Orta məktəbdə təhsil alan hər bir məktəb şagirdinin arzusu Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olmaq və tələbə adını qazanmaqdır. Təhsilə günü – gündən daha çox qiymət verildiyi bir dövrdə yaşayırıq. Azərbaycan övladları artıq həm Azərbaycanda ,həm də xaricdə təhsillərini davam etdirirlər,bu da bizim Azərbaycan övladlarının oxumağa nə qədər  istəkli və həvəsli olmalarından irəli gəlir. Xaricdə təhsil alan Azərbaycanlı tələbələrin sayı günü – gündən artır.  Ali təhsil hər bir gəncə böyük perspektivlər  təklif  edir. Ali təhsilli tələbə kariyera qurmaq,öz arzularına daha çox çatmaq imkanına malikdir. Ali təhsil almaq istəyən hər bir gənc böyük səy göstərməlidir. Həm ali məktəbə hazırlaşmaq ,həm də ali məktəbdə təhsil almaq çox məsuliyyətlidir. Orta məktəbdə oxuyan şagirdlər hələ orta məktəb vaxtından bütün fənlərə böyük məsuliyyətlə yanaşmalı,valideynlərinin əziyyət və etimadını doğrultmağa çalışmalıdırlar. Müəllimlər  isə həm fənlərin tədrisində,həm də şagirdlərin düzgün istiqamətləndirilməsində xüsusi şəkildə diqqətli və məsuliyyətli olmalıdırlar.

Bütün bunlarla yanaşı,ən önəmli öhdəlik isə valideynlər övladlarına ixtisas seçimində təzyiq göstərmək fikrindən daşınmağa çalışmalıdırlar. Valideynlər  öz övladlarına ən önəmli olan mənəvi dəstəyi göstərməlidirlər,çünki bu yolda abituriyentlər üçün bu dəstək çox vacibdir. Ali məktəbə hazırlıq çox mürəkkəb və eyni zamanda məsuliyyətlidir. Təbii ki ,heç bir övlad öz valideynini məyus qoymaq istəməz. Hal-hazırkı dövrümüzdə orta məktəblərimizdə oxuyan şagirdlərin böyük əksəriyyəti Ali Məktəbə hazırlaşır,istər dövlət,istər özəl ali məktəblərinə,və bu zaman şagirdlər qəbula hazırlıq proqramı ilə bağlı repetitorlara müraciət etməli olurlar.

Əziz abituriyentlər  CELT Colleges  həmçinin sizə Ali Məktəbə hazırlaşmaq və ən əsası tələbə  adını qazanmaq şansını verir. Tədris mərkəzinin rəhbərliyi və müəllim heyəti bütün bunları nəzərə alaraq abituriyentlərə bu mürəkkəb və məsuliyyətli prosedurada yüksək keyfiyyətli təhsil təklif edir. Tədris mərkəzimizdə təşkil olunan  abituriyentlər üçün qəbula hazırlıq kursları təşkil olunub. Təcrübəli müəllim heyəti nəinki tələbələrimizə elm öyrədir,hətta  bu mürəkkəb və məsuliyyətli yolda onlara psixoloji dəstək olurlar. Dərslərimiz fərdi,3 və 5 nəfərlik qruplar üçün nəzərdə tutulmuşdur,dərs müddəti isə  həftədə 2 dəfə 2.5 və yaxud 1.5 saatdır. Bizim ofisimizdə qruplara yüksək keyfiyyətli dərs keçmək üçün tam münasib şərait yaradılmışdır. Dərs zamanı önəmli olan əsas prinsip yüksək keyfiyyətli və müasir və müxtəlif   tədris metodlarından istifadə edilməsi,şagirdlərə, tələbələrə verilən biliyin mənimsənilməsi,abituriyentlərdə test işləmə strategiyalarının daha da möhkəmləndirilməsidir. Bizdə əsas məqsəd abituriyentlərdə mükəmməl və sürətli test işləmə vərdişlərini yaratmaqdır. Dərs proqramı isə TQDK –nın qəbula hazırlıq üçün müəyyən etdiyi proqram əsasında keçirilir. Abituriyentlər  hazırlaşmaq istədiyi fəndən xüsusi test vasitəsilə yoxlandıqdan sonra kursa qəbul olunmuş hesab olunur. Tələbələrimiz üçün CELT-in zəngin kitabxanası daim fəaliyyət göstərir. Hər ay sonu isə tələbələrimizə ay ərzində keçirilən material əsasında imtahan keçirilir,imtahan isə test üsulu ilə icra olunur.

Əziz abituriyentlər  əgər siz də tələbə  adını qazanmaq və gələcəkdə uğurlu kariyera qurmaq istəyirsinizsə buyurun bizim mərkəzə müraciət edin.

Gülsəfa Məmmədova

Ofis Menecer

MEMAR ƏCƏMİ m/s yaxınlığında

Asif Məhərrəmov küç. 34 A

Əlaqə tel:  012 408 63 74

Email: mammadovag@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla