QIRMIZI NÜMÜNƏ-nin ilk qəhrəmanı Elgün Kərimovdur. Qeyd edim ki, bu qəhrəman Sizin hər birinizə stimuldur. Buyurun tanış olun.

Məqsəd və hədəf:

Xaricdə oxumaq hər bir insan üçün hədəf olmaya bilər. Amma bunu istəyənlər üçün sərhəd olduğunu düşünmürəm. Mən bakalavr təhsilimi Naxçıvan dövlət Universitetində oxumuşam və orada belə bir hədəf qurmaq Bakıdan daha çətindir. Məndə həmişə məqsəd xaricdə oxumaq və ordakı insanların niyə güclü görünməsinin sirrini öyrənmək idi. İllərdir bunu arzu edirdim. Axı onlar bizdən qat-qat az işlədikləri halda niyə bizdən savadlı və güclü görünsunlər. Bu məni həmişə narahat edirdi və bunun öyrənməyin yeganə yolu orada oxumaq idi. Bunun üçün gecə gündüz çalışdım. Hədəflərimi seçdim və hədəfimə lazım olanları müəyyən etdim və onlara hazılaşdım. Mənimlə bərabər bir neçə dostum da vardı amma onlar bunun real olması üçün möcüzə olmasını düşündükləri üçün yarıda bu işi buraxdılar. Amma mən tək başına da olsa bu yolda mübarizəmi davam etdirdim. Sən mübarizə apardıqca möcüzələr səni tapır. Möcüzələr, təsadüflər heç vaxt adı adamı axtarmır. Bu bir həqiqətdir.

Niyə məhz bu universitet? Məntiqli seçim, uğurlu nəticə…

Mən üç universitetə University of Oslo, Brandies University və William Paterson University New Jersey qəbul olmuşdum. Maliyyə problemim olduğundan mən bu universitetlərdən 100% təqaüd verəni , William Paterson University New Jersey universitetini seçdim. O biri universitetlər reytinq və tanınma baxımından bu universitetdən üstün olsa da, bu universiteti seçdikdən sonra heç də peşman olmadım. Burda aldığım dərslər digərlərindən qat-qat üstün idi. Burada Siyasət fakültəsi mən dünyaya gəlməmişdən də öncə 1975-ci ildə yaranmışdır. Universitet özü isə 1855-ci ildə yaranmışdır. Getmədən öncə əsas səbəb maliyyə idi. Amma gedəndən sonra bütün səbəblər bu universitetdən yana idi. Reklamsız və sifr kefiyyət üçün işləyən təbiət qoynunda yerləşən bir universitetdir. Bu da mənim təbiətimə çox uyğun gəlirdi.

Ən maraqlı hadisə…

Amerikaya gedənə kimi mən xaricdə heç olmamışdım və çoxda beynəlxalq təcrübəm yox idi. Amerika mədəniyyət şoku deyilən bir anlam var. Yəni hər şey sizə o qədər yad gəlir ki, sankı başqa bir dünyaya düşdüyünüzü anlayırsınız. Məndə bu vəziyyətdə idim. Azərbaycan üçün çox darixırdım və problem də o idi ki, bunu Azərbaycanda heç kimə deyə bilməzdim. Çünki hər kəs mənim getməyimə qarşı idi və bu qərarı hər kəsə qarşı olaraq vermişdim. Səbəb ailə məsələsi idi. Mən oxumağa gedəndə artıq evli idim.
Amma bir gün dayanmayıb qayıtmağa qərar verdim və təcili Nyu York şəhərinə qaçıb aviabilet aldım. Səhəri gün hava limanına yola düşdüm və təsadüfən orada bir porfessorum məni yaxaladı . Getməyimi biləndə normal qarşıladı amma səbəblərini soruşdu məndə ona bütün tarixçəni anlatdım. Və mənə dəstək olmağa çalışdı. Yəni hissi deyil məntiqi davranmağı mənə məsləhət gördü. Beləliklə böyük problemdən geri döndüm. Ondan sonra Amerikan həyatından qaçmağa deyil onlara alışmağa çalışdım. Bu çətin idi o baxımdan ki, bütün ağırlıq birdən birə üstümə düşmüşdü. Burda kimsə məsləhət verməmişdi və hər şeyi özüm etmişdim. O vaxtlar xaricdə təhsil şirkətləri demək olar ki, yox idi.

Şəhərim…

Mənim təbiət  qoynunda olan yerləri və universitetləri sevirəm. Mənim universitetim tam meşənin ortasında və qaldığım qəsəbə onun qoynunda yerləşirdi. Ən gözəl üstünlüyü Nyu York şəhərinə cəmi 1 saat yol idi. Bütün günümü universitetdə keçirirdim. Səhər saat 9:00-dan axşam saat 12:00 kimi. Çünki universitetdə hər imkan var idi. Dərslər axşam olur və axşama kimi kitabxanada və kafedə olurdum. Kitabxanada qısa müddətli yatmaq üçündə yer var idi. Heç nəyə limit yox idi. İstifadədə sərbəst idim. Kömpüterdən tutmuş ,kağız çapına kimi. Xüsusi sevdiyim yer universitetin böyük həyəti idi. Orada hər cür heyvanlar var idi. Axşamlar ceyranlar ətrafa dolaşırdi və bu universitetə əlavə gözəllik verirdi. Onların da arasında kitab oxumaq maraqlı idi.

Mən nə qazandım…?

Xaricdə təhsil insana həyatda irəli getmək üçün azad düşüncəyə malik olmaq üçün, daha çox başqalarının dediyi kimi deyil, öz düşündüyün kimi, öz istədiyin kimi yaşamaq üçün hər şeyi verir. Hər şeyi daha məntqi və ağıllı düşünə bilirsən və bu sizi daha irəli aparır.

Xaricdə təhsil almaq o demək deyil ki, hökmən bütün dərəcəni orada almalısınız. Ən azı bir il oxuyub da qayıda bilərsiniz. Bu indi mümkündür və əminəm ki, xaricdə ən azı bir il oxumaq lazımdır və tam dərəcə oxumaq istəyənlər isə daha çox biliyə malik olurlar.

Çünki Azərbaycana bu lazımdır!

Yeni qəhrəmanlarla tanış olanadək…. )

Unutmayın Sizin hər biriniz qəhrəmansınız. Sadəcə bu qəhrəmanlığı özünüzdə tapın.

Uğurlar:)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla