Student Life / Tələbə həyatı

Artıq dünən hiss olundu ki, Bakını bir neçə ay əvvəl tərk eləmiş gənc əhali kütləsi yenidən qayıtmışdır. Avtobuslarda, metroda və küçələrdə olan sıxlıq o dərəcə də böyük idi ki, adamın ürəyi sıxılırdı. Günün pik vaxtı dedikdə əslində səhər və axşam vaxtları, insanların işə gedib və işdən çıxma vaxtları nəzərdə tutulsa da, bizim ictimai nəqliyyatda günorta vaxtının da günün pik vaxtı kimi qeyd etməmək düzgün olmazdı. Bu pik vaxtı “Tələbə Pik Vaxtı” kimi adlansa lap yerinə düşərdi 🙂

Bu gün mən Sizlərə tipik ümumi tələbə həyatından və tipik azərbaycanlı tələbə həyatından danışacağam. Belə baxsaq deyərsiniz ki, “ümumi tipik tələbə həyatı” ilə “azərbaycanlı tələbə həyatının” fərqi nədir və yaxud fərqi varmı? Ümumilikdə “ümumi tipik tələbə həyatı nədir?”

Tələbəlik həyata müstəqil addım atan insanın ilk çıxdığı yoldur ki, bu yol həmin insanın inkişaf edib etməməsini əsasını təşkil edir. Bu dövür ərzində insan gələcək plamlarını qurmalı, qarşısına məqsədlər qoymalı və bu məqsədlərə doğru hərəkət etməlidir. Uzun sözün qısası tələbəlik mübarizələrlə dolu həyata hazırlıq dövrüdür.

“Ümumi tipik tələbə həyatı” –  insanın çalışmaqla, öyrənməklə, özünü inkişaf məqsədlərinə xidmət edən bir dövürdür.

Azərbaycan tələbələrinin əksər həyat tərzi isə bu ümumi tipik tələbə həyatına heç bənzəmir. Azərbaycanlı gənc universitetə qəbul olana qədər əziyyət çəkir, hazırlaşır, və müəyyən bal toplayaraq universitetə qəbul olur.  Bu uğurdur yoxsa uğurulu yolun başlanğıcı? Əslində bu uğur yox, uğurlu yolun başlanğıcıdı. Bu yolu sona kimi əzimlə getmək lazımdır ki, məqsədlərinə çatasan. Amma çox təəsüf ki, əziyyət çəkən və universitetə qəbul olan bir çox gəncin  uğur qazanmağı elə bununla da bitir. Uğurlu yola çıxdığı halda, bilə-bilə bu yoldan geri dönür. Buna səbəb çoxdur bilirəm, amma bu səbəblər insanın öz məninin inkişafına, məqsədlərindən dönməyə səbəb deyil.

Sizlərə bir azərbaycanlı gənc tələbənin və digər ölkədən olan tələbə gəncin suallarımıza verdikləri cavablarla bölüşəcəyəm. Bu gənclərin hər ikisi Almaniyada eyni universitetdə və eyni kursda təhsil alır. İstəmədim yerli universitet tələbələri ilə digər xarici universitet tələbələrinin fikirlərini müqayisə edim. Bu düzgün olmazdı.

Onlar bu sualları cavablandırdılar : Sizin ən böyük uğurunuz nədir? Məqsədləriniz, planlarınız nədir və vətəninizə nə əldə edib qayıdacaqsınız?

Cavablara baxın və fərqi görün…

Yusif: “Mənim həyatda qazandığım ən böyük uğurdur ki, mən Almaniyada təhsil alıram. Təhsil aldığım ixtisas üzrə yüksək biliklər əldə etmək istəyirəm və Azərbaycana qayıdıb vətənimə yararlı vətəndaş olmaq istəyirəm. Bu qədər….

Andrea : “Mən yaşamımı, ümumi həyatımı uğur kimi qiymətləndirirəm və hər zamanda həyatımda yalnız uğurlarımın çox olmasına çalışıram. Almaniyada təhsil yüksək səviyyədədir. Mən inkişaf edirəm, hər gün nələrisə kəşf edirəm, öyrənirəm. Məqsədlərim çoxdur, lakin onları ardıcılığını poza bilmərəm. Vaxtla, zamanla hər bir məqsədə nail olacağam. Tələbə yoldaşlarımla, xarici bir ölkənin insanları ilə ünsiyyət qurmaq çox gözəldir. Ən əsası isə mən ixtisasım üzrə təhsil almaqla yanaşı, müxtəlif mədəniyyətləri, Almaniyanı kəşf edirəm. Bu özü də bir böyük təhsildir. İnanıram və əminəm ki, mən ölkəmə çox böyük yararlı sərvətlər, biliklər toplayaraq qayıdacağam. Bu həm mənim üçün və həm də doğma ölkəm üçün vacibdir.”

Fərq aydın görünür. Bu da eyni universitetdə təhsil alan, lakin iki müxtəlif ölkələrdən olan insanların fikirləri….

Azərbaycanlılar dünyanın ən savadlı, istedadlı millətlərindən biridir. Gəlin bunu unutmayaq. Bizlərin hər biri digərlərindən daha savadlı, daha bilikliyik, amma çox təəsüf ki, bunu özümüzdə bilib inkişaf etdirmirik.

Gənclərimiz, tələbələrimiz Sizlərə səslənərək Sizləri elmə, təhsilə və özünüzü inkişaf etdirməyə dəvət edirik. Dil biliklərinizi, dünya görüşünüzü artırın, özünüzü kəşf edin.

Niyə bizdə gənclər xarici dilləri yalnız xarici universitetə qəbul olmaq üçün öyrənir? Niyə özünün inkişafı üçün, dünya görüşünün inkişafı üçün öyrənmir? Axı dil, bilik əldə etmək üçün müxtəlif ölkələrin informasiyalarının qapısının açarıdır.

Biliyiniz kamil olsun!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next