SAT imtahanı nədir?

Salam mən Həsən Əliyev (Exams Manager) bugünkü beynəlxalq imtahanlar haqqında məqaləmdə SAT imtahanı haqqında geniş məlumatı oxucularımızla paylaşıram. SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə bu imtahandan istifadə etmişlər hal-hazırda isə Azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə qəbul olmaq üçün daha da məhşurlaşmışdır. Azərbaycanda isə TQDK ilk dəfə olaraq 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürmüşdür, bundan öncə isə başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirmişdir. SAT imtahanı vasitəsi ilə Azərbaycanlı tələbələr ADA Universitetinədə qəbul ola bilərlər.

 

İndi isə SAT imtahanı nədir, və necə həyata keçirilir bu haqda ətraflı izah edək. İlk öncə  SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqləri izah edək.

 

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

 

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

 

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

 

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir. SAT imtahanın Azərbaycanda ilk imtahan mərkəzi statusunu 2007-ci ildən CELT Colleges almışdır. SAT imtahanını verən tələbələrimiz Amerika və Türkiyənin tanınmış universitetlərində təhsil alırlar.

Qısada olsa bu yazı ilə oxucularımıza köməkliyim dəydisə özümü xoşbəxt hiss edirəm. Daha sonraki yazılarımda digər imtahanlar haqqındada məlumatı sizinlə paylaşacam.

894 thoughts on “SAT imtahanı nədir?”

  1. Salam SAT imtahanını ilə ADA universitetinə 11ci sinifin sonu yox 1il sonra hazırlaşıb vermək olar? Yəni müəyyən yaş məhdudiyyəti var yoxsa isdənilən il imtahan vermək olar?

  2. Salam, ADA universitetinə qəbul üçün SAT imtahanında minimum neçə bal yığmaq lazımdır? Birdə ki ADA universitetinə tək SAT imtahanı vasitəsi ilə qəbul olmaq mümkündür?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next