Sosial şəbəkələrdən sinif mühitində istifadə

Həyatımızda böyük yer tutan sosial şəbəkələrdən sinif materialı kimi də istifadə etmək mümkündür. Artıq bir neçə ildir ki sosial şəbəkələr sadəcə dostlararası kommunikasiya vasitəsi statusundan çıxaraq insanları bir çox məqsəd üçün bir araya toplayan sahə kimi püxtələşib. Bu dəyişiklər təhsil sahəsinə də öz təsirini göstərib. Öyrənmənin xeyli yolu varsa nə üçün kağızların içində çaş-baş qalaq ki? Dostlarla yazışmaqdan əlavə vaxtlarını düzgün bölməklə şagirdlər sosial şəbəkələrdən təhsil sahəsində böyük mənfəət əldə edə bilərlər.

Sinif araşdırmaları zamanı şagirdlər buradan kəşfiyyat xarakterli yararlana bilər. Bu zaman şagirdlərin sosial şəbəkələrdən düzgün istifadəsini təmin etmək üçün bəzi mərhələlər var. Sosial platformanın ən vacib funksiyası fikir mübadiləsinə bilavasitə xidmət etməsidir. Şagirdlər burada virtual tanışlarından öz sinif işlərində də istifadə edə biləcəkləri yeni ideyalar öyrənə yaxud da mövcud ideyaların işəyararlığını buradakı dostların köməyi ilə ölçə bilərlər. Başqaları ilə əməkdaşlıq qurmaqdan daha yaxşı kömək edici bir vasitə yoxdur.

Çalışqan və dünyagörüşlü şagird statusunu qoruyub saxlamaq üçün mütəmadi olaraq məlumat bazasını artırmaq lazımdır ki bu nöqtədə də sosial paltformanın rolu çox böyükdür. Müasir dünyada isə artıq məlumatları kağız formada saxlayaraq ona etimad etmək bir qədər gülünc görünür. Məlumat bazasını yeniləmək üçün isə müxtəlif anketlər tələb olunur. Sosial şəbəkələr vasitəsilə həm araşdırma, həm də məlumat toplanmasını asanlaşdırmaq olar.

Dərs prosesində anketlərdən sürətli şəkildə cavab almaq şübhəsiz ki, bu şəbəkələrin sinif mühitindəki ən mənfəətli xüsusiyyətidir. Ənənəvi üsullarla hər hansı bir anketin nəticələrini toplamaq bir həftədən bir aya kimi çəkə bilər. Lakin sosial platformada bir anketi eyni vaxtda hamıya tətbiq etmə prinsipi ilə onlarla adama cari zamanda müraciət etmək  və onlardan cavab almaq mümkündür. Daha çox insanın fikirləri öyrənildiyi üçün burada informasiyanın dəqiqliyi də artır.

Sosial mühitdə, həmçinin, istifadə edilən xəclərin miqdarı da azalır. Kağız formada böyük ölçülü informasiyanı emal etmək bir qədər baha başa gələ bilər. Lakin sosial şəbəkələr ilə bu xərclər əhəmiyyətli dərəcədə azala bilər. Bu sosial platformaların əksəriyyəti çoxlu ödənişsiz xidmətlər təklif edir. Hətta ödənişli xidmət olsa belə bu kağız formada məlumatla işləməkdən xeyli ucuz başa gəlir.

Onlayn sistemdə işlədiyimizi nəzərə alsaq, bu zaman daima yenilənən informasiya ilə təmin olunduğumuzu asanlıqla demək olar. Bu həm də bir çox tədqiqatlar üçün çox vacib olan cari vaxta əsalanan informasiya təminatına kömək edir.

Müasir dünyaya göz açan müasir uşaqlar da elə müasir dünya ilə ayaqlaşmalıdırlar. Onların hər zaman asanlıqla köməklərinə çata biləcək virtual dostları olmalıdır. Həmçinin, onlar bu onlayn platformadan özləri də informasiya emal etmək üçün istifadə edə bilərlər.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

(050) 210 91 54

xanim@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next