Niyə Türkiyədə təhsil ?

Tələbə namizədlərinin daha çox müraciət etdiyi ölkələr arasında Türkiyə birinci yerdədir. Buna təsir edən əsas meyarlardan  biri adət-ənənələrimizin, mədəniyyətimizin  və nəhayət dilimizin çox yaxın olduğuna görə tələbələr Türkiyədə adaptasiya olmaqda çətinlik çəkməmələridir.
Xaricdə Universitet oxumağı bir çox ailə daha çox pul tələb düşünə bilər. Halbuki ölkəmizdəki universitet xərclərini göz önünə aldıqda, Türkiyədəki universitetlərin çox daha uyğun xərcli olduğunu görə bilərik.

Niyə Türkiyədə təhsil sualına cavab isə bir neçə səbəb göstərmək olar. Birinci səbəbi orada təhsilin yüksək səviyyəli olmasıdır. Məlumdur ki Türkiyənin bir çox universitetləri dünya universitetləri reytinqində üst sıralarda yer alır. Digər bir səbəbi isə beynəlxalq imkanlarının daha çox olmasıdır. 3-cü səbəb isə güclü infrasturktura malik olmalarıdır. Məsələn, xarici universitetlərin kitabxanaları özləri kimi bir neçə universitetlərlə və digər peşəkar jurnallarla və ya data base-lərlə əlaqəli olduqlarına görə istədikləri məlumata istədikləri zaman həm universitet içindən həm də universitet xaricindən əldə edə bilirlər. Ən əsas başlıca səbəb isə xaricdə təhsil almış tələbələrin karyera imkanlarının daha yaxşı olmasıdır. Məlum məsələdir ki, ölkəmizdə xaricdə təhsil almış tələbələrə işə müraciət etdikləri zaman daha çox üstünlük verilir.Bunun başlıca səbəbi isə Türkiyədə təhsil zamanı praktikaya da geniş yer verilməsidir. Tələbə məzun olarkən artıq ixtisası üzrə müəyyən səviyyədə iş təcrübəsinə də sahib olmuş olur.

Türkiyə universitetlərinə qəbul vaxtı haqqında məlumat ?

Nümunə olaraq Türkiyəni göstərsək qəbul vaxtlarını hər universitet özləri təyin edirlər. YÖK bu səlahiyyəti universitetlərin özlərinə vermişdir. Hər il universitet  fərqli tarixlərdə qəbul prosesini keçirə bilər. Tələbə namizədimizin qəbul prosesində neqativ hallarla qarşılaşmaması üçün öncədən bizə müraciət edərək müqavilə əsasinda istədikləri universitet və ixtisas üzrə təhsil ala bilərlər.

Türkiyədə illik təhsil haqları və ixtisaslar haqqında məlumat?

Ixtisas ve universitetden asılı olaraq illik təhsil haqqı dövlət universitetlərində  300 azn dən başlayaraq 5000 aznədək dəyişir. Özəl universitetlərdə qiymətlər yüksək olur. İxtisaslara iqtisadiyyat yönümlü sahələr, iqtisadiyyat, bank işi, maliyyə, mühasibat, marketinq, mühəndislik sənaye, inşaat, komputer mühəndisliyi, turizm,  memarlıq, tibb yönümlü sahələr, radyo və tv üzrə təhsil və s aiddir.

Xaricdə təhsil almaq istəyən tələbələrə CELT College Elmlər nə vəd edir ?

Göstərdiyimiz xidmətlərə ödənişsiz konsultasiya, universitetlərə qəbul təminatı, təhsil vizasının   alınması, qarşılanma xidməti, yataqxana və kirayə evlərin tapılması daxildir. Bu sahə üzrə artıq 18 illik təcrübəmiz var. Dünyanın ən prestijli, ən populyar, ən reytinqli universitetlərində istədiyiniz ixtisasda təhsil almaq şansı və CELT College Elmlər tərəfindən 100 % qəbul zəmanəti verilir.

Niyə tələbələr bizi seçməlidir ?
Bizdə bütün xidmətlər tələbə ilə şirkətimiz arasında  hüquqşünasımız tərəfindən hazırlanmış hüquqi normativlərə əsaslanan rəsmi şəkildə bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Müqaviləmizdə hətta FORS-Major hallar belə nəzərə alınaraq tərtib edilmişdir .

Bizim öncəliyimiz tələbənin qəbulunu almaq və öhdəliyimizə götürdüyümüz bütün xidmətləri reallaşdırmaqdır.

Günel Qulamova
CELT Colleges Elmlər
(IELTS / TOEFL / SAT preparation center) 
Mob: (+994) 55 737 83 06
Office: (+994) 12 538 38 33
Email: 
gulamova@celt.az


Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next