SAT imtahanını pul ilə almaq olarmı?

 

Bugünə qədər yazdığım bloqlar arasında yazmağa ən çox təəssüf etdiyim bloq bu ola bilər. Dünyanın 75 ölkəsində keçirilən və ən TOP universitetlər tərəfindən qəbul edilən bir imtahanın yüzlərlə tələbə tərəfindən alınması acınacaqlı bir haldır.

Bir imtahanın suallarını ya da cavablarını almamaq üçün bir neçə səbəb var:

 

  1. Tələbənin potensialı

SAT imtahanı 2 bölmədən ibarətdir(Reading və Math) Sadəcə bu iki fənnə hazırlanaraq top bir universitetə qəbul olma şansı olan bir tələbənin bunu belə etməməsi normaldırmı? Əgər bir tələbə dövlət imtahanlarına hazırlaşarkən 5-6 fənndən imtahan verirsə, SAT imtahanında 2 fənni çox rahatlıqla keçməli və yüksək nəticə əldə etməlidir. Bunu belə edə bilməyən tələbə onsuz da hansısa yaxşı universitetdə təhsil alanda çətinlik çəkəcəkdir.

  1. “Mən niyə kimdənsə geri qalıb almamalıyam. Hərkəs alır mən də almalıyam”

Bu tip insanlar hər şeyi pulun üzərində qurmağa öyrəşmiş, övladına zəhmət çəkməyin faydasını başa sala bilməyən cılız insanlardır. Bunu edən valideyn etdiyi hərəkəti bir ömür boyu sir olaraq saxlayıb, övladını başqalarının yanında layiq olmadığı nailiyyətlərə görə tərifləyən insanlardır. Bu vasitə ilə belə valideynlər öz övladlarının müstəqil hərəkət edə bimə şanslarını məhv etmiş olurlar.

  1. Mənim başqalarına nə zərərim var??

Əgər əvvəllər Türkiyənin ODTÜ universitinə 1200-1250 ilə qəbul ala bilirdilərsə indi həmin bal 1370-1400 dən yuxarıya qalxıb. Əgər bir proqram 30 nəfər qəbul edirsə və qəbul edilən tələbələrdən en aşağı bal alan 1350 dürsə növbəti il həmin universitenin o proqram üçün mimimum keçid balı 1350 olur ve təbii ki pulnan SAT imtahanının suallarını və ya cavablarını alan tələbələr bu məhdud sayda yeri doldurduğu üçün digərləri kənarda qalır.

  1. Savadsız gələcək

Pulnan imtahan ballarını almış bir tələbə universitetdə hansı səviyyədə təhsil ala bilərki? Rüşvətə və haqsızlığa öyrəşmiş birindən yaxşı nəticə əldə etməyi heç vaxt gözləmək olmaz. Belələrinin məzun olduqdan sonra öz ölkəsinə nə xeyir verə biləcəyi isə böyük sual altındadır. Azərbaycan üçün savadsız kadrlar yetişdirilir.

  1. Qul haqqı.

Hər fürsətdə müsəlmanlıqdan danışan, namaz qılmaqdan oruc tutmaqdan danışan insanlarımıza demək istəyirəm ki, bir qulun haqqına girmək namaz qılmamaqla eyni dərəcədə böyük bir günahdır.

 

Məsələnin həlli isə çox bəsitdir.

  1. Satan insanları şikayət etmək
  2. GRE kimi Internet based exam üsuluna keçmək
  3. Vicdan sahibi olmaq.

 

Yazan: İsmail Doruk

Tercümə edən: Baba Kərimli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla