Norveçdə Pulsuz Təhsil

Norveç sizlərə bənzərsiz bir tələbəlik təqdim edir və Norveçli ali təhsil müəssisələri dünyanın hər yerindən tələbələrin qəbulunu həyata keçirir. Bu ölkədə kim təhsil almaq iistəməz ki? Yəqin ki, burada təhsil almaq çoxları üçün maraqlıdır. Elə isə sizi Norveçin təhsil sistemi ilə tanış edək.

Norveçdə təhsil sistemi bütün sektorları üçün bir prioritetdir. Universitetlər və yüksək məktəblər davamlı olaraq beynəlxalq tələbələr ehtiyaclarına uyğun obyektlər qurmaq üçün çalışmaqdadır. Hal-hazırda təxminən 12,000 xarici tələbə Norveç ali təhsil təşkilatlarında qeydiyyatdadır.

Keyfiyyətli təhsil

Təqdim etdikləri çox müxtəlif, üstün keyfiyyətli kursları, Norveçli təşkilatlar ideal bir təhsil mərkəzi olduqlarını sübut edir. Peşə dərslərindən, yüksək lisenziya və həkim proqramlarına qədər tələbələr istədikləri ixtisasa sahib olmaları üçün üçün çox seçim var. Eyni zamanda müəllimlərin asan əlçatan olduğu və dərslərin ümumiyyətlə kiçik qruplarla aparıldığı Norveç universitet və yüksək məktəblərində rahat mühitdən də faydalanacaqsınız.

Təhsil Müəssisələri

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış “Quacquarelli Symonds” şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Boloniya sistemi

Son illər Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Özəl institutlar üçün akkreditasiya könüllü xarakter daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec universitetlər universitet olmaq şansı qazanıblar.

Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec universitetləri magistr və fəlsəfə doktoru dərəcələri vermək məqsədi ilə akkreditasiya üçün müraciət etməli olduqları halda, universitetlərin qarşısında belə bir şərt qoyulmur.

Yaşlılar üçün təhsil şəraiti

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant Təhsil

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

Təhsilin idarə olunması

Norveç parlamenti və hökuməti təhsil sahəsində əsas məqsədləri müəyyənləşdirir və təhsil sektorunun inkişafına dair müvafiq qərarlar verir. Hökumət, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi, idarə olunması, maliyyələşməsi üzrə səlahiyyətə malikdir. İbtidai və orta təhsilə dair qaydaların icrası, məzmun və bu təhsil pilləsinin maliyyələşməsi məsələlərinə dövlət cavabdehlik daşıyır.

Norveç Təhsil və Tədqiqat Nazirliyi ölkənin milli təhsil strategiyasının həyata keçirilməsini təmin edir. Nazirlik tərəfindən hazırlanan müvafiq qanunlar, qaydalar, kurikulum və çərçivə planları vasitəsilə milli təhsil standartları müəyyən olunur.

Norveç Təhsil və Təlim İdarəsi Təhsil və Tədqiqat Nazirliyinə tabe olan icraedici orqandır. İdarənin əsas vəzifələri keyfiyyətin yüksəldilməsini təmin etmək, keyfiyyəti qiymətləndirmək, təhlillər aparmaq və müvafiq təhsil pilləsi ilə bağlı inzibati vəzifələri icra etmək, eləcə də ibtidai və orta təhsil pillələrinə nəzarəti həyata keçirməkdir.

Beynəlxalq  əməkdaşlıq 

Norveçdə beynəlxalq əməkdaşlıq, təhsil və tədqiqat sahələrində əlaqələrin genişləndirilməsi məsələlərinə xüsusi önəm verilir. Bununla da mütəxəssislərin qabaqcıl beynəlxalq təcrübəyə yiyələnməsinə və ölkələr arasında elm, təhsil sahələrində səmərəli qarşılıqlı əlaqələrin qurulmasına geniş imkanlar açılır.

81 thoughts on “Norveçdə Pulsuz Təhsil”

  1. Salam, Norveç də doktorantura təhsili almaq üçün nə etmək lazımdır? Qeyd edim ki, hazırda burda doktorantura təhsili alıram ,

    1. Salam. Norveçdə təhsil haqqı yoxdur ama yaşayışı ödəməlisiniz. Başqa təqaüd yoxdur. Bakalavr ancaq norveç dilindədir yəni sadəcə masterə gedə bilərsiniz. Müraciət zamanı diplomunuz olmalıdır bakalavrdan. Ödənişsiz olunca tələblər də çoxalır malesef)))

  2. Salam.Norveçdə Fizika ixtisası üçün təhsil almaq mükündürmü.Fizika və Riaziyyat ixtisasları üzrə. Pulsuz təhsil üçün İETLS və yaxşı qiymətlərdən əlavə TOEFL lazımdırmı??

  3. Добрый день, имею степень специалиста (5 лет учебы) в Москве по специальности туризм. Хотел бы еще поступить на магистратуру в Норвегию. Могли бы посодействовать? напишите пожалуйста на ватсап 0505556003.

    1. Salam. Rusiyadaki xaricdə təhsil məsləhətçiləri ilə məsləhətləşməyiniz daha yaxşı olar. Diplomunuzun təfərrüatlarını onlar daha yaxşı müəyyən edə bilərlər.

  4. Salam, mən bakalavr təhsili almışam norveçdə magiatr təhsil almaq istəyirəm. (070) 922-25-26 zəhmət olmasa şərtləri yazın və tez bir zamanda gedim.(wp var)

  5. Salam. Mən maqistr pilləsi üzrə təhsil almışam(İncəsənət sahəsi üzrə). Norvecdə yenidən maqistr pilləsi üzrə təhsil almaq imkanı var mı? Bunun üçün nələr etmək lazımdır? Öncədən təşəkkür edirəm

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next