SAT yoxsa YÖS? Fərq və üstünlüklər.

Niyə YÖS deyil SAT?

  •     Əgər siz türkiyədə təhsil almaq istəyirsizsə eşidə biləcəyiniz ən məşhur imtahan sistemləri çox mümkündür ki, SAT və YÖSdür.
  •     SAT (Scholastic Aptitude Test) Amerika universitetlərinə qəbul olmaq üçün həm amerikan vətəndaşları həm də xarici vətəndaşların verdiyi, habelə, Türkiyə universitetlərinə qəbul olmaq üçün yalnız xarici vətəndaşların verdiyi bir imtahan sistemidir.
  •     ‘The College Board’ tərəfindən keçirilən SAT imtahanları ABŞda ildə 7 dəfə, digər ölkələrdə isə 5-6 dəfə baş tutur və imtahan nəticəsi 2 il keçərli sayılır.
  •     YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı isə Türkiyə vətəndaşı olmayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır . YÖS imtahanı da 2 hissədən ibarət olur. Lakin bu imtahanda sizin Riyaziyyat və məntiq biliyinizlə yanaşı türk diliniz yoxlanılır. Və qeyd etmək lazımdır ki, YÖS imtahanı vasitəsilə siz Türkiyədə yalnız bakalavr təhsili ala bilərsiniz.
  •     YÖS imtahanı yalnız Türkiyədə verilir və  siz bu imtahanı Universitetlərin özündə verməlisiniz. Hər bir universitetin öz YÖS imtahan qəbul şərtləri olduğundan siz ilk öncə təhsil almaq istədiyiniz universitetin saytını yoxlayıb  YÖS imtahanıyla qəbul barəsindəki məlumatlarla tanış ola bilərsiniz.
  •     Hal hazırda SAT imtahan sistemi YÖS imtahanıyla müqayisədə daha üstün tutulur. Bunun səbəbi digər imtahanlardan fərqli olaraq  SAT imtahanının  sizin ingilis dili biliyi ilə bərabər riyaziyyat biliyinizi də test etməsidir.
  •     SAT imtahanından uğurla keçdikdən sonra sizin ingilis dilində oxumaq şansınız var. Türkiyədəki bəzi universitetlər ancaq SAT imtahan nəticəsi ilə qəbul aparır və bunlar Türkiyənin ən güclü universitetləri sayılır: ÖDTÜ, Boğaziçi, Gazi, Hacettepe, Sabancı, Koç kimi Türkiyənin öndə gedən universitetlərində təhsil 100 faiz ingiliscə olduğundan bu universitetlərə SAT imtahanından keçməklə qəbul ola bilərsiniz.

 

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: (012) 566 48 23

             (050) 787 57 66

CELT Colleges Narimanov

13 thoughts on “SAT yoxsa YÖS? Fərq və üstünlüklər.”

  1. Salam, mən 10’cu sinifdə oxuyuram, Sat imtahanı ilə Türkiyəyə imtahan vermək istəyirəm. Sat vasitəsi ilə oxuduğumuz zaman (tibbi istiyirəm bu arada) bizim uni’lərdəki kimi olurda 1’ci 2’ci kurs kimi yoxsa bakalavr təhsili alırsan?? Birdə ki bir ilə hazırlaşmaq olar bu imtahana? Ümumiyyətlə bu imtahana hazırlaşmaq üçün nə qədər vaxt lazımdı? İmtahan verdiyimizdə türkiyəyə getməliyik???

  2. Salam sizin Cambdrige TOEFL kursunuzun qeydiyyatının aşağısında Beynəlxalq İELTS sertifikatı yazılıb SAT kursunuzun qeydiyyatının aşağısında da həmçinin rəsmi SAT sertifikatı yazılıb.Bunlar nədir?

    1. Bu sualı hər yerə yazmısınız))) Nə dediyiizi tam anlamadım. Ama mənə sertifikatın rəsmini göndərin zəhmət olmasa (karimov.e@celt.az)

  3. Salam Sat imtahani ile yanaşı Turkiye burslarini qazansam istediyim her hansi bir universite girebilerem? birde sat imtahani cetindir yoxsa Yös?

  4. Salam
    Bogazici universitetinde magistr tehsili almaqcun hansi imtahan vermek lazimdi?
    Bakalavr tehsili ixtisasi iqtisadiyyatdi buna uygun neyi secmek olar ve illik tehsil neqederdir?

  5. SALAM, men Azerbaycanda tibb universitetinde oxuyuram hal hazirda 3cu kurs telebesiyem, YÖS imtahani vasitesi ile EGE universitetine qebul olmaq isteyirem. Sualim odurki, menim tibb universitetinde oxumagim Turkiyedeki universitete qebul zamani nezere alinacaq ya yox? Yeni konkurs zamani neye baxirlar esas? Zehmet olmasa cavablandirarsiz.
    Hemdeki men Gurcustan vetendaşiyam.

    1. Salam. TİBBdən tibbə transfer yoxdur sıfırdan başlamaq lazımdır. EGE çox zordur onların YÖS imtahanını vermək lazımdır.İşiniz zor)))

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next