Hər bir kəs ingilis dilini öyrənmək istəyir. Kimlərsə bunun üçün ingilis dili kurslarına gedir və istəyinə çatır, kimlərsə hələ də gözləyir…

Dil öyrənmək üçün ilk öncə həvəs və dili öyrənmək üçün ona ayırmalı olduğunuz vaxt lazımdır. Bunlardan biri olmadıqda siz heç vaxt ingilis dilini öyrənə bilmərsiniz. Sizlər gün ərzində neçə saat musiqi dinləyirsiniz? Yaxud küçədə, avtobusda yolda olarkən musiqi dinləyirsinizmi? Bilirəm ki, çox insan bəli deyəcək.

Musiqi ruhun qidasıdır, lakin çərcivədə olmalıdır. Yəni musiqini belə həddindən artıq dinlədikdə zərərlidir. Lakin sizlər musiqi zövqünüzü, musiqi dinləmənizi daha innovativ edə bilərsiniz, əgər ingilis dilini öyrənirsinizsə və yaxud öyrənmək istəyirsinizsə…

Bu necə olur? Mən sizlərə bundan danışacağam. Deməli sizlər kimi məndə mp3 qurğumda musiqi dinləyirəm. Lakin bu pleyerə xoşladığım musiqi ilə bərabər ingilis dilində olan audio yazılarıda yükləyirəm və bir neçə musiqi dinlədikdən sonra məhz həmin audio yazılara qulaq asıram. Bundan əlavə telefonun diktofonuna öyrənmək istədiyim sözləri oxuyub tərcümənisini, səslənişini deyərək yazıram və daha sonra bu audio yazınıda mp3 pleyrə yükləyirəm ki, gün ərzində dinləyim. Bu zaman nə baş verir?

İlk öncə musiqi dinlədikdə bəzən insanın beyni yorulur. Bu beyin yorğunluğunun olmaması üçün və dinlədiyiniz musiqinin gözəlliyinin, zövqlülüyünün qorumaq üçün hər 2-3 musiqi dinlədikdən sonra ingilis dilinə aid audioları dinləmək lazımdır. Bu yenə qeyd etdiyim kimi siz əgər ingilis dilini öyrənirsinizsə dilinizi təkmilləşdirəcəksiniz və yaxud ingilis dilini öyrənməyə özünüzdə həvəs yaradcaqsınız. Çox həvəsli olub bu üsusldan daha çox və yaxşı formada istifadə etsəniz bəlkədə kurslara getmədən də ingilis dilini öyrənə bilərsiniz. Mobil telefonunuzda da bu üsulu tətbiq edə bilərsiniz. İnternətdə bu cürə audio və yaxud video materiallar çoxdur. Bundan başqa hər bir telefonda diktofon qurğusu vardır ki, bu qurğudanda istifadə edib yeni sözləri və yaxud mətnləri oxuyub telefonunuza yazıb elə telefonunuzda yaxud da mp3 qurğunuzda dinləyə bilərsiniz. Yən siz özünüzün müəllimi olursunuz.

Beləliklə bundan sonra mp3 qurğunuz musiqili müəlliminiz olacaqdır:)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla