Oslo Universiteti

Oslo Universiteti- Norveçin ən qədim, böyük və nüfuzlu universitetidir. Oslo şəhərində yerləşir.

O, 1811-ci ildə “Kral Frederik Universiteti” kimi yaradılıb. Universitetin tikintisi üçün Humbolt Universitetindən nümunə götürülüb, və ilkin olaraq Danimarkanın və Norveçin kralı olan Fredrikin şərəfinə adlandırılmışdır. Öz bugünki adını isə 1939-cu ildə alıb.

Universitetdə lülteranlıq,ilahiyyat,  hüquq, tibb, humanitar,riyaziyyat, təbiət elmləri, stomotologiya, sosial elmlər və təhsil fakültələri var. Hüquq fakültəsi hələ Milli Teatrın yaxınlıqda olan köhnə şəhərçikdə Karl Yohans küçəsində (Karl Johans gate), parlamentin (Stortinget) və kral sarayının yanında yerləşir. Digər fakültələr isə 1930-cu ildən tikilən müasir universitet şəhərçiyində Blindern adlı ərazidə yerləşir. Tibb fakültəsi isə Oslo ərazisində bir neçə universitet xəstəxanaları arasında bölüşdürülüb.

Tələbələr, Müəllimlər, Nobel Mükafatçıları

İndi universitetdə 27.000-ə yaxın tələbə təhsil alır və təxminən 4600 işçisi var. O, Skandinaviyada aparıcı universitetlərdən biri sayılır və ardıcıl olaraq “Dünya Universitetlərinin Akademik Reytinqi” tərəfindən tərtib onlunan dünyanın 100 top universitetlərinin siyahısında yer alır. 2009-cu ildə o Norveçdə birinci, Şimali Avropa ölkələrində isə üçüncü, Avropada 18-ci və dünyada 65-ci ən yaxşı universitet elan olunub. Eyni zamanda Humanitar Fakültə Nordik ölkələrdə birinci, Avropada 5-ci və dünyada 16-cı ən yaxşı kimi seçilib. 2010 ildə QS Dünya Universitetlərin Reytinqi onu dünyada 100-cü yerə qoydu. Oslo Universitetin 1811-ci ildə yaranılmasından əvvəl Kopenhaqen Universiteti Danimarka-Norveç ittifaqında yeganə universitet olub. Danimarka-Norveç ittifaqının 1814-cü ilin dağılmaslndan sonra, ölkələr arasında təhsil əlaqələri davam etdirilib. Oslo Universiteti Norveçdə 1946-cı ilə qədər yeganə universitet olub, ona görə də tez-tez sadəcə “Universitet” kimi tanınılır. Qeyri-rəsmi olaraq ona qısaca “Kral Frederikin” deyilir. Oslo Universiteti Nobel mükafatını alanların təhsil ocağı olub, və Nobel Sülh Mükafatı da Oslo şəhərində Hüquq fakültəsinin yaxınlığında verilir.

Qısa Tarix

Norveçin ən qədim və hələ də ən böyük ali təhsil təşkilatı olan Oslo Universiteti, rəsmi adıyla Universitetet i Oslo, 1811-ci ildə Norveç hələ Danimarka hakimiyyəti altındaykən qurulmuşdur. Buna görə, 1939-cu ildə indiki adını alana qədər açıldığı dövrki Danimarka Kralı Kral Frederikin adını daşımışdır. Başlanğıcda yalnız Tibb, İlahiyyat, Fəlsəfə və Hüquq Fakülteleri’ne sahib olan universitet indiki vaxtda İncəsənət, Riyaziyyat və Təbiət Elmləri, stomatologiya, İctimai Elmlər və Təhsil fakültələrinə də malikdir. 30 minə yaxınlaşan şagird sayı ilə canlı bir gündəlik həyata malikdir.

 Xərclər

Bir çox nüfuz tərəfindən Skandinaviya ən yaxşı universiteti sayılan Oslo Universiteti, Avropanın da ən yaxşıları arasındadır. Bəşəri Elmlər kimi bəzi fakültələri sıralamalarda kimi illərdə Avropanın ilk beşliyinə daxildir.

Bu universitetin ən ayırd edici xüsusiyyəti, Norveçdəki bütün digər ictimai təhsil müəssisələri kimi xərc pulu ya da təhsil ödənişi adı altında şagirdlərindən pul tələb etmir. Yalnız səhiyyə xidmətləri və digər sosial fəaliyyətləri sübvanse etməsi üçün hər şagirddən semestrlik 420 Norveç kronası (60 azn) ödəniş etməkdədir. Bununla birlikdə, orada oxumaq istəyənlərin Norveçdə və xüsusilə Oslodakı yüksək həyat standartı və pahalılıktan ötəri aylıq əsas həyat xərcinin ən az 8500 Norveç kronası (təxminən 2200 AZN) olduğunu nəzərdən qaçırmamaları lazımdır.

12 thoughts on “Oslo Universiteti”

  1. Bəs Osloda Təhsilalmaq üçün, Neçənci sinifdə necə vəhansı imtahanı verməliyik. Və nə qədər bal yığmalıyıq?
    Təşəkkürlər

    1. Osloda təhsil almaq üçün CELT-də lazımı imtahanlardan keçmək lazımdır. Ama osloda ingiliscə proqramlar yalnız özəllərdədir. Dövlət bakalavr ancaq Norveç dilindədir. Ama magistr ingilis dilindədir

      1. Salam. Dəqiq siyahı çıxarmaq üçün sizin nəticələriniz əsasında araşdırma edilib sizə məlumat verilir.

  2. Salam mən 11-ci sinifdə oxuyuram.İELTS imtahanı sayəsində 11-ci sinifi bitirəndən sonra Oslo Universitetinə təqudlə qəbul ola bilərəm? minimum nə qədər bal yığmalıyam?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next