Müasir zamanda insanların xarici universitetlərdə təhsil almaq  istəkləri günü – günüdən artır. Belə ki, artıq Azərbaycanda bir çox insanlar orta məktəbi bakalavr dərəcəsini, magistr dərəcəsini xaricdə oxumağa üstünlük verirlər. Xarici universitetlərdə təhsil almaq üçün  əsas və vacib şərtlərdən biri TOEFL imtahanıdır. Dünyanın istənilən universiteti xaricdən tələbə qəbul edərkən bu imtahanları tələbə edir. Amma bir neçə universitet var ki, istisna hal kimi ilk öncə bu imtahanlar olmadan da tələbə qəbul  edirlər. Lakin tələbə həmin universitetdə oxuyarkən bu imtahanı verməlidir.

TOEFL nədir?

TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür.  Mənbələrdə qeyd edilir ki, hər il  təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir. Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə  PBT (Paper based TOEFL) adlanır.

TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı).

Reading hissəsində mətnlər verilir  və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.

Kimlər bu imtahanı verə bilər?

Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. Belə ki, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilindən intermediate səviyyədə bilmək  lazımdır. Lakin ümumilikdə bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur.

Necə əldə etmək olar?

Bu imtahanı artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən CELT şirkətində (TOEFL in Azerbaijan) əldə etmək olar. Belə ki, bu imtahana hazırlaşmaq üçün xaricdən dəvət olunmuş professional müəllimlərlə birlikdə dərslər alacaqsınız.  Bütün bunlarla bərabər bu ildən başlayaraq  CELT – də sizin rahatlığınızı təmin etmək üçün  TOEFL IBT test imtahanı mərkəzi yaradılmışdır. Siz artıq CELT – də həm hazırlaşa, həm də  rəsmi TOEFL IBT imtahanı verə bilərsiniz.

Əlaqə: CELT (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

45 Comments

  1. slm.bagilayin yene narahat edirem…ama cavabinizi deqiq bawa duwmedim yeni men bu il ve ya gelen il bu fakulte uzre xaricde umumiyetle tehsil ala bilmerem yoxsa yalniz dovlet hesabina?

    • melumat ucun cox sag olun men sabah sizin bas ofisinize gelib daha cox melumat almag isteyirem. bu barede kimle elage saxlamaliyam? birde deye bilersinizmi bu ixtaslar hansilardir?

    • Siz gəlin bizim ofisə məlumat verəcəklər. Elgün müəllimlə əlaqə saxlaya bilərsiniz. Ofisə gəlin Elgün müəllimi soruşun, olmasa Xəyyam müəllimlə də danışa bilərsiniz. 012 492 68 53

    • men bugun sizin bas ofise getdim ve orda mene etrafli melumat verdiler. tesekkurler 🙂

    • ama bele bir sey varki, eger ielts yada ki toefl imtahaninin hansisa birini verib xarici dovletdeki universitede gebul olsam menim pullu oxuyub ve yaxud oxumamagim neden asilidir. vaxt az oldugundan bunlari sorusmagi unutmusam..

  2. Onu mende fikirlewmiwem,ama indi elimde ele bir wans yoxdu,ona gore ielts a getmek isteyirem..Londona wansim ancag 1-2 ile ola biler…

    • Ingilis dilin oyrenmek isteyirsinizse size meslehet kimi deye bilerik umumi ingilis dili kurslarina gelin. Sonra IELTS baslayarsiniz. Bundan basqa eger siz ILETS imtahanindan istediyiniz neticeni elde etseniz onun muddeti 2 ildir. yeni 2 il muddetine onu istifade ede bilersiniz. Etrafli melumat ucun 012 492 68 53

  3. Bagiwlayin men yene nrht edirem…Men ielts de hazirlawmag isteyirem sentda..Sadece ing.dilin temiz oyrenmek ucun,bunun da muddeti 6 aydir?? Birde toefldaki kimi 108 manatdi qiymeti?? Birde ki olar ki men misalcun 6aya ieltsda hazirlawib,xarice imtahan verdim,mene lazim olan neticeni elde etdima,a xarice hele ki getmek istemirem,bu neticeden xarice getmek istediyim vaxt istifade eliye bilerem?? misalcun 2-3 il sora??? Ama hal hazirda ieltse esas ing.dilin temiz oyrenmek ucun getmek isteyirem,bu mumkundur??? Suallarin hamisina cvb verseninz coox sevinerem …

    • duzdu cavab vermek menim vezifem deyil amma oz movqeyimi bildirim ki siz ingilis dilini oyrenib serbest danisib basa dusmek isteyirsinizse hokmen ielts veya sat-e hazirlawmaginiz vacib deyil.Eger imkaniniz varsa Londona falan 2 heftelik veya 1 ayliq falan kurs goturub yaxsi oyrene bilersiniz.Men de ele edecem sexsen.

  4. salam.yuxarida qeyd etdiyiniz qiymet ayliq ya kursu bitirenedek lazim olan meblegdir?CELT sirketine gele bilmeyenler yeni basqa vasitelerle ingilis dilini oyrenenlerin imtahanlarda sansi ne qederdir,dezavantaji nedir? sagolun.

    • Yuxarıda qeyd olunan qiymətlər aylıq qiymətlərdi. Hər ay o qədər məbləğ ödənilir. Başqa vasitələrlə öyrənənlərin də eynidir fərq etməz bizim üçün

  5. TOEFL ve IELTS arasinda hech bir ferq yoxdu, biri Amerikada digeri ise Avropada meshhurdu, her ikisi qebul edilen Ingilis dili systemidir

    • Bagiwlayin men yene nrht edirem…Men ielts de hazirlawmag isteyirem sentda..Sadece ing.dilin temiz oyrenmek ucun,bunun da muddeti 6 aydir?? Birde toefldaki kimi 108 manatdi qiymeti?? Birde ki olar ki men misalcun 6aya ieltsda hazirlawib,xarice imtahan verdim,mene lazim olan neticeni elde etdima,a xarice hele ki getmek istemirem,bu neticeden xarice getmek istediyim vaxt istifade eliye bilerem?? misalcun 2-3 il sora??? Ama hal hazirda ieltse esas ing.dilin temiz oyrenmek ucun getmek isteyirem,bu mumkundur??? Suallarin hamisina cvb verseninz coox sevinerem …

    • Salam. Siz ingilis dilin öyrənmək üçün IELTS hazırlaşmaq lazım deyil. Normal ingilis dilinə hazırlaşa bilərsiniz. Amma gələcəkdə xaricə getmək fikriniz varsa IELTS hazırlaşmaq sizin üçün yaxşıdır.İLETS haqqında ətraflə məlumat üçün bu linkə baxın (http://celt.wpengine.com/ielts-benəlxalq-ingilis-dili-imtahani/comment-page-1/). İLETS nəticəsini 2 müddətində qüvvədə olur. Sonradan onu isitifadə edə bilməzsiniz. Siz ingilis dilin bütün səviyyələrin bitirdikdən sonra yəni 6 səviyyəsini sonradan ingilis dilini daha təkmilləşdirmək üçün İELTS və ya TOEFL hazırlaşa bilərsiniz.

    • salam. men bilmek isteyirem ki bu toefl imtahanini ali tehsili olmayan insanlar da vere bilermi? ve oyrenmek isteyerdim ki toefl imtahanini verdikden sonra eger gebul olsam istediyim ixtisas uzre tehsil ala bilecem? bu cur megaleleri yazib insanlarla paylasdiginiz ucun tesekkurler…

    • salam. Bli istənilən insan TOEFL imtahanı verə bilər. Demək olar bir çox ixtisaslara qəbul ola bilərsiniz.

    • TOEFL baslamaq ucun intermediate seviyyesinde oklmaq lazimdir. bu seviyyeye catmaq ucun en azi 6-7 ay vaxt lazimdir. TOEFL hazirliq ise 6 muddetinde bitire bilersiniz

  6. salam,men ingilis dili kursunu bitirmishem,lakin Toefl uzre deyil,bilmek isterdim ki,sizde yalniz qebul uchunToefl imtahani aparilir,yoxsa sinaq meqsedile de muraciet etmek olar?onceden teshekkur edirem.

    • Bizde TOEFL sinaq da kece bilersiniz. Bir sinaq OXFORD ONLINE 30 AZN-dir. Yazilmaq ucun 4926853 nomresine zeng edin.

    • gatilmag ucun siz yaxinlashmalisiz celt in merkezlerinin birine ve orada imtaan vermelisiniz sonra bilinecek siz toefl programina bashlaya bilersiz ya yox ancag sizin ingilis seviyyeniz yeterince olmasa evvel general kursa sonra ise toefl programina gatila bilersiz

    • Tehsil Nazirliyi yalniz onlara proritet olan ixtisaslara ustunluk verirler. bu da mentiqli hesab oluna biler. Cunki olkede bu sahelere daha cox ehtiyac var.

  7. eger mumkunse menim e-mail unvanima gonderin…sizinle mutleq elaqe saxlamaq isterdim….
    her defe girende bu sehifeni tapa bilmirem deye cvbinizi gore bilmiyecem yeqin…sag olun…

  8. Salam!
    Menim 25 yawim var TOEFL/IELTS hazirlashib xaricde teqaud hesabina oxuya bilerem?siz komeklik edirsiz senedlerin hazirlanmasinda,teqaudun tapilmasinda?

    • Salam Raşad,

      Beli oxuya bilərsiniz lakin təqüd üçün mən sizə məsləhət verə bilərəm. Təhsil Nazirliyindən belə bir təqüd ala bilərsiniz. Amma TOEFL və ya IELTS imtahanına bizdə hazırlaşa bilərsiniz.

  9. ingilis dilində mükəmməl öyrənməyin ən yaxşı yoludur mən də qatılmaq istərdim amma maləsəf işdən vaxtım yoxdur axşam saat 7 dən sonra olsaydı mən də gələrdim bura gələn peşman olmaz

Comments are closed.