Mən neçə xarici dil öyrənməliyəm

Bu gün neçə Xarici dil öyrənmək lazımdır?

Salam. Sizcə bü gün neçə xarici dil öyrənmək işiniz üçün faydalı ola bilər?

Bu gün bir Azərbaycan vətəndaşı üçün neçə xarici dilin öyrənməsinin faydalı olacağı haqqında danışmaq istərdim. Dil öyrənmək, fərqli mədəniyyətləri anlamaq, zəngin biliyə fikirlərə düşüncələrə sahib olmaq çox gözəl və zənginlikdir. amma indi gerçəklik necədir?

Bu gün həyatımızda o qədər etməli olduğumuz və bağlı olduğumuz fəaliyyətlər var ki, biz universiteti bitirənə qədər bir neçə dil öyrənmək istədiyimiz halda bir dilə belə ətraflı sahib ola bilmirik.

Azərbaycan Sovetlərin tərkibində olduğu üçün bu gün əsasən ana dilimizlə yanaşı Rus dilindən də istifadə edirik. Amma tarix və zamana baxsanız dünyada hər zaman bir dil dünya dili sayılır və bu heç zaman Rus dili olmayıb təəssüf ki. Öncələr bu Fransız dili olsa da, indiki zamanımızda bəyənsək də bəyənməsək də, dilimizə yaxın və ya uzaq olsa da, bu İngilis dilidir.


 

Qısa və dəqiq söyləmək istəyirəm. Sizə bu gün sadəcə İngilis dili lazımdır. Əminliklə deyə bilərəm ki dünyaya çıxmaq istəyirsinizsə istədiyinizə nail olmaq üçün sadəcə və sadəcə bir dil yetərlidir.

 

Sizə bir təcrübəmi paylaşım. Mən İngilis dili və Ədəbiyyatını ixtisasını oxuyarkən, universiteti bitirəndə 4 dilə (Rus, İngilis, Fransız və Alman) sahib olmaq planım vardı. Gecə-gündüz onları düşünürdüm. İkisinin hazırlığına belə başlamışdım.

Bir gün bir professorumuza yaxınlaşıb dedim ki mənə 4 dili ətraflı şəkildə öyrənmək üçün nə məsləhət verə bilərsiniz. Professor baxdı üzümə və güldü. Dedi sən keçmişin təsirində qalmısan və səninlə bərabər çox insan təəssüf ki, bu haldadır. Dedi İngilis dilini öyrənib bitirdin ki başqa dilləri də mənimsədin. Qətiyyətlə, etiraz etdi və mənim sadəcə bir dil üzrə ixtisasım üzrə, sevdiyim dil üzrə, gələcəyimə hər zaman açar rolu oynayacaq dil üzrə, çox dərin öyrənməmi hətta əsər yazacaq qədər mənimsəməmi istədi. 4 dillə heç bir şey etmək olmaz amma bir dillə çox şey etmək olar. Mənə inanmırsınızsa dinləyin zəhmət olmasa.


Təbii o zaman tərəddüdlü qalsam da sevdiyim professoruma qulaq asaraq bütün gecə gündüzümü İngilis dilinə yönəltdim. Həyatımda düşündüyüm nə var idisə İngilis dilinə görə düşünürdüm.  İngilis dilindən başqa heç bir ixtisas məni maraqlandırmırdı.

Universitetin köhnəlmiş sistemi ilə deyil o zaman məşhur Headstart kitablarını bahalı-bahalı alıb oxuyurdum. O zaman dinləmə üsulu olaraq kasetlə dinləyirdim kitabları. Universiteti bitirməyimdən 10 ildən çox keçib və mən hələ də Ana dilimlə yanaşı sadəcə İngilis dilini bilirəm. Amma o zaman mənimlə bərabər olan bütün dostlarım heç biri bu ideyaya inanmadı.

Bəziləri orta səviyyəli İngilis dili müəllimi oldu, bəziləri heç ingilis dilindən bir kəlimə də bilmir, bəziləri inşaatda işləyir və bəziləri hələ nə edəcəyini belə bilmir. Bu onların bacarıqlı olmadığı anlamına gəlməz. Hamısı yetərli dərəcədə məndən üstün insanlar idi. Bəziləri Rus dilini belə yüksək səviyyədə bilirdi.

Sadəcə o professorumuza inanmadılar. 50 işin arxasınca getdilər. Lazımsız dərəcə qrammatikanı oxuyub İngilislərdən səhv tutmaya çalışdılar. Reallığı buraxıb fərziyyələrə inandılar. Adlarını çəkib onlar onları üzmək istəmərəm amma indi o oxuduğu ixtisasdan onların işinə heç bir aidiyyəti yoxdur. O zaman o ixtisası oxumağın nə anlamı var amma bu ayrı mövzudur.

Mən sadəcə bir dil ilə, başqa inanın heç bir bacarığım yox idi. Dünyanı sadəcə coğrafiyadan bilirdim. Sadəcə bir dil ilə dünyanı gəzdim. Amerikada magistr təhsili aldım heç bir ödəniş etmədən, kompüteri öyrəndim. İstədiyim kimi yaşayıram.

Gözəl müəllim oldum. Tələbələrə xaricdə oxumaq haqqında məsləhətlər verə bilirəm, sabah istəsəm diplomat da ola bilərəm, kim istəsəm olma imkanım var. Səbəb? Sadəcə və sadəcə bir dili çox yaxşı bilirəm və bu mənə bütün qapıları açır.

Sizə bu gün ən yüksək vəzifə olan Prezidentin neçə dili bilməyə ehtiyacı var? Sadəcə bir dilə. Sizcə hansı prezident diplomatiyanı bir neçə dildə apara bilər? Fransız dilini bilən prezidentlər belə Fransaya gedəndə ingilis dilindən istifadə edirlər. Çünki İngilis dili artıq diplomatiya dilidir. Bütün terminologiya formalaşıb. Bütün düşüncələr birdir. Diplomatiyada önəmli olan dilin incəliyidir. Onu bir neçə dildə etmək çox çətindir. Demək gələcəkdə prezident olsanız belə sizə sadəcə ingilis dili yetərlidir.

Çin dili bilsəniz belə adı söhbətləri çıxaraq diplomat dilini ingilis dilində etmək məcburiyyətində qalırsınız. Çünki bir Çinə görə hər hansı ölkənin prezidenti durub  gecə-gündüzünü çalışaraq bütün vaxtını Çin diplomat dilinə ayıracaq deyil. Bu gün hər hansı ölkənin Xarici işləri Naziri İngilis dili yerinə rus dilini və ya Çin dilini bilsə kim onu Nazir edər ki? Tərcümə ilə bir yerə kimi gedə bilirsən, o dilin çəkici əlində olacaq ki diplomatiyada uğur qazanacaqsan. Azərbaycan Prezidenti bu gün dünyada İngilis dili gözəl istifadə etməklə bir çox böyük ölkələrin prezidentindən daha səmimi qarşılanır.


Zamanı gəldiyində tərcüməçi oluram, zamanı gəldiyində müəllim, zamanı gəldiyində məsləhətçi. Yəni ixtisasca tədris insanı olduğum üçün İngilis dili ilə tədrisə elmə aid nə varsa mənim üçün öyrənmək və tətbiq etmək çətin deyil.

Bu gün çox təəssüf ki bizim məktəblərdə ingilis dili yetərincə deyil. Amma bu tək Azərbaycanın problemi deyil demək olar ki heç bir ölkənin məktəbində dil tədrisi super şəkildə olmur. Amma indi gözəl tədris metodları var. Cambridge sistemi var. Mən dinləmələrə sadəcə kasetlə baxırdımsa indi telefonla gecə gündüz dinləmə etmək mümkündür.

Rus dilini bilmirsiznizsə heç bir uatanacaq tərəfi yoxdur. Çox insan elə düşünür ki Rus dilini bilməsə Azərbaycanda kimsə onları işə almayacaq və ya cəmiyyət onu qəbul etməyəcək. Belə şeylər sadəcə şişirtmədir. Bizim rəsmi dilimiz Azərbaycan dilidir.

Azərbaycan dili, İngilis dili və ixtisasınız sizə istənilən ən yaxşı qapını açacaq. Amma təbii elə ixtisaslar var orda rus dili mütləqdir o ayrı məsələ. Qəbul etmək lazımdır ki Azərbaycan yaxşı işlərin çoxu rus dilində deyil İngilis dilindədir.


Dünyada İngilis dili hər şey etmək olar amma Rus dili ilə sadəcə Sovetlərə bağlısınız amma onlar da İngilis dilinə bağlıdır.

Sadəcə kitab oxumağı götürün. Biriləri o kitabı İngilis dilindən rus dilinə tərcümə edir və siz onu Rusca oxuyursunuz. Amma o orijinal olaraq ingilis dilində yazılıb. Dünyada indi ən yaxşı əsərlər belə İngilis dilində yazılır çünki müştəri oxucu bu dildədir. Və orijinal kitab oxumaq başqa şeydir.

Kimsə inanır ki Rus dilini, Azərbaycan dilini və İngilis dilini eyni zamanda mükəmməl biləcəksə bu sadəcə və sadəcə xəyaldır. Heç kim Ana dilindən başqa əlavə iki dili orijinal öyrənə bilməz.

Artıq bu günün dünyası ona imkan tapmır. O qədər resurs və məlumat var ki onlara vaxtınız qalmır. Mən ABŞ-da olarkən İspan dilini öyrəndim amma indi iki kəlimə belə xatırlamıram. Çünki İspan dili mənim nəyimə lazımdır ki, Bakıya İspan gələndə belə İngiliscə danışır.


Sonra Rus dilini öyrəndim və ya öyrənməyə çalışdım amma mən evdə ailədə Azərbaycan dilində danışdığımız üçün Rus dilini harada istifadə edəcəm ki. Hara gedirəmsə hər kəs mənim Ana dilimdə danışa bilirsə mən özümü Rusca danışmağa necə məcbur edə bilərəm ki. İndi o dillərdən heç əlamət yoxdur məndə. Çünki insan beyni ixtisası ilə yanaşı professional olmaq üçün bir xarici dili öyrənmək imkanı tapır və bu da ən dəyərli dil olmalıdır ki hər yerdə işinizə yarasın. Mən illərdir dil və dilin inkişafı ilə təcrübəm olduğu üçün və eyni ideyaları həyata keçirtmək istədiyim üçün və nail ola bilməyən və ya nail olmağın mümkünlüyü görən biri kimi hər kəsə məsləhət görürəm ki bir dili çox yaaxşı öyrənin. Heç bir zaman uduzmayacaqsınız.

İndi rəqabət 2000-ci illərin rəqabəti deyil. Çoxlu kadrlar  yetişib Bakıda. İndi nəyi adi bilənlərdən çox bilirsənsə, hər hansı sahəni təcrübədən keçirmisənsə və üstəlik İngilis dilin mükəmməldirsə işi udmaq şansın çoxdur. Bu bir reallıqdır.

Təbii ki bu Ana dili Rus dili olanlar üçün ayrı bir məsələdir. Onlar Azərbaycan dili ana dili kimi bilmədiyindən onlar Rus və İngilis dilini bilir.

Bu gün kiməsə orta səviyyədə dil və işini bilən işçi lazım deyil. Yaxşı dəyərli bir insan olmaq istəyirsinizsə işinizdə ilk öncə sahənizi yaxşı çox yaxşı öyrəncəksiniz. Başqa şeylərə sadəcə vaxt ayırmaq mənasızdır. Hər dildən iki kəlimə öyrənmək kiməsə lazım deyil.

Qısaca ya işinizi çox yaxşı bilin ya da heç bilməyin. İşini yaxşı bilməyənə ,8 diplomu olana indi nə qız verirlər nə də o insan kiməsə lazımdır)))).

Ümid edirəm uzun yazım siz yormaz. Sizin fikirlərinizi öyrənmək çox önəmlidir. Təcrübənizi bölüşün. Şərhlərinizi mütləq cavablandıracağam

 

10 thoughts on “Bu gün neçə Xarici dil öyrənmək lazımdır?”

  1. Çox sağ olun. Çox doğru yazmısız. Mən də seçim arasında qalıb uduzmuşam. Hər zaman bir xarici dil bilmək arzum var idi və buna savadım da çatırdı. Kaş qabağıma bir professor çıxaydı. Eybi yox. Ən azından dərs çıxartmaq da böyük işdir. Uşaqlarıma professor olmasam da tövsiyyə edərəm. Çox təşəkkür edirəm. Thank you very much.

  2. Salam.bilmirem bu yazı bura ne vaxt yazılıb belkede iller öncə.ama menim hal hazrda bir dəstəyə,bir ağıl verene yol gösterene ehtiyacm vardı iki secm arasında qalmsdm.bu yorum sanki butun suallarma cavab oldu.minnətdaram heqqieten ♧

  3. Evvelce melumat ucun cox sag olun.Minnetdaram.Men hemise maraqlaniram dil oyrenmekle.Hetta bezen 5 dil bilenlerin mukemmel seviyyede bildiklerini dusunurdum.Amma atam hemise yalnis dusunduyumu deyir.Men de xeyalperestem bezen daha cox xeyal bizim sahib olacaqlarimizdan da mehrum ede biler.Daha cox dil oyrenmeyin xeyalindayam.Amma fikrimin bele yonelmeyi oz ixtisasimi Ingilis dilini inkisaf etdirmeyimi lengide biler.Oz ixtisasimi genislendirmekle ne vaxta xaricde de bu dili tedris ede bilerem?

  4. Əvvəlcə, salam. Mən hüquqşünaslıq ixtisası üzrə təhsil alıram. Bilmək istəyirəm ki, konkret hansı dilə yönəlməliyəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next