Oxu Kİ,TAP! (Kitab)

Hər zaman insanlar nəyisə tapmaq istəyir. Bəzən bu tapacaqları itkilərlə qarşılanır. Müasir dünyamızda texniki tərəqqi və İT sahəsində inkişaf insanların tapmaq istədiklərini asanlaşdırsa da, amma əslində insanların bu asan yolla tapdıqları elə asan yolla da itir. Çünki elm, bilik əldə etmək, istedadlı olmaq arxa planda qalaraq insanların işləri,həyatları bu texnikalardan asılı hala düşüb. Məsələn insanlar var ki, kalkulyator olmadan hesablama apara bilmirlər. Bu gülünc olsa da, reallıqdır. O reallıq ki, bizlər ixtiraları, yenilikləri gördükcə düşünsəkdə ki, elm, bilik inkişaf edir və yeniləşən nəsil daha da elmli, bilikli olacaq amma əslində belə deyil. Əksinə savadsızlıq daha da inkişaf edir. Necə ki, dünyamızda pul insanların varlı və kasıb təbəqələrə qabarıq şəkildə bölünməsinə səbəb olubsa, insanlarında internet və texniki vasitələrlə asan yolla əldə etdikləri elm,savad gələcəkdə savadsızlığın daha qabarıq şəkildə inkişafına səbəb olacaqdır. Statistikaya əsasən hal-hazırda dünya əhalsinin 20%-də varlı və 80% əhalinin kasıb və orta yaşayış təbəqəsinə bölünür. Kasıb insanların çoxalması, işsizliyin artımı, xəstəliklər,müharibələr, aclıq, maliyyə böhranı və sairə problemlərin hazırda mövcud olmasının səbəbini araşdırmaq fikrim yoxdur. Çünki, bu problemlərin yaranmasının müxtəlif səbəbi olsa da, dərindən düşünsək bu problemlərin yaranmasının və indiyədək  bu problemlərin həllinin tapılamaması və daha da dərinləşməsinin köklü bir səbəbi var. Bu səbəb Kitabdır.

Kitab – Bütün dövürlərin ən mükəmməl kəşfidir ki, indiki zamanda kəşflərin, elmi tərəqqinin və sairə inkişafın arxasında illərlə,əsrlərlə gələn kitablar dayanıb ki, bu dayanqdan bir qrup insanlar istifadə edərək hazırki istifadə etdiyimiz mobil cihazları, kompyuterləri və digər texniki vasiətələri yaradıblar. Lakin hal-hazırda cəmiyyətimizdə kitabları veb saytlar, elektron kitablar, audio kitablar və s. əvəz edib. İnsanlar sanki əsl elmdən və kitabın sehirli kamilliyindən uzaqlaşıblar. Məhz bu səbədən dünyamızda bütün yuxarıda qeyd etdiyim problemlər yaranmışdır.

Yadımdadır, uşaq vaxtı babam deyirdi ki, mən sizin yaşda olanda məktəbə 8-10 km yolu piyada gedərdim və bu yol boyu əlimdə kitab oxuyaraq gedərdim və bu çox gözəl  idi. İndi fikirləşəndə babamın dediyini yadıma yol boyu qulağında qulaqcıqla gedən gənclər yadıma düşür. Keçmişdə kitab oxuyardılar, indi musiqi dinləyirlər. Musiqi ruhun qidasıdır deyirlər. Amma indi musiqi dinləyənlərin çoxluğunu nəzərə alsaq və cəmiyyətdəki insanları nəzərə alsaq görərik ki, heç də musiqi ruhun qidası deyil. Bəlkədə atalar bu kəlama “bəzi” sözlərini əlavə etsəydilər yaxşı olardı. Amma o ataları qinamaq düzgün olmazdı, çünki o vaxt musiqi, əsl musiqi idi. Musiqi haqda çox danışmaq olar amma mövzudan yayınmaq istəmirəm.  Qayıdaq kitaba….

Mən çox istərdim metroda, avtobusda və digər ictimai yerlərdə çoxlu kitab oxuyan insanlar görüm. Çünki, kitab insanı həm kamilləşdirir, həmdə problemlərdən və hər hansı çətinliklərin pis düşüncələrindən uzaqlaşdırır. Təhsil səviyyəsindən asılı olmayaraq hər bir insanın şəxsı inkişafı, dünya görüşü və s. məhz kitablar vasiətsilə mükəmməl səviyyəyə çata bilər. Bunun üçün sadəcə kitab oxumaq lazımdır. Hər bir insan sadəcə kitab oxumaq sayəsində ən azı mükəmməl natiq ola bilər.

Niyə insanlar kitab oxumaq istəmirlər? Bunun səbəbi nədir? Yuxarıda qeyd etdiyim kimi, texnologiya sahəsində inkişaf və informasiya axının sadələşməsi və s. proseslər insanı kitablardan uzaqlaşdırır. Lakin belə bir sual ortaya çıxa bilər eyni informasiyanı və yaxud hər hansı sahəni kitab ilə öyrənməklə, internet vasitəsilə oyrənmək arasında nə fərq var?

İilk öncə qeyd edim ki, hər bir kitabın insan sağlamlığına heç bir zərəri yoxdur. Lakin kompyuter və internet vasitəsilə məlumat əldə etdikdə bizim sağlamlığımıza minimum həddə olsa belə  ziyan dəyir, daha sonra əldə olunan məlumatların dəqiqliyi, düzgünlüyü internetdən alınan məlumatlardan nisbətdə dəqiq olma ehtimalı çox yüksəkdir. Bu üstünlükləri özündə cəmləyən kitabın “keçmişin arxivinə” salınması çox uzaqda deyil.  Amma nə etməli? . Hal-hazırda dünyamızda yaşanan müharibələr, ixtişaşlar, xəstəliklər, ekoloji problemlər, aclıq, işsizlik, maliyyə böhranı və sairə problemlərin kökündə “kitab” dayanır. O kitab ki, cəmiyyət, insanlar, onu sadəcə asudə vaxtlarında oxuduqları “əsər, roman, şeir” – lə sinonimləşdirir. Amma kitab bu deyil!  Kitab uğurların, inkişafın, tərəqqinin, xoşbəxtliyin simvolu və problemlərin, müharibələrin, xəstəliklərin və s. açarıdır.

Hər bir insan doğulandan xoşbəxtliyi, kamilliyi, imanı, inamı axtarır. Bunların hamısının tapmağın bir yolu var. Kitab!…

Ey İnsan Oxu Kİ, TAP!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next