Norveçdə Universitet və Kolleclər

Norveçdə təhsil sahələri, Təhsil və Araşdırma Nazirliyinin məsuliyyətindədir. Nazirliyin vəzifə sahəsinə aid mövzular iki ayrı Nazir tərəfindən həyata keçirilir. Ali və Araşdırma mövzuları, Araşdırma Nazirinin, ibtidai sinif təhsili və məcburi təhsillə bağlı əsas təhsil siyasətinin təsbiti isə Təhsil Nazirinin məsuliyyətindədir.

Norveçdəki Ali Təşkilatları-Universitetlər və Universitet kollecləri:

Norveçdə hamısı dövlətə aid olmaq üzrə, cəmi səkkiz universitet var. Bunlar Oslo Universiteti, Bergen Universiteti, Norveç Elm və Texnologiya Universiteti, Tromsø Universiteti, Stavanger Universiteti, Norveç Hayat Elmləri Universiteti, Agder Universiteti və Bodø Universitetidir. Bunlardan ən böyük və uzun keçmişə sahib olanı Oslo Universitetidir. Oslo, Bergen və Tromsø Universitetləri ilə Norveç Elm və Texnologiya Universiteti, ali və araşdırma sahəsindəki məsuliyyətlərinin yanında, ayrıca muzeylərdən də məsul müəssisələrdir.

Yuxarıda qeydli universitetlərə əlavə olaraq, ölkədə, universitet səviyyəsində doqquz ixtisas quruluşu (specialised institutions) var. Bunların ən bilinənləri olan Bergendəki Norveç İqtisadiyyat və İşlətmə Məktəbi, Norveç Musiqi Akademiyası, Norveç İdman Elmləri Məktəbi, Norveç baytarlıq Elmi Məktəbi və Oslo Memarlıq və Dizayn Məktəbi dövlətə aid ixtisas müəssisələrdir. Norveç Teologiya Məktəbi isə xüsusi bir quruluşdur.

Ölkədə həmçinin, dövlətə aid və ya özəl iyirmidən çox olan universitet kolleci var. Universitet kollecləri aliməktəbə daxilolma yayılmasında əhəmiyyətli rol oynamaqdadırlar. Bu təşkilatlar, ümumi olaraq 3 illik peşə lisenziya proqramlarında (mühəndislik, tibb bacısı, ictimai məsləhət və s. kimi) təhsil verməkdədirlər. Üç illik proqramlar yanında bir ildən beş ilə qədər uzanan müxtəlif sahələrdə də (müəllimlik təhsili və müəssisə kimi) peşə təhsil almaq mümkündür. Universitet kollleclərinin bir qisimi master təhsili də verə bilməkdədir, həmçinin ölkədəki üç universitet Kollecinə bəzi sahələrdə həkimə dərəcəsi də alına bilər.

Oslo və Bergendə olan dövlətə aid iki Milli İncəsənət İnstitutu isə vizual incəsənət və dizayn sahəsində müxtəlif kurslar verməkdədir. Oslodakı Milli İncəsənət İnstitutu nəzdində ayrıca teatr, opera və balet kimi dramatik sənət sahələrində proqramlar da var. Şəxsi ixtisas quruluşu və xüsusi universitet kolleclərindən başqa, Norveçdə dövlətdən fond alan 25 xüsusi ali quruluşu var. Dövlətə aid ali orqanlarında təhsil ümumiyyətlə pulsuzdur. Bəzi xüsusi proqramlardan müəyyən nisbətlərdə ödəniş alınır.

Tələbələr

2009 ildən Norveçdə 19-24 yaş qrupu gənclərin 31%-i ali təşkilatlarında təhsil alır. Ölkədəki ümumi 222.920 şagirdin 190.638 ‘i dövlət, 32.282’ si özəl universitetlərdə təhsil alır. Şagirdlərin 118.093 ‘ü universitetlər və universitet səviyyəsindəki ixtisas quruluşlarına, 104.827’ si universitet kolleclərində təhsil alır. Tələbələrdən 142.644 ‘ü qız, 92.656’ sı oglandır. Norveçdə ali təhsil alan tələbələrin sayı isə 15.000-dən çoxdur. Təhsilini xaricdə davam edən Norveçli şagird sayı isə 12.380-dir.

Dərəcələndirmə Quruluşu və Not Sistemi:

2003-cü ildə Norveç Ali Təhsil sistemində bir islahat tətbiqə qoyulmuş, “Quality İslahat” olaraq adlandırılan haqqında danışılan islahat uyğun olaraq, Bologna Prosesi xəttində bir dərəcələndirmə quruluşu, not sistemi və keyfiyyət zəmanət sistemi gətirilmişdir. Buna görə, 2003-ci ildən etibarən ali təhsildəki dərəcələndirmə, üç illik bakalavr, iki illik magistr və üç illik doktorontaura təhsilini əhatə edir.

Not sistemi, Avropa Kredit Transfer Sistemi (ECTS) paralelində olub, “A” ən yaxşı qeydi, “E” keçər qeydi, “F” müvəffəqiyyətsiz qeydi təmsil edir.

29 thoughts on “Norveçdə Universitet və Kolleclər”

    1. Avropada daha münasib qiymətlər var. Amerika 15-20 min dollardan başlayır. Maliyyə varsa Amerika və ya Kanada. Kanadada qalıb işləmək daha münasibdir.

  1. Salam. Oğlum 8ci sinifdədir. İKT üzrə də akdemiyada təhsil alır. Bu sahə üzrə xaricdə ali təhsil almaq üçün ən yaxşı universitet kimi hansı universiteti məsləhət görərdiz? və o universitetə qəbul olmaq üçün nələri öyrənmək lazım ? Nələr tələb olunur?

    1. Salam. İKT üzrə Hollandiya uniləri yaxşıdır. İndi əsasən ingilis dilinə hazırlaşmalıdır. Və vaxtı olsa CELT High School keçməlidir.

      1. Salam. Skandinaviya ölkələrində çox zaman PhD iş kimidir və qəbulu həddən artıq çətindir. Bunun üçün eln edilən proqramlara uyğunluğunuz, indiyə kimi çıxan məqalə və kitablarınız və saır önəmlidir. ama bu yerləri tutmaq üçün Norveçlilər elə çətinlik çəkir. Çünkı iş kimi olduğu üçün yerlər azdır və rəqabət çox. Siz Almaniya və Avstria kimi ölkələrə baxsanız daha yaxşı olar

  2. Salam,Norveçdə İngilis dili tərcümə üzrə magistr təhsili almaq üçün İELTS nə qədər olmalıdır?Universtet tərəfindən tələbələrə qalmaq üçün yataqxanalar verilir?

    1. Salam. Cografiya muəllimliyinin bakalavr dərəcəsini bitirdikdən sonra Norveçdə Turizm və ya iqtisadiyyat yönümlü ixtisaslarda master oxuya bilərəm? Və ortalama bal minimum nə qədər götürülür, İELTS dərəcəsi nə qədər olmalidir? Qeyd edim ki, ödənişsiz təhsil istəyirəm.

    1. Salam. Göstərdiyiniz və universitetə köçürdüyünüz məbləğ təhsil haqqı deyil. Hər bir ölkə yaşamaq üçün sizdən maliyyə göstərmənizi istəyir və Norveç isə sizin banklara inanmır ona görə viza almaq üçün məbləği universitet hesabına köçürürsünüz sonra viza üçün baş vurursunuz. Ora getdikdən sonra viza xərcini çıxdıqdan sonra məbləğ sizin şəxsi hesabınıza köçürülür. Almaniya da prosess demək olar ki eynidir.

      1. Salam.Ətraflı cavablandırdığınız üçün təşəkkürlər.Bəs baklavrı maliyyə üzrə oxuyan magistrda Norveçdə riyaziyyat,iqtisad yönümlü deyil başqa hansı ixtisasda qəbul alıb oxuya bilər?İqtisadiyyat üçün deyəsən başqa testlər də tələb olunur.

      2. Sosial yönümlü oxuya bilərsiniz. Ama iqtisadiyyat üçün Norveçdə heç bir şey tələbm olunmur. GRE GMAT testləriniz nəzərdə tutursunuzsa o Amerika üçün keçərlidir. Norveç elə bir şey tələb etmir əgər MBA deyilsə.

  3. Sallam. Norvecde magistr tehsiline qebul ucun IELTS-den ve bakalavr diplomundan elave ne teleb olunur? Meselen bakalavr orta akademik gostericilerinin yuksek olmasi vacibdir mi?

    1. Əlbəttə vacibdir. Rəqabət çoxdur. Yüksək bal olmasa rədd alacaqsınız. Və müraciət vaxtı bankda pul göstərmək şərtdir.

      1. Salam.Oslo Universitetinde teqaüdlü magistr oxumaq üçün minimum diplom balı ve İELTS neçe olmalıdır?
        Dövlet ve ya özel ferq etmeden bütün universitetler üçün bankda pul teleb edilir?Teleb olunan mebleğ ne qeder olmalıdır?
        Teqaüd üçün ve öz hesabına nece müraciet etmek lazımdır?Öz hesabına müraciet etdikde tehsil haqqı neçedir?

      2. Salam. Oslo universitetində təqaüd deyilən bir şey yoxdur. Normalda universitet təhsil haqqı almır sadəcə yaşayış xərci ödəyirsiniz. IELTS üçün məncə öncəki sualınızda cavab yazmışam. Bəli Norveç universitinə müraciət etmək üçün bankda pul tələb edilir. BU yaşayış üçündür təminatdır onu görə də özəl vəya dövlət fərqi yoxdur. Norveçdə təqaüd yoxdur. PhD üçün təqaüd olur. Norveçdə dövlət unilərində təhsil haqqı deyilən şey yoxdur.

      3. Cavabladığınız üçün təşəkkürlər.Əvvəlki sualımı tapa bilmədim.İELTS balı,diplom orta balı və bankda məbləğ neçə olmalıdır?Bankda məbləği 1dəfə göstərmək lazımdır ya təhsil müddəti boyu hər il?

      4. Salam. İELTS ən az 6.0 ama nə qədər yüksək olsa yaxşıdır. GPA 50 və ya 60dırsa əziyyət çəkib sənəd göndərməyin. Məncə 80 vəya yuxarı olsa yaxşı olar ama hər şey rəqabətdən asılıdır. Bankda məbləği sənədləri göndərəndə göndərirsiniz sonra qəbul olanda viza üçün həmin məbləği onlara köçürürsünüz.

      5. Müraciət edərkən Azərbaycan bankı göstərilir.Qəbul gəldikdən sonra Norveç bankına köçürülür viza üçün