Hər kəsə məlumdur ki, qloballaşan dünyada ingilis dilinə böyük ehtiyac vardır. İxtisasından,peşəsindən asılı olmayaraq istənilən insanın formalaşması üçün,dünya görüşünün,intelektinin olması üçün  hal-hazırda ingilis dili əsas rol oynayır. Bu səbəbdən valideynlər övladlarına ingilis dilini kiçik yaşlarından öyrənməyi məsləhət bilirlər. Düzdü hal-hazırda artıq orta məktəblərdə də aşağı siniflərdən ingilis dili tədris olunur. Əvvəllər 5-ci sinifdən başlayaraq orta məktəblərdə ingilis dili  tədris olunurdusa,hal-hazırda 1-ci sinifdən başlayaraq tədris olunmağa başlayıb. Dünya təcrübəsinə də nəzər salsaq ingilis dili 1-ci sinifdən tədris olunur. Dünya ölkələri bir az da irəli gedərək aşağı siniflərdə təkcə ingilis dili deyil, digər perspektivli dilləri də tədris edirlər. Əlbəttə, Azərbaycan məktəblərində də ingilis dilinin aşağı siniflərdə tədris olunması təqdirəlayiqdir. Bu gələcəkdə şagirdlərin orta məktəbi bitirəndə ingilis dilində sərbəst danışmaları üçün  yaxşı imkandır. Əgər bir şagird orta məktəbdə ingilis dilində normal səviyyədə danışmağı bacarırsa, bu onunçün qarşıda böyük uğurların olması deməkdir.

Bu səbəbdən də kiçik yaşlıların ingilis dilini öyrənməyə böyük ehtiyacları vardır.

Kiçik yaşlılara ingilis dili necə tədris olunmalı?

Kənardan baxarkən uşaqlara dərs tədris etmək asan görünür. Amma əksinədi böyüklərə ingilis dili tədris etmək kiçik yaşlılara tədris etməkdən asandır. Bunu bir neçə səbəbi vardır. İlk öncə kiçik yaşlılar üçün bir sıra dərslərlə bərabər dil öyrənmək  bir qədər çətin gəlir və uşaq birdən – birə çətinliyə düşür. Bu əsasən 1-ci siniflərdə baş verir. Digər tərəfdən hal-hazırda aşağı siniflərin dərsləri həddindən artıq ağırdır. Proqram çox çətindir deyə şagirdlər dərsləri normal şəkildə mənimsəyə bilmir. O qədər dərslər olur ki, uşaqlar o məlumatları normal şəkildə qəbul edə bilmir. Beləliklə, şagird heç  bir şey öyrənə bilmir. Bugünkü gündə ingilis dilinin tədrisi məsələsi aktual problemlərdəndi. Bunun  üçün dünya təcrübəsi olan müəllimlərə ehtiyac var ki, ingilis dilini həmə böyüklərə, həm də kiçiklərə düzgün  tədris etsin. Kiçik yaşlılar üçün müəllim ən önəmli bilik mənbəyidir. Müəllimin dərsi tədris etməsindən çox şey asılıdır.

İstedadlı müəllimlər və perspektivli şagirdlər

Hal-hazırda istedadlı müəllim yetişdirmək çox çətindir. İntelektli,istedadlı müəllim olması üçün dünya görüşü olması ən önəmlidir. Artıq 10 ildir ki, Azərbaycanda təhsil sahəsində önəmli addımlar atan CELT Colleges bu sahədə də öz töhfələrini verir. İnsanın formalaşması bir neçə mərhələdən keçir. CELT bunu düşünərək  CELT Kids(Uşaqlar) mərkəzi açdı. Artıq illərdir mərkəzdə istedadlı müəllimlər çalışır və perspektivli şagirdlər yetişir. Burada lap kiçik yaşlarından uşaqlar mərkəzə qəbul edilir və uşaqlara musiqi,rəsm, ingilis dili, idman və s. sahələr biliklr verilir. Artıq uşaq məktəbə gedəndə tam hazır olur və məktəbdə heç bir əziyyətlə qarşılaşmır.  Əgər sizdə övladınızı normal şəkildə inkişaf etməsini, formalaşmasını istəyirsinizsə, o zaman övladınızı bizə əmanət edin.

CELT Kids Sahil
Günel Qulamova
Tel: (012) 598 10 30
Mob: (070) 629 32 42
Ünvan:R.Behbudov 3 (DTX — mədəniyyət mərkəzi)
www.celt.az



Добавить комментарий

Ваш электронный адрес не будет опубликован. Обязательные для заполнения поля помечены *

Отправить