Royal Road Universiteti Kanadada yerləşir və  Dövlət Universitetidir. Bir ölkə kimi Kanada Dünyada yüksək yaşayış və təhsil səviyyəsi  olan ölkə olaraq tanınır. Belə ki, U21 Rankings of National Higher Education 2012 hesablamalarına görə Kanada təhsil sisteminə görə Dünyada 3-cü yeri tutmuşdur

Royal Road University yaranma tarixi 1900-cu illərə bağlanır. Lakin lisenziya alıb Dövlət Universiteti kimi fəaliyyətə başlaması 1995-ci ildən başlayır. Universitet Kanadanın qərbində British Columbianın paytaxtı olan Viktoriyada yerləşir.

Şəhər mülayim tempraturu və özünə məxsus mədəniyyəti ilə fərqlənir.Bu şəhərdən Vankuverə 30 dəqiqəlik məsafədir ( təyyarə ilə )

Royal Road University biznes, hotel management, PR kimi ixtisaslar üzrə bakalavr təhsili təmin edir. Həmçinin Universiteti yaxşı bitirmiş tələbələrə köməklik göstərərək onların iş tapmasında yardımçı olur.

Royal Road University göstərdiyi təhsilin keyfiyyəti, xidmətə və təhlükəsizliyinə gör A+ kateqoriyasını özündə daşıyır.  Universitetdə 6.000 tələbə təhsil alır. Universitetdə illik təhsil haqqı 15.000-20.000 $ arası dəyişir. Bu ixtisaslardan asılı olaraq müxtəlif olur.

Universitetin bakalavr dərəcəsinə Attestatla qəbul var. Şərtlər:

  • Attestat qiymətlər yüksək olmalı
  • TOEFL nəticəniz 80-dən yuxarı  olmalı

Bakalavr təhsili alırsızsa və transfer etmək istəyirsizsə onda:

  • GPA ( orta nisbi bal ) yüksək olmalı
  • TOEFL 80 – dən yuxarı olmalı

Royal Road University -də tədris ili ildə 2 dəfə yanvar və sentyabr aylarında başlayır. Və təhsilində bacarıqlı olan tələbələri 2000 $ təqaüdlə təmin edir.

Son müraciət tarixi yanvar ayında başlamaq üçün Oktyabr , sentyabr başlanğıcı üçün Aprel ayıdır.

 P.S: Təqaüd illik təhsil haqqından çıxılır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla