Peşəkar müəllim

İngilis dili hazırlığına gedirsiniz? Müəllimənin bilik və fəaliyyəti haqda məlumata malik deyilsiniz? Peşəkar müəllimdən dərs almaq istərdiniz? Dərsin keyfiyyəti Sizi narahat edir?

Bu gün Sizə RealBlog kateqoiyasinda “Peşəkar Müəllim” adlı bloqumuzu təqdim edirəm. Bildiyimiz kimi “Həyat” adlanan bir filmin “Təhsil və elm” adlanan bölümü var ki, hər bir insan bu bölümü yaşamalıdır və uğurla keçməlidir. Bu bölüm “müəllim” adlanan insanlara həvalə olunub.

Müəllimlərin kim olduqları, necə insan olmaları ilə yanaşı onların öz sahələri üzrə peşəkar olub olmamaları önəmlidir. Çünki, təhsil və elm düzgün formada və tam dolğun formada tədris olunmalıdır. Yadımdadır, mən 1-ci sinifə getdikdə valideynlərim ilk öncə həmin məktəbdə ən yaxşı ibtidai sinif müəlliminin kim olduğunu araşdırmışdılar və mənim həmin müəllimin sinifinə qeydiyyata salmışdılar. İndi ki, dövürdə də hər bir valideyn uşağının təhsili peşəkar, el dili ilə desək işini bilən müəllimdən əldə etməsini istəyir.

Mən Sizə məktəbdə tədrislə məşğul olan müəllimlər haqqında deyil, kurslarda gənclərə xarici dilllərə, beynəlxalq imtahanlara hazırlıqla məşğul olan müəllimlərdən danışacağam.

İlk olaraq qeyd edim ki, bildiyiniz kimi Bakıda yüzlərlə ingilis dili kursları və beynəlxalq imtahanlara hazırlıq kursları vardır. İngilis dilini öyrənmək istəyən və yaxud beynəlxalq imtahanlara hazırlaşmaq istəyən gənclər ilk olaraq dost tanışdan kurslar haqqında maraqlanır və yaxud internetdə araşdırma aparır. Daha sonra kursların qiyməti ilə maraqlanır. Əgər kurslar gəncin cibinə uyğun deyilsə, o zaman araşdırmasını sona çatdırır və digər kurslarla maraqlanır. Bəzən qiymət  deyil, həmin kursun harda yerləşməsi və yaxud evinə, universitetinə yaxın olması ilk olaraq önəm daşıyır. Lakin mən indiyədək elə bir insana rast gəlməmişəm ki, o kursdakı müəllimlərin nə qədər peşəkar olub olmaması ilə maraqlansın. Amma əslində qiymətdən də, universitetə və yaxud evə yaxın olmaqdan da və digər məsələlərdən də önəmli məhz həmin kursdakı müəllimlərin peşəkar olub-olmaması və tədris etdikləri sahə üzrə peşəkar biliyə sahib olub-olmamaları önəmlidir. Bəs niyə gənclər kurslara yaxınlaşaraq hansı müəllimlərlə çalışdıqlarını və müəllimlərin hansı özəlliyə malik olmalarını öyrənmirlər? Buna səbəb nədir?

Xarici dil tədris etmək, dilin özəlliklərini anlada bilmək və yaxud beynəlxalq imtahanlara hazırlıq zamanı bütün xırdalıqları ilə tədris edə bilmək və tədris yöntəmlərində xüsusi özəlliklərin tətbiq edilməsi və qarşısındakı tələbənin bilik və qavrama qabiliyyətinə görə tədris üsulları seçmək və tətbiq etmək hər bir müəllimin peşəkarlığının ölçüsüdür. Bundan əlavə müasir dövürdə müəllimlərin bilik və tədris etmə qabiliyyətlərini inkişaf etdirmək üçün müxtəlif kurslar var ki, həmin müəllimlərə beynəlxalq sertfikatlar əldə etmək imkanı yaradır. Bu kurslarda iştirak edən və iş fəaliyyəti dövüründə özünün inkişafına çalışan müəllimlər zamanla peşəkarlaşan və sözün əsl mənasında peşəkar olan müəllimlərdir. Bundan əlavə kursların çoxu ilk olaraq test dərsləri təklif edir ki, tələbə həmin test dərslərində iştirak edərək dərsin keyfiyyətini ölçür. Qeyd edim ki, bu ölçü metodu çox vaxt düzgün nəticə verməyə bilər. Çünki test dərsləri müəllimin peşəkar olmasını göstərə bilməz. Əgər Siz test dərsini bəyənib kurslara yazılmaq qərarını alırsınızsa, dərslərə gəldikdən sonra heç də bu dərslərin peşəkar və Sizə uyğun olmadığı ilə qarşılaşa bilərsiniz. Odur ki, kurslara baş vurarkən ilk öncə müəllimləri araşdırın və onların nə qədər peşəkar olub-olmadığını öyrənin.

Çünki yalnış tədris, yalnış biliyə sahib olmaq deməkdir!

1 thought on “Peşəkar müəllim”

  1. Menim oğlum 6ci sinifde oxuyur .araşdirma aparirdim xarici dili daha yaxşi öyrenmek uçun ne edek çunki ezberi heç sevmir. Her gun 1 saat oxumaqla maraqlidi yeterli ola biler ?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next