Sözönləri xarici dil öyrənənlər üçün tez-tez çətinlik yaradır. “Internet” sözü İngilis dilini öyrənənlər üçün xüsusilə problemlidir. Birincisi, internet şəbəkəsı mənasında işlədiləndə “Internet” sözü müəyyən artiklla işlədilir.

I love the Internet! (doğru) (İnterneti sevirəm!)

I love Internet! (şübhəli)

İkinci variantda “səhv” əvəzinə “şübhəli” yazmağıma səbəb bəzi İngilis dilli əhalinin “Internet” sözünü artiklsız işlətməsidir. Lakin, dogma dili ingiliscə olan insanların böyük əksəriyyəti, birinci variantı doğru kimi qəbul edir. Ona görə də “Internet” sözünü artiklla işlətməyiniz düzgün olardı.

İsmin qabağında sifət kimi işlətdikdə “Internet” sözündən öncə artikl işlədilmir:

Do you have Internet access? (doğru) (İnternetə çıxışınız varmı?)

Do you have the Internet access? (səhv)

“Internet access” sözü bəzən qısaldılaraq “Internet” kimi işlədildiyinə görə artikldan istifadə edilmir:

Do you have Internet? (doğru) (İnternetiniz varmı?)

Do you have the Internet? (səhv)

İkinci cümlənin məna baxımından anlamı yoxdur; çünki, siz internet şəbəkəsinə malik ola bilmərsiniz, lakin internet çıxışına sahib ola bilərsiniz.

Digər problem isə sözönləridir. Əgər nəsə internetdə varsa, biz “on the Internet” (internetdə) işlədirik, “in” və ya “at” the Internet deyil.

I didn’t find the article on the Internet. (doğru) (Məqaləni internetdə tapa bilmədim)

I didn’t find the article in the Internet. (səhv)

“Internet” sözünü böyük və ya kiçik hərflə yazılmasına gəldikdə isə hər iki halda səhv etmirsiniz. Həm “Internet”, həm də “internet” sözləri şəbəkə mənasından işlədildikdə doğrudur. Ənənəvi olaraq “Internet” xüsusi isim olub, həmişə böyük hərflə işlədilib. Lakin, müasir dövrdə ümumiləşərək “electricity” (elektrik cərəyanı) və ya “water supply” (su ehtiyatı) sözləri kimi “internet” də adətən kiçik hərflə yazılır. Beləliklə:

You can surf the Internet. (doğru və daha ənənəvi) (İnternetə baxa bilərsən)

You can also surf the internet. (doğru və daha müasir formada)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla