Çox vaxt orta məktəbdə təhsil alan şagirdlərimizin İngilis dili səviyyəsinin o qədər də yaxşı olmaması halları ilə rastlaşırıq. Bu hal həmin şagirdlər ali məktəbə daxil olduqdan sonra da davam edir. Axı niyə məktəblərdə birinci sinifdən başlayaraq İngilis dili tədris olunduğu təqdirdə (bir çox hallarda isə bu proses bağçadan başlayır) təhsilini başa vuran tələbələrin dil bilikləri bu qədər aşağıdır? Bunun əsas səbəbi orta məktəb müəllimlərinin hələ də ənənəvi, köhnə metodika ilə dərs keçmələridir. Burada söhbət əsasən bir neçə onillik bundan öncə dəbdə olan “Tərcümə” metodunun geniş istifadəsindən gedir. Bir qədər daha aydınlıq gətirsək, Tərcümə metodunun təməlində adından da göründüyü kimi, şagirdin verilən materialı tərcümə etməsi, əksər hallarda isə tərcümə olunmuş materialı əzbərləyib danışması dayanır. Bir neçə il öncəsinə nəzər salsaq bu metodun kifayət qədər işləkliyini, bəzi məqamlarda işə yaradığını danmaq olmaz. Lakin bu gün bu üsul inkişaf etmiş ölkələrdə artıq çoxdan tarixə çevrilib. Əgər düzünü demək lazım gəlirsə, hələ də bu metoddan istifadə olunduğunu eşidən xarici mütəxəssislər buna bir qədər gülünc yanaşırlar. Doğrudur, bu gün yeni Kurrikulum sistemi təhsil sistemimizdə bərqərar olsa da bu sistemə keçid o qədər də asan baş vermir. Ölkəmizdə bu sahədə kifayət qədər peşəkar kadrların mövcudluğuna baxmayaraq hələ də bu sistemə tam keçidin, sistemin məğzinin tam mənimsənilməsinin bir qədər vaxt aparacağı şübhə altında deyil. Bəs yeni Kurrikulumla, köhnə “Tərcümə”nin nə kimi fərqləri var?

Tərcümə metodunun ilk mənfi tərəfi burda edilən hərfi tərcümənin dil öyrənmək üçün yararsızlığıdır. Belə ki xarici dildə mövcud olan birləşmələri, habelə, bir çox sözləri hərfi tərcümənin köməyi ilə düzgün anlamaq mümkün deyil. Başqa bir mənfi cəhət isə tərcümə edərkən şagirdin başqalarının, yaxud da xüsusi tərcümə proqramlarının köməkliyindən istifadə etməsidir ki, son nəticədə bu onun söz mənimsəməsində həlledici rol oynamır. Kurrikulum sisteminə əsasən isə şagirdin öyrənmə prosesində daha fəal, aktiv rol oynaması hədəflənir. Belə ki, öyrənən ona verilmiş baza bilikləri əsasında özü öz üzərində işləməklə mövzuya yeni aspektlərdən yanaşır, sərbəst fikir yürütməyi öyrənir. Mühakimə yolu ilə qazanılmış bilik isə həm daha faydalı, həm də daha uzunmüddətlidir.

Dil bazasının zəifliyinin bir digər səbəbi isə öyrənilən dilin istifadə dairəsinin yetəri qədər geniş olmamasıdır. İlk növbədə, həftə ərzində 45 yaxud da 90 dəqiqə dildən istifadə etməklə onu yaxşı mənimsəmək mümkünsüzdür. Hər hansı bir dili öyrənmək üçün ondan intensiv şəkildə istifadə etmək lazımdır. Qarşılıqlı interaksiya zamanı istifadə olunması həm dildəki frazaları daha asan və tez mənimsəməyə imkan verir, həm də öyrənilən dilin tez yaddan çıxmasının qarşısını alır. Yeni bir dil öyrənərkən bu prosedur tamamilə o dildə aparılmalıdır. Daha çox dinləmə daha asan və tez danışmaq deməkdir.

İstər orta məktəbdə, istərsə də universitetdə mükəmməl İngilis dilinə yiyələnə bilməyən şagird və tələbələr isə dövrün tələbi ilə ayaqlaşmaq üçün üz tuturlar müxtəlif dil kurslarına. Bu zaman isə düzgün tədris mərkəzini seçmək ən vacib məsələdir. Bu işdə xüsusilə CELT komandası sizin xidmətinizdədir. Əgər siz də peşəkarlar tərəfindən intensiv və ən son metodlarla keçirilən dərslərin köməyi ilə İngilis (həmçinin Rus) dilini öyrənmək istəyirsinizsə, o zaman vaxt itirmədən sizə ən yaxın CELT filialına müraciət edin.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla