SAT / IELTS / TOEFL sual-cavab

SAT – IELTS – TOEFL  haqqında sual və cavab

  1. TOEFL nəticəm var. IELTS imtahanına neçə ay hazırlaşmalıyam?
  • Əgər sizin TOEFL nəticəniz yüksəkdirsə, siz artıq ingilis dili ilə probleminizi ortadan qaldırmısınız. Həm TOEFL həm də IELTS imtahanları ümumi və akademik ingilis dili səviyyəsini test etdiyinə görə əgər bu imtahanlardan birini vermisinizsə, ikinicisini vermək sizin üçün çox asan bir məsələ olacaq. Sadəcə olaraq imtahan strukturlarında müəyyən fərqlər olduğundan, sizə müəyyən dərəcədə professional yardım lazım gələcək. Məsələn qısa bir nümunə olaraq “writing” bölməsindən danışmaq olar. TOEFL imtahanınında writing-in birinci hissəsi integrated section adlanır və siz burada qısa bir mətn oxuduqdan sonra, leksiya dinləyirsiniz. Daha sonra onlar haqqında ümumiləşdirilmiş bir esse yazırsınız. Halbuki IELTS imtahanında tamamilə fərqli bir proseslə qarşılaşacaqsınız. Burada sizlərə diaqram və xəritə formasında olan hansısa bir məlumat təqdim edilir. Sizə təqdim olunan diaqramı ən az 150 sözdən ibarət esse ilə təsvir etməlisiniz. Xülasə, tələbələr ingilis dili problemləri olmasa belə, struktur və strategiya problemləri yaşayırlar. Belə ki TOEFL bitirdikdən sonra bu fərqləri öyrənmək üçün sizə təxminən 1-2 ay da olsa hazırlıq lazım olacaq. 

2. SAT proqramına başlayacaq dərəcədə ingilis dili səviyyəm yoxdur. Riyaziyyat biliklərim çox zəifdir. Hal-hazırda 10-cu sinifdə təhsil alıram. Nə məsləhət görərdiniz? Sizcə SAT-ə başlamaq üçün ingilis dilini bitirməyi gözləməliyəm? 

  • Bildiyiniz kimi, SAT proqramı 1600 baldan ibarət bir imtahandır (800 math, 800 verbal). Tələbə yüksək nəticə əldə etmək üçün hər iki bölmədən uğurlu keçməlidir. Belə ki, SAT-ə başlamaq üçün tələbələrə B2 səviyyəsini tamamlamağı məsləhət görsək də, riyaziyyat səviyyəsini qaldırmaq üçün tələssəniz yaxşı olar. SAT riyaziyyat hissəsinə başlamaq üçün sizə A2-B1 səviyyəsində də ingilis dili yetəcək. Əks halda, 11-ci sinifdə təhsil aldığınız zaman çətinlik yaşayacaqsınız. 

3. Sizdə Pre-IELTS kursları var? 

  • Hörmətli tələbə! IELTS ( International English Language Testing System) – Beynəlxalq İngilis Dili imtahanıdır. Yəni sizin ingilis dili bacarıqlarınız tam şəkildə yoxlanılır. Bu isə o deməkdir ki sizin qeyri-adi bir bacarığınız olmasına ehtiyac yoxdur. Əgər siz ümumi ingilis dilini müvəffəqiyyətlə tamamlasanız, bir başa IELTS dərslərinə qoşula bilərsiniz. Pre-IELTS kimi proqramlarla vaxtınızı itirməyə ehtiyac yoxdur. 

4.  Deyirlər ki, IELTS imtahanını artıq komputerdə də vermək olur. Düzdür? 

  • Bəli artıq IELTS imtahanını komputer versiyasında verə bilərsiniz. Lakin unutmayın ki, Speaking yəni danışıq hissəsi yenə də əvvəlki qaydada yəni examiner ilə üz-üzə keçiriləcək. Komputer formatının üstünlüyü test günlərinin çox olması və cavabların daha tez, yəni 5-7 iş gün ərzində açıqlanmasıdır. Qeyd edək ki, köhnə üsulla (kağız üzərində) keçirilən testlər də davam etdirilir. Tələbələr istənilə seçimi edə bilər. 

5. CELT Colleges Nizami filialında TOEFL proqramı hansı günlərdə keçirilir? 

Nəinki CELT Colleges Nizami filialında, bütün filiallarımızda TOEFL dərsləri həftədə 3 dəfə keçirilir. Siz ya 1/3/5 ya da 2/4/6-cı günlərdə dərslərdə iştirak edə bilərsiniz. 

Baba Kərimli

Student Recruitment Coordinator 

CELT Colleges Nizami ( IELTS / TOEFL / SAT preparation center) 

Mob: (050) 787 57 66

Office: (012) 436 86 87

Email: baba.karimli@celt.az

Məhəmməd Naxçıvani 10.

10 thoughts on “SAT / IELTS / TOEFL sual-cavab”

    1. IELTS online imtahanlar var ama SAT sentyabr olması ehtimalı var ama hər zaman da ləğv olunur. bu daha çox Bakıda pandemiya durumu ilə əlaqədardır.