SAT yoxsa YÖS imtahanı ilə Türkiyənin güclü universitetlərində təhsil almaq olar?

Azərbaycanlı şagirdləri və valideynləri ən çox maraqlandıran suallardan biri də SAT yoxsa YÖS imtahanına hazırlaşmaqla Türkiyənin hansı güclü universitetlərində təhsil ala bilmə imkanlarının olmasıdır. Bu bloq yazımızda maarifləndirici əhəmiyyəti daşıyır və suallarınıza cavab tapa bilərsiniz. İlk öncə bilməlisiniz ki, şagird hansı ixtisasda təhsil alacaq? türk dilində yoxsa ingilis dilində təhsil almağını istəyirsiniz? bu məsələləri dəqiqləşdirdikdən sonra siz özünüzə uyğun proqramda hazırlaşa bilərsiniz. Amma öz şəxsi fikrim olaraq deyə bilərəmki ingilis dilində təhsil alması daha məsləhətlidir, bu haqqda daha sonra detaylı bloq yazacağam.

İndi isə keçək əsas məsələyə SAT yoxsa YÖS ilə hazırlaşmaq Türkiyənin bir çox universiteti həm SAT həmdə Yös imtahanı ilə qəbul ola bilərsiniz həmin universitetlər üçün hansı imtahan ilə hazırlaşmanızının önəmi yoxdur. Lakin bəzi universitetlər varki ancaq SAT ilə qəbul aparır və bunlar Türkiyənin ən güclü universitetləridir. Məsələn: ÖDTÜ, Boğaziçi, Gazi, Hacettepe, Sabancı, Koç kimi Türkiyənin öndə gedən universitetlərində təhsil 100 faiz ingiliscə olduğu üçün bu universitetlərdə SAT imtahanı ilə verməlisiniz. Bundan əlavə sizin ingilis dili biliyinizi sübut edən beynəlxalq sertifikatlardan (toefl, fce və s) birinin olması lazımdır. Əgər dil sertifikatınız yoxdursa bir il əlavə hazırlıq oxumalısınız.

Əgər YÖS imtahanı ilə hazırlaşmaq qərarına gəlmisinizsə o zaman sizə nisbətən orta səviyyəli universitetlər seçimi etməlisiniz məsələn: Uludağ, Dumlupınar, Celal Bayar kimi universitetlərə qəbul ola bilərsiniz buna baxmayaraq. YÖS imtahanı ilə də güclü universitetləri seçə bilərsiniz YÖS ilə qəbul edən güclü universitetlərdə var məsələn İTÜ, Akdeniz, İstanbul, Marmara kimi universitetlərə YÖS imtahanı ilə də qəbul ola bilərsiniz. YÖS imtahanı ilə qəbul olan tələbələr üçün TÖMER və ya TYS imtahanı verməsi lazımdır. Bu imtahan Azərbaycanlı tələbələr üçün çox asandır imtahanda türk dilindən (yazı, oxumaq, danışıq, dinləmə) formatında olur.

Ümumi onu deyə bilərəmki SAT imtahanına hazırlaşmaq daha məsləhətlidir. Niyə? çünki SAT imtahanı vahid mərkəzdən həyata keçirilir və ildə orta hesabla 6 dəfə imtahan vermək şansı var və hansı nəticənizi istəsəniz (yüksək nəticə) onu universitetə göndərə bilərsiniz. YÖS imtahanında isə bu fərqlidir 2010 -cu ilə qədər YÖS sistemi vahid imtahan mərkəzi idi yəni tələbə imtahan nəticəsini istənilən universitetə verə bilər amma bu sistem artıq ləğv olunub və hər bir universitet öz YÖS imtahanını keçirir əgər sizin düşüncənizdə 5 universitetə sənəd vermək varsa o zaman siz 5 dəfə fərqli vaxtda imtahan verməlisiniz bu isə sizdə vaxt və zaman itkisinə səbəb ola bilər (bu şəxsi fikrimdir)

Universitetlərə qəbul və qeydiyyat prosesi haqqında əlavə suallarınız varsa mənə şəxsən yaza bilərsiniz. Türkiyənin demək olarki bütün universitetləri ilə əməkdaşlıq edirik.

Əlaqə saxlamaq üçün (012) 492 68 53 (055) 503 59 39

Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm

163 thoughts on “SAT yoxsa YÖS imtahanı ilə Türkiyənin güclü universitetlərində təhsil almaq olar?”

  1. Mən universitetin 2ci kursuna girirəm. Amma Türkiyə də ürək cərrahı olmaq istəyirəm. Sizcə hansı imtahanı verməliyəm? Və hansı universiteti seçməliyəm? Elə universitet olsun ki bizim ölkədə diplomu tanınsın. Və bu Yös və SAT imtahanlarını ancaq Türkiyədə vermək mümkündür? Yəni Naxçıvan da bu imtahanları vermək olmur?

  2. Salam. Türkiyədə təhsil almaq qərarı vermişəm, ancaq ixtisas seçimi etməmişəm. Yayda imtahan verəcəm. 80-90 bal arası YÖS ilə hansı prestijli universitetlərdə və hansı ixtisaslar üzrə qəbul olmaq mümkündür. Hansı şəhəri tövsiyə edərdiniz. Təşəkkür edirəm

    1. Karimov Elgun