[vc_row][vc_column][vc_column_text]
- Rəsmi adı : Poland / Rzeczpospolita Polska Respublikası (qısa forması: Polşa / Polska)
- Dil : Polyak
- Paytaxt : Varşava
- Böyük şəhərlər : Gdańsk, Kraków, Łódź, Poznań, Wrocław
- Əhali : 38 501 000 (2011)
- İqlim : hərdən yağıntılı, çox sərt olmayan qıs, orta mülayim yay
- Yerli vaxt : GMT + 1 saat
- Avropa İttifaqının üzvü: 2004-cü ildən
- Dinlər : Roma Katolik 89,8%
- Pul vahidi : zloti (PLN), avro
Polşa, Şərq və Qərbi Avropanın coğrafi və mədəni tərəfdən kəsişməsinə xidmət edən maraqlı bir ölkədir. 1000-ildən çox yaşı olan Polşa dövləti, Şimali Avropanın düz mərkəzində yerləşir. Ölkə, Avropa dövlətləri arasında böyük və İttifaqı arasında ən vacib üzvlərindən biri kimi mühüm mövqeyə malikdir. 2007 –ildən Şengen sahəsinə qoşulub. Almaniya, Çexiya, Litva və s. ölkələrlə sərhəd qonşusudur.
Təhsil sistemində Polşa ən dinamik inkisaf edənlər sırasındadır. Son 12 ildə tələbələrin sayı 4 dəfə,ali məktəblərin sayı isə 5 qat artmısdır. Hər il demək olar ki, yarım milyon gənc universitet və kollec təhsilinə başlayır.
Polşa universitetlərində araşdırılan yüksək keyfiyyətli tədqiqatlar Avropa məkanının ayrılmaz tərkib hissəsidir. Bütün aparıcı ali məktəbleri ingilis dilində tədris olunaraq tibb, mühəndislik, humanitar, biznes və maliyyə proqqramları təklif edir. Polşa Boloniya prossesində fəal iştirak edir. ECTS sayəsində (Avropa Kredit Transfer Sistemi) tələbələr digər ölkələrdə də təhsillərini davam edə bilərlər.
Polşada Bakalavr Təhsili
Polşada Azərbaycan vətəndaşları attestatla bir başa bakalavr pilləsinə başlaya bilərlər. İngilis dilində yetərincə proqram vardır və bakalavr dərəcəsi Polşada ildə sadəcə bir dəfə başlayır. Bakalavr dərəcəsi 3 il davam edir.
Bakalavr dərəcəsinə qəbul üçün aşağidakı sənədlər bizə gətirin:
- İllik təhsil haqqı 2-6 min avro arası
- Attestat
- IELTS 6.0
- Pasport
Polşada Tibb Təhsili
Polşada iki universitet tibb proqramını ingilis dilində təqdim edir. Varşava universiteti və Jagiellonian University.
- İllik təhsil haqqı 11000 avrodan başlayır
- Attestat
- IELTS 6.0
- Universitetdə Tibb İmtahanı
Polşada Magistr Təhsili
Polşada magistr dərəcəsi 2i il davam edir. Magistr dərəcəsinə qəbul olmaq üçün ona uyğun bakalavr dərəcənizin olması lazımdır. Proqram dili İngilis dilindədirsə o zaman IELTS və ya TOEFL nəticəsi də lazım olacaqdır.
- İllik təhsil haqqı 2-5 min avro arası
- Bakalavr diplomu
- IELTS 6.0
[/vc_column_text][dt_team_masonry img_border_radius=”0px” bwb_columns=”desktop:2|h_tablet:2|v_tablet:2|phone:1″ post_title_bottom_margin=”0px” soc_icon_border_width=”0px” posts_offset=”0″ category=”9555″][/vc_column][/vc_row]
Salam,men bilmek isteyirem ,Dizayner fakultesini bitirib,Polwada tehsil almaq olar?
Dizayner fakultesini bitirib,Polwada magistr tehsili almaq olar?
Salam men Kolleci bitrib Bakalavr derecemi artirmag ucun Universete verdim Amma qiyabi bitirmisem Polsada Magstr oxumag ucun bu elverislidi?
Salam. Magistratura üçün sened qəbulunu yay mövsümündə (may-iyul arası) edən xarici olkelerde universitet var?
Salam mən attestatla polşada nece tehsil ala bilerem?
Salam polşada magistr təhsili almaq üçün hansi senedler lazimdi birdeki minimum odenis haqqi ne qederdi
illik 2-3 min avrodur. Bakalavr diplomu və IELTS lazımdır
Salam, men Qerb Universitetinin Politologiya ixtisasini bitirmisem.Ancaq tehsilimi davam eletdirmek istemirem .Lakin ikinci bakalavr oxumaq isteyirem ,yeni bir tehsil kimi .
Men hardan maraqlana bilerem ixtisaslarla .attestatla gelmek isteyirem .???
Salam. Ofislərimizə yaza bilərsiniz.
Wroclaw Texniki Universitetinde tehsil almaq ucun SAT imtahani mecburdur yoxsa IELTS ve yaxud TOEFL imtahani kifayet edir?
Salam IELTS və ya TOEFL yetərlidir.
Salam.Mende SAT balı 1440dır.Attestatımda bütün qiymetler 5dir.Polşada tibb tehsili ala bilerem?
Salam. Polşada tibb təhsili 13-14 min avrodur və ingiliscədir. Çoxunun vaxtı keçib artıq ama SAT olsada əlavə imtahan verməli olursunuz. Uyğundursa müraciət edə bilərsiniz
Salam. Polşada bakalavr tehsili almaq ucun hansi teqaud programlari var? Wiseqrad master ve doktorantlar ucun oldugu kimi bakalavr ucun de teqaud programi var mi? ????
Salam. Bakalavr üçün normalda təqaüd olmur. Unilər özləri müəyyən endirim edirlər.
Salam. Polşada Scolarship’lə Finans üzrə oxumaq mümkündür mü? Əgər mümkünsə məlumat verərdiniz, zəhmət olmasa…
Bir də, Erasmusdan qəbul aldığın ölkədən scolarship də almaq mümkündür mü?
Xahiş edirəm, cavablandırasınız…
Salam. Erasmus unilər arasındadır. Bunu universitetiniz ilə maraqlanın. Polşada standard təqaüd yoxdur. necə olsa müəyyə məbləğ ödəyəcəksiniz. Yəni illik 2-4 min avro olan unilərdən təqaüd gözləmək olmaz.
Salam men azerbaycan kooperasiya universitetini bitirmişem magistra gele bileremmi?
Əlbəttə