Bildiyiniz kimi hal-hazırda hər bir insanın həyatında elektron poçt çox mühüm rol onayır. Hətda hər birmizin həyatının ayrılmaz hissəsidir ki, məhz biz bu elektorn poçt vasitəsilə dostlarımızla əlaqə saxlayırıq, müxtəlif insanlarla əlaqə saxlayırıq, işlə bağlı fəaliyyətlərimizi qurur və y müxtəlif problemlərimizi həll edirik. Müxtəlif elektron poçt platformaları olsada, bizlər hər zaman çalışırıq işləməsi asan və təhlükəsizliyi təmin olunmuş platformalardan istifadə edək. Lakin korparativ elektron poçtları və ümumilikdə şəxsi elekron poçtları quraşdırmaq üçün Microsoft Office proqramları sırasında Outlook adlanan proqram var ki, məhz bu proqrama elektorn poçtunuzu quraşdırıb bu proqramın üstünlüklərindən istifadə edə bilirsiniz. Amma Outlook proqramını uzun müddətli və tam istifadəso üçün onun lisenziyalı versiyasını (premium) əldə etmək lazımdır. Lakin mən bu gün sizlərə bu Outlook proqramının alternativ variantını və tam pulsuz istifadə etmək imkanı yaradan Windows Live Mail proqramından və onun üstünlüklərindən danışacağam. Bu proqram bəzi cəhətlərini çıxmaqla tam Outlook proqramının xüsusiyyətlərini daşıyır. Bu məhsulda Microsoft şirkətinə məxsusdur. Yəqin Windows Live Mesenger haqqında eşitmisiniz yaxud bu proqramdan hal-hazırda istifadə edirsiniz. Windows Live Mail proqramı məhz həmin mesenger proqramının bir qoludur.Amma əlavə olaraq bu proqram yüklənməlidir və kompyuterə quraşdırılmalıdır. Bu proqramı Windows 7, 8, Vista əməliyyat sistemli kompyuterlərdə istifadə etmək mümkündür. Proqramı yükləndikdən sonra müvafiq açılan pəncərələrə elektron poçtunuzun məlumatlarını, adınızı, soyadınızı və parolu daxil edirsiniz. Əgər siz gmail.com, live.com kimi elektron poçt platformalarından istifadə edirsinizsə bu zaman məlumatlarınızı əlavə edikdən sonra növbəti ( next) düyməsini vuraraq avtomatik olaraq elektron poçtunuzu bu proqrama quraşdırısınız. Digər elektron poçt platformalarının parametrlərini əl ilə quraşdırmaq lazımdır.

Siz bu proqrama elektron poçtunuzu quraşdırmaqla nə əldə edirsiniz?

1. Kompyuter işə düşən kimi elektron poçtunuz avtomatik aktiv olur və yeni məktublarınızdan tez xəbər tutursunuz.

2. Məktublar qruplaşaraq, tarixə görə, adlara görə, mövzuya görə sıralaya bilərsiniz.

3. Məktublar müəyyən şəxsdən və yaxud mənbədən sıralanma ilə həmin şəxsin və ya mənbənin adına görə düzülür. Buda sizin kimlə və ya hansı mənbə ilə yazışmanızı rahat görmənizə və tapmanıza səbəb olur.

4. Çox rahat məktub göndərmək funksiyası vardır ki, kompyuterinizdə istənilən fayl və ya şəkillərin üzərinə gəlib sağ düyməni vuraraq müvafiq göndər “sent”əmrinə gələrək mail ilə göndərə bilərsiniz.

5. Məktubunuzda istədiyiniz müvafiq imzanınızı yarada bilərsiniz.

6. Ən əsası və deyərdim ki, ən böyük üstünlüklərindən biri, məktubu göndərərkən oxunub oxunmamasını bilmək üçün məktubu göndərməmişdən əvvəl quraşdıracağınız məktubun oxunmasını təsdiqləmək üçün ” read receipt”  əmri sizin işinizi çox asanlaşdıracadır ki, qarşı tərəfin məktubunuzu oxuyacağı haqda təsdiqləyici məktub alacaqsınız

7. Bu proqrama bir və daha çox elektron poçt quraşdırma olar. Bu da sizin mövcud olan bir neçə elektron poçtunuzu bir proqramda rahat istifadə etmənizə şərait yaradacaqdır.

 

Bu proqram haqqında çox danışmaq olar, lakin aşağıdakı linkə keçib bu proqramı yükləyib quraşdırmaqla üstünlüklərinin şahidi ola bilərsiniz. Qeyd edim ki, bu proqramın 2012 versiyası vardır, lakin o bir çox proqramlarda çalışmır. Buna da səbəb həmin proqram təminatında əməliyyat sisteminin lienziyalı olub-olmaması ilə bağlıdır. Odur ki, bu proqramın 2011 versiyasını yükləmək üçün bu linkə keçin və müvafiq dili seçərək kompyuterinizə yükləyin. Yükləndikdən sonra müvafiq proqram kökünü ( setup) açaraq kompyuterinizə elektron poçtunuzu quraşdırın…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla