Niyə Hollandiya?

Hollandiyada təhsil alan hər 10 tələbədən birinin xarici vətəndaş olduğunu bilirdinizmi? Bu ölkədə ümumilikdə 90.000 dən artıq beynəlxalq tələbə təhsil alır və bu rəqəm hər il artmaqda davam edir. Gəlin görək tələbləri Hollandiyaya cəlb edən əsas səbəblər nələrdir?

  1. Hollandiyada ingilis dilində təhsil almaq üçün 2100 dən daha çox proqram vardır.

Hollandiya universitetləri Avropa qitəsində ingilis dilində ən çox sayda proqram təklif edən universitetlər hesab edilir. Bundan əlavə ölkənin təxminən 95 faizi səlis ingilis dilində danışdığından, gündəlik həyatda ünsiyyət qurmaqda çətinlik çəkməyəcəksiniz.

2. Ödədiyiniz pulun qarşılığında yüksək dərəcəli təhsil əldə edin.

Niderland universitetlərinin reytinqi hərkəsə məlumdur. Dünyanın top 100 universiteti arasında 7 Holland universiteti tapmaq da bunun ən təbii nümunələrindən biridir. Reytinq olaraq Böyük Britaniya universitetlərindən heç də geri qalmasalar da, Holland universitetlərində tədris alarkən ödədiyiniz təhsil haqqı və yaşayış xərcləriniz müqayisədə daha aşağıdır. Qeyd edim ki bu ölkədə oxuyarkən təqaüd qazanma şanslarınız da Böyük Britaniya ilə müqayisədə daha böyükdür.

3. Beynəlxalq bir cəmiyyətin parçası olun.

Hollandiyaya hər il təhsil almaq üçün 160 fərqli ölkədən tələbələr üz tutur. Dutch cəmiyyəti digər ölkələrlə çox sıx mədəni, siyasi və iqtisadi əlaqədədir. Bundan əlavə cəmiyyət olaraq yeniliyə və inkişafa açıq bir cəmiyyət olduqlarından, yeni insanlarla tanış olmaq və fikir mübadiləsi etmək çox asandır.

4. Dünyanın ən təhlükəsiz və xoşbəxt cəmiyyətlərindən biri hesab edilir.

2016 GlobaI Peace İndex-ə görə Hollandiya dünyanın 10 ən xoşbəxt və təhlükəsiz ölkəsindən biridir. OECD Better Life İndex-dən bu ölkənin yaşayış standartları haqqında daha çox məlumat edə bilərsiniz.

5. Bütün Avropa qapınızın önündə olacaqdır.

Əgər Hollandiyada yaşayırsınızsa, səyahət etmək sizin üçün gündəlik bir hadisəyə çevriləcək. Cəmi 3 saatda Parisə,  4-5 saata qatarla Londona və Berlinə gedə bilərsiniz. Məhz bu səbəbdən Hollandiyanı bütün Avropaya açılan bir qapı hesab etmək olar.

6. Karyera üçün ən düzgün addımlardan biri.

Niderland iqtisadiyyatı dünyanın ən böyük 17-ci iqtisadiyyatı hesab edilir. Philips, Heineken, KLM, Shell,  ING və Unilever kimi böyük şirkətlər bu ölkənin ən qabaqcıllarındandır. Hollandiya kənd təsərrüfatı, su sistemləri idarə etməsi, incəsənət və dizayn, logistika və davamlı enerji sahələrində dünyanın ən tanınmış ölkələrindəndir.

7. Məzun olduqdan sonra uğurlu karyeraya start verə bilərisiniz.

Holland hökuməti talantlı və bilikləri gəncləri özünə cəlb etməyə çalışır. Bu səbəbdəndir ki, beynəlxalq tələbələr universiteti bitidikdən sonra iş tapmaq üçün 1 illik yaşayış icazəsinə müraciət edə bilərlər və ya 3 il ərzində öz bizneslərini qura bilərlər. Daha ətraflı məlumat üçün isə Holland Alumni şəbəkəsinin üzvü ola bilərsiniz.

Ünvan:  Məhəmməd Naxçıvani 10

Tel:   (012) 436 86 87         (050) 787 57 66

email:   baba.karimli@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next