Sizə nə lazımdır?

Artıq bir neçə ildir ki, Azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əlimizdən gələni edirik.  Bütün fürsərlətədən istifadə edib ən yaxşı imkanları tələbələr çatdırmağa çalışırırq. Amma hələ də məni qane etməyən məqamlar var və mən bunlardan narahatam.

Xaricde.com başlayandan bəri biz 1600 proqramı hazır şəkildə tələbələrimiz üçün yerləşdirmişik. Yəni bu kifayət qədər vaxt alan məsələ olsa da biz əlimizdən gələni edirik. Bundan yararlanan kifayər qədər tələbə var amma yararlanmayanlar da var. Kiçik məlumatları oxumaq istəməyənlər də var və bu təssüf doğurur. Bizim saytda yığdıqlrımızı bəlkə heç universitetlərin öz saytlarından belə tapmaq mümkün deyil və bu sahədə kifayət qədər vaxt və enerji sərf etmək lazımdır.

Sonralar biz bütün hədəfimizi təqaüd imkanlarına yönəltdik və bunu təqaüdə yararlı olanlar üçün etdik. Amma təssüf ki, təqaüdün kimə uyğun olub olmadığını yoxlamadan müraciətlər, suallar başladı. Yəni bizə sual vermək təqüdün məlumat oxumaqdan asandırmı? Artıq yeni yanaşmaya qədəm qoymaq istəyirik.

1. Bundan sonra yalnız maraqlı xaricə getmək istəyən və ya getmək iqtidarında olan tələbələrlə işləməyə üstünlük verəcəyik. Bu həm bizə rahatlıq gətirəcək həm də bizimlə xaricdə oxumaq istəyənlərə.

2. Daha şəffaf rejimdə işləyəcəyik. Gizlədəcək bir şeyimiz yoxdur amma daha aydın olması üçün daha ətraflı məlumat yerləşdirəcəyik

3. Mən həmişə demişəm. Azərbaycanlılar üçün ən asan təqaüd Dövlət Təqaüdüdür. Əmin olun beynəlxalq təqaüdlər çox rəqabətlidir və şansınız azdır. Çünki bir Azərbaycan daxilində bir də beynəlxalq səviyyədə mübarizəni düşünün. Ona görə Dövlət təqaüdündən maksimum dərəcədə yararlanmağa çalışın.

Xaricdə dil kursları ilə bağlı.

Biz son zamanlarda dil kursları çoxlu müraciətlər aldıq. Çox üzücüdür bəzi suallar. Xaricdə 2 həftəyə nə dərəcə də ingilis dilini öyrənmək olar? təbii ki, çox az. 2 həftəlik ingilis dili kursları yalnız ölkə ilə tanış olmaq üçün nəzərdə tutulmuşdur lakin sorğular başqa yöndə oldu və biz artıq ən azı 4 həftəlik dil kursları ilə işləməyə qərar verdik. Amma mən yenə normal dil inkişafı üçün 3 aydan aşağı getməzdim. Əgər gəzintiyə və əyləncəyə getmək istəyirsinizsə bu başqa məsələ. Bizim yay düşərgələrimiz var və bu daha uyğundur.

Artıq saytın yeni dizanına başlamışıq. Tezliklə hazır olacaq. Ondan sonra bloqlarımla həmişə sizinlə olacam. Əsas məsələ lazımı tələbələrə kömək etməkdir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next