“QIRMIZI nümunə” Motivasiya Layihəsinin bu dəfəki qəhrəmanı Elçin Hacıyevdir. O özünün xaricdə təhsil almaq istəyini və bu istəyi neçə keçirtməyini bizimlə bölüşübdür ki, məncə onun qeyd etdikləri hər bir xaricdə təhsil almaq istəyən və bunu qarşısına məqsəd qoyan insanlar üçün, gənclərimiz üçün bir nümunədir. O nümunə ki, sizlərə bu yolda çox böyük kömək ola bilər.

Buyurun Elçinlə və onun bizimlə bölüşdüyü fikirlər ilə tanış olun.

Elçin Hacıyev- “Xaricdə təhsil almaq dəb və diplom ücün deyil savadlı və bilikli olmaq ücündür.”

Universitetdə 1-ci kursda oxuyarkən xaricdə təhsil alan azərbaycanlı adını daşıyan birilərini gördükdə və eşitdikdə onlara baxıb sözün yaxşı mənasında həsəd aparırdım. Çünki xaricdə təhsil  alacaq tələbə qədər ingilis dili biliyim yox idi və buda məni məyus edirdi. Hətda tam səmimi etiraf edirəm ki, istər getdiyim kursda olsun, istərsə də universitetdə olsun mən ingiliscə danışanda  istehzalı gülüşləri də hiss edirdim.

2- ci kursdan xaricdə təhsil alan azərbaycanlı adının da verdiyi motivasiya ilə universitet dərslərini və sosial həyatdaki fəaliyyətimi bir necə illik kənara atdım. Əlbətdə ki, bu çox böyük iradə tələb edir və beləcə o adı qazanmaq üçün həiqətən çox çalışdım və 4 -cü kursun ilk aylarında artiq qəbulumu aldım .

Bu gün Milanda təhsil alıram. Amma bu mənim hədəflərimin sonu deyil və mənim üçün kifayət etmir. İngiltərənin top universitetlərindən birinə qəbul olmağa calışıram və düşünürəm ki, inşAllah bunu da həyata keçirəcəyəm və  qarşımda bunu etməyim üçün heç bir problem də olmayacaqdır.  Hədəflərimizi vurmaq uçün  usanmadan calişmaq lazımdı, bunuda xüsusi vurğulayım…
Magistr  təhsilinin 1illik olması,bundan əlavə İtalyada (xüsusi ile iqtisadiyyat bölümündə) çox keyfiyyətli ve populyar universitetlerdən biri olması səbəbi Ilə  Universita Cattolica del Sacro Cuore de Milanonu seçdim.
Düşünürəm ki, imtahanlar hələ başlamadığı üçün bir maraqlı hadisələrlə qarşılaşmamışam. Qarşılası olsam sizinlə bölüşəcəyəm 🙂
Bəzi şəhərlər var ki, onlar haqqında məlumat verib kimlərisə məlumatlandırmağa dəyər, amma Milan haqqında heç bir məlumata ehtiyac yoxdu. Milan şəhərini gəzməyi  hamıya amma xüsusilə yağışı sevənlər üçün  məsləhət görərdim ki, bu şəhərdə olsunlar.
Xaricdə sözün əsl mənasında keyfiyyətli təhsil almaq, Sizə ilk öncə özgüvən verir ki, bunu sosial həyatda tutduğunuz ve olduöunuz bütün mövqelərdə hiss edə bilərsiniz. Bundan əlavə aldığınız təhsil ilə bərabər həyata baxışlarınız da dəyişə bilər ki, xaricdə təhsil almaq dəb və diplom ücün deyil savadlı və bilikli olmaq ücündür.

Mənim Azərbaycanda universitetə hər gün getməyimin səbəbi davamiyyət üçün idi,lakin burda isə hər gün yeni bir mövzu ,yeni bir bilik öyrənəcəm deyə universitetə gedirəm. Mənim üçün fərqlər bunlardır.

Sonda layihənizə dəvət etdiyiniz üçün minnətdaram!

Elçin Hacıyevin bizimlə paylaşdıqları bu qədər…

Sonda bizdə öz adımızdan Elçin Hacıyevə layihəmizdə iştirak etdiyi üçün təşəkkürümüzü bildirirk və ona yeni hədəflərində və məqsədlərində daim uğurlar arzulayırıq! Belə gənclərimizin olması bizləri hər zaman sevindirir 🙂

Yeni qəhrəmanlarla görüşənədək…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla