Müəllimlərin işinin bir hissəsi də tədris prosesində öyrənənlərdə öz fənninə qarşı maraq yaratmaqdır. Burada təlim zamanı hər bir uşağı verilən biliyi dərindən mənimsəməyə ruhlandıran maraqdan söhbət gedir. Bəs biz fənnimizə qarşı marağı necə oyada bilərik ki bu maraq həm də onların bütün tədris fəaliyyəti boyunca onlara yol göstərsin?

Bu mövzuda aşağıda sizlərə verəcəyimiz tövsiyyələrin tətbiqi çox rahatdır və güman edirik ki, bunlar sizin müntəzəm praktikanızın bir hissəsinə çevriləcək. Əgər siz onsuzda bizim sadaladığımız metodlardan istifadə edirsinizsə, bu həm sizin və sizdən daha da çox sizin şagirdləriniz üçün çox yaxşı bir haldır. Yox əgər istifadə etmirsinizsə onda öz praktikanızda sadaladıqlarımıza yer verin. Əmin olun, peşiman olmayacaqsınız. Bir şeyi də unutmayın ki bu metodlar xüsusi olaraq hər hansı bir öyrənmə mərhələsi üçün işlənməyib və bu metodlar təbii maraq oyadıcı vasitə kimi bütün sahələrə tətbiq edilə bilər.

  • Öyrənlərə cavablamaları üçün ən yaxşı sualları verin

Sual verərkən ilk növbədə həmin sualın problemin həlli istiqamətində oynadığı rol əsas götürülməlidir və bu sual bizi problemin həlli üçün məqbul həll yolu tapmağa vadar etməlidir. Belə olduğu halda bu sadəcə sual mövqeyindən çıxır, həm də cavab rolunun oynayır. Düzgün verilmiş bir sual insanı araşdırmağa və öyrənməyə sövq edir. Başqa sözlə desək, bu öyrənmək üçün imkan yaradır.

Bu aspektdən bizi maraqlandıran şey də məhz elə bu imkanların ortaya çıxarılmasıdır. Onları mümkün olan imkanları tapmağa sövq etməklə biz şagirdlərin daxilindəki marağı oyada bilərik. Bunun üçün sadəcə onlara Niyə belə oldu? Niyə də yox? Siz necə fikirləşirsiniz? suallarını vermək kifayətdir.

  • Onlarda tənqidi yanaşma formalaşdırın

Tənqidi yanaşma məktəb həyatından bizə qalan ən vacib qabiliyyət olmalıdır. Hansı ki bu qabiliyyət eyni zamanda bizim problemləri həll etmə bacarığımızı da bilavasitə inkişaf etdirir. Sadalayacağımız yollar arasında bu qabiliyyət şagirdlərdə maraq oyatmaq üçün ən effektiv vasitə hesab olunur. Şagirdləri onlara lazım olan şeyi tapmağa sövq etməklə biz onların içindəki maraq qığılcımını alovlandırırıq və onlar özləri də bilmədən qoyulan mövzu ilə maraqlanmağa başlayırlar. Nəzərə alın ki bu bizim maraq dünyamızı inşa etmiş və gələcək üçün inşa etməyə davam edəcək olan şeydir. Hər şeydən öncə gündəlik həyatımızda bizi əhatə edən hər şey mövcud boşluqları doldurmaq üçün yaradılmış şeylərdir. Daxilimizdəki maraq bizə təcrübəmizi inkişaf etdirmək yolunda təbii bir yolgöstəricidir və bu qanun insan mövcud olduğu müddətdə dəyişilməyəcək.

  • Problemli situasiya bazalı öyrənmə

Müasir öyrənənləri problemli situasiya qədər cəlb edən başqa bir ikinci vasitə yoxdur. Tarixə nəzər salsaq, Sokratdan əvvəlki pedaqogikada da bu metod nəzərə çarpır. Ortaya problemli bir situasiya qoymaq və bu situasiyanın məğzini aça biləcək əsas sualı verərək, verilən mülahizələrə nəzər salaraq probelmin həll gedişatını müşahidə etmək.

  • Hər şeylə maraqlanan bir insan modeli yaratmaq

Öyrənmə prosesində uşaqlar bizim də xəbərimiz olmadan bizi müşahidə edirlər. Onlar öyrənmə yolunda bizə ən yaxşı nümunə kimi baxırlar. Beləliklə əgər bizim öz fənnimizə marağımız yoxdursa bu halda bunu onlardan gözləmək də bir qədər gülünc olar. Başqa sözlə, biz onlara indi harada olduğumuzu və hara getdiyimizi göstərməklə onlarda içində olduğumuz mənzərənin daha aydın təsvirini yarada bilərik.

  • Öyrənənləri əməkdaşlığa cəlb edin

Bu gün virtual aləmdə şagirdlər başqa uşaqlarla müxtəlif məqsədlərdə əməkdaşlıq edirlər. Bu yolla inkişaf etdirdikləri bacarıqlar onlara gündəlik həyatlarında da əsaslı şəkildə kömək edir. Komputer erasında yaşadığımızı nəzərə alsaq, onda biz bunun heç də ekran arxasında qalacağını deyə bilmərik.

Təhsil sferasında isə bu əməkdaşlığın fikir və ideya əməkdaşlığı kimi başqa növləri də var ki, bu onlara qrup işlərində qarşıya qoyulan məqsədlərə daha asan çatmağa kömək edir. Bu müasir dünyanın əməkdaşlıq standartıdır və bir neçə uşağın bir stol arxasında əyləşməsindən daha artıq bir şeydir. Bu daha çox, maraqlı ideyaların paylaşımıdır.

  • Onlara həll etmələri üçün çətin problemlər verin

Müasir öyrənmə mühitində biz uşaqlara onlarla əlaqəli və onların maraq dairəsinə uyğun suallar veririk və bu sualların cavabı da çox vaxt keçirilən kurrrikulumdan keçir. Bu üsulun mahiyyəti onlara bu sualların onlar və dünya üçün vacibliyini izah etməyimizlə onlarda suallara qarşı maraq yaratmaqdan ibarətdir. Bu yolla öyrənənlərdə qalıcı, problemli situasiya həlli vərdişi və bacarığı formalaşır.

  • Onlara öz uğursuzluqlarından faydalanmağı öyrədin

Məğlubiyyətlər insanı mənən incidə bilər lakin eyni zamanda onlar bizi yeni macəralara doğru istiqamətləndirirlər. Bəli, biz uğursuz olduq, bəs neyçün? Buna səbəb nədir? Biz bunu necə dəyişə bilərik? Harada boşluq buraxmışıq? Maraqlısı odur ki, bu sualların cavabını axtarıb tapmaq elə özü cavablara qarşı maraq formalaşdırır. Bu məlumat toplama mərhələsi şagirdlərə səhvlərindən dərs çıxarmağa kömək edir və omlarda buna oxşar situasiyada necə davranmalı olduqları haqqında ideya formalaşdırır.

Sonda unutmayın ki siz hansı mövzu ilə maraqlansanız onda sizdən dərs alanlar da sizi izləyəcəklər. Onların maraq dairəsini genişləndirmək sizin əlinizdədir.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla