniz sahilində yerləşməsi
  • Sıx meşəliyin olması
  • Rahat şərait
  • İştirakçılara yüksək xidmət göstərilməsi
  • Müxtəlif sivilizasiyalara məxsus insanlarla söhbət etmək imkanı
  • Yüksək sürətli internet

İki həftədən başlayan proqrama aşağıdakılar daxildir:

  • Koteclərdə Qrup və individual qalmaq
  • Britaniya və Amerikadan olan müəllimlərlə gündəlik dərs
  • Tələbərə rəhbərlik edəcək CELT şirkətinin təyin etdiyi məsul şəxs
  • Gündə üç dəfə müxtəlif çeşidli Avropa və Azərbaycan mətbəxi
  • Voleybol, basketbol, diskoteka, hovuz
  • Villada  qalmaq

Beləliklə, Siz də əgər yay tətilinizi səmərəli keçirmək istəyirsinizsə, bizə qoşulun. Siz sadəcə qoşulun, keyfiyyəti özünüz hiss edəcəksiniz. Həm dil bacarıqlarınızı zənginləşdirin, həm də istirahət edin. CELT Colleges sizin xidmətinizdədir.

CELT  28  May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel:  012 441  36 65 ,  012 418 08 67

 

 

2 thoughts on “Nabran Yay Məktəbi”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe