22 Noyabr 15.00-də Böyük Britaniyanın, eləcə də dünyanın ən yaxşı universitetlərindən biri sayılan Newcastle Universitetinin London Kampusunun nümayəndəsi Jonathon Greenhow CELT Colleges İçərişəhər ofisində görüşünüzdə olacaq. Görüş tələbə və valideynlərin üzünə açıqdır. Universitetin tədris proqrmaları və tələbə həyatı ilə maraqlanan hər bir kəs ofisimizə gələ bilər.
Universitetin London Kampusunda biznes üzrə foundation, bakalavr, magistr və pre-master dərslərinə qatıla bilərsiniz.

Universitetin üstünlükləri:

Dünyanın maliyyə mərkəzi olan Londonda yerləşməsi.

Dərəcə proqramları Newcastle Universiteti Biznes məktəbi tərəfindən tərtib olunaraq 3 qat akkreditasiyaya malikdir (AACSB, AMBA and EQUIS). Bununla da universitetin proqramları dünyanın ən yaxşı biznes proqramlarından biri edir.

Newcastle Universiteti Böyük Britaniyada araşdırma gücünə görə dünyanın ən yaxşı 16-cı universitetidir. Bu o deməkdir ki, siz məzun olduqdan sonra təhsil aldığınız sahədə ən sonra düşüncələr və araşdırmalarla tanış olacaqsınız və bu da beynəlxalq əmək bazarında əvəzedilməz faktor olacaqdır.

Ünvan: İçərişəhər metrosu, İstiqlaliyyət 59, İqtisad universiteti ilə üzbəüz.
Tel: (012) 492 68 53
(055) 644 72 80
e-mail: admissions@celt.az
Instagram: celticharishahar
Google map-də ünvanımız: https://goo.gl/THPPQu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla