Hazırda Polşada təhsil sürətlə inkişaf edir və artıq Avropada bu ölkənin universitetləri yüksək təhsil verən universitetlər kimi göstərilir.

Bu baxımdan Polşa universitetləri Azərbaycan gəncləri üçün də əlverişli sayıla bilər.Polşa iniversitetlərinə hər il xaricdən xeyli sayda əcnəbi tələbə təhsil almağa gəlir.Bu da bu ölkənin universitetlərin yüksək reytinqə malik olduğunu göstərir.Polşada təhsilin üstün cəhədlərindən biridə təhsil haqqının elə də yüksək olmamasıdır.

Bakalavr təhsil almaq üçün

Polsa təhsil sistemi üç  mərhələyə bölünür:

  1. Bakalavr
  2. Magistr
  3. Doktorantura

Bakalavr təhsil almaq üçün İELTS və ya TOEFL imtahanları verərək birbaşa bakalavr dərəcəsində təhsil ala bilərsiniz.TOEFL və yaxud da İELTS nəticəniz yoxdursa, 1 il foundation keçdikdən sonra təhsil ala bilərsiz.

Bakalavr təhsil müddəti əsasən 3,qismən 4 ildir. Magistr təhsili 1.5 və yaxud da 2 ildir,doktorantura 3 illikdir.

Qeydiyyat tələbləri.

Müəyyən  bir universitet  seçimindən asılı olaraq, adətən ərizə forması, orta məktəb nəticələri (attestat),  həmçinin ingilis dili biliklərindən IELTS  və ya TOEFL balı tələb olunur. Bəzi ali məktəblərdə tövsiyyə məktubları, şəxsi oçerklər və digər sənədlər tələb olunur. İncəsənət məktəbləri əlavə qabiliyyət testləri təşkil edir.

Keyfiyyət təminatı.

Polşa Dövlət  Akkreditasiya  Komitəsi təhsil standartlarına nəzarət edərək  tez-tez  monitorinqlər keçirir. Komitə digər ölkələrin ofisləri ilə də əməkdaşlıq edir.

Akademik il

2  hissəyə bölünür

  1. Payız semesteri.  Başlama vaxtı  –  oktyabr
  2. Qış  semesteri.   Başlama vaxtı  –  fevral

Tədris, mühazirələr, dərslər, seminarlar, laboratoriya işləri və  kurs yazılarından ibarətdir.

İmtahanlar

Bir dövrü  uğurla başa çatdırmaq üçün tələbələr bütün  imtahanlardan lazımi qiymətlər almalıdırlar. Belə ki, çox yaxşı (5),  yaxşı + (4,5),  yaxşı (4), qənaətbəxş  +(3,5), qənaətbəxş (3) və  uğursuz (2).  Avropa Kredit Transfer Sistemi çərçivəsində  imtahanları vermək üçün müəyyən sayda kreditlər  mövcuddur.

 

  Günel Qulamova

Bizimlə əlaqə:

Ünvan: Bakı şəhəri, Elmlər Akademiyası,Q.Xəlil küçəsi 3 (vergilər nazirliyinn sol tərəfi). 

Ofis: (012) 538 38 33

Whatsapp: (055) 955 34 73

email: gulamova@celt.az

İnstagram: celtcollegeselmler

CELT Colleges Elmler

8 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla