Tədrisdə yaş dövrləri

Tədrisdə yaş dövrlərini böyük əhəmiyyəti vardır. Müxtəlif yaş dövrləri vardır ki, onlara hamısına eyni qaydada dərslər tədris edilmir. Hər bir yaş qrupuna görə tədris fərqlənir. Bu psixologiyada öz əksini tapmışdır. Bu yazıda müxtəlif yaş qruplarında dərslərin tədrisi mövzusunda fikirlərimizi sizlərlə bölüşəcəyik. Yaş xüsusiyyətlərini nəzərə alınması əsas pedoqoji prinsiplərdən biridir. Ona əsaslanaraq müəllimlər müxtəlif əmək növləri üzrə tədris yükünü bölürlər. Onlar məşğələlərin əsaslandırılmış həcmini, əlverişli əmək və istirahət rejimini müəyyən edirlər. Elmdə müəyyən olunmuş yaş dövrləri şərtidir, onların arasında dəyişkənlik özünü göstərir. Bunun əsas bütün dünyada geniş yayılmış akselerasiya(sürətlənmə) prosesidir.

Kiçik yaş dövrü(6-10 yaş)

Bu yaş dövründə uşaqla davranmada çox diqqətli olmaq vacibdir. Bu yaşda uşağın beyninin çəkisi demək olar ki, böyük adamın beyninin çəkisi qədər olur və 1400 qrama çatır. Uşağın psixikası sürətlə inkişaf edir. Bu yaşda uşaqlar izah edilən təlim materialını faktlarla, misallarla, əyani vasitələrlə daha tez başa düşür. Ona görə də bu yaş dövrü üçün hazırlanan dərsliklər dəqiqliklə, pxixoloji durumlar nəzərə alınmaqla tərtib edilməlidir. Çünki hər hansı bir səhv uşağı səhv səmtə yönəldə bilər. Uşaqlara tədris edilən vəsait əlverişli olmalı və müəllim dərsi aydın şəkildə izah etməyi bacarmalıdır. Bu dövrdə uşaqlar nə görürlərsə, onu da beyinlərinə həkk edirlər. Bu yaş dövrünün ilkin mərhələsi uşağın məktəbə ilk dəfə getdiyi dövrə təsadüf edir. Ümumiyyətlə, digər yaş dövrlərinə nisbətən bu yaş dövrü daha məsuliyyət və diqqət tələb edir, uşaqlara qarşı.

Orta yaş dövrü(11-15)

Bu yaş dövründə uşaqlarda çox kəskin dəyişiklər baş verir. Yeniyetmə həm uşaqlıq, həm də ilk gənclik əlamətlərini özündə əks etdirir. Bu dövr məktəbin ikinci pilləsində oxumaq, təhsil almaq dövrünə təsadüf edir və orqanizmin hərtərəfli inkişafı ilə müşahidə olunur. Bu dövr həm uşaqlar üçün, həm onları əhatə edən insanlar üçün çətin bir dövr kimi xarakterizə edilir. Bəzən bu dövrü böhran dövrü də adlandırırlar. Bu yaş dövründə yeniyetmənin qavrayışı daha məqsədyönlü,planauyğun və mütəşəkkil olur, dəqiqliyi ilə fərqlənir. Bunula belə, onlar ətraf aləmin  qavranılmasını tədris materialı ilə əlaqələndirməyi bacarmırlar. Amma onlar özləri üçün maraqlı olan hadisə və materiala diqqətlərini xeyli vaxt cəm edə bilirlər. Bu yaş dövrü uşaqlar üçün “çılğınlıq” bir dövr kimi xarakterizə edilə bilər.

Böyük yaş dövrü(16-18)

Bu yaş dövrü ilk gənclik illəri kimi də xarakterizə edilir. Əgər əvvəlki yaş dövrlərini çətin hesab edirdiksə, bəlkə bu yaş dövrləri bütün yaş dövrlərindən məsuliyyətli və çətindir.  Çünki bir sıra komponentlərin birləşdiyi bir yaş dövrüdür. Bu yaş dövrlərində uşaq artıq müstəqil həyata keçid alır. Müstəqil fikirləri formalaşmağa başlayır. Və artıq qərar qəbul edəcək yaşa gəlib çıxır. Artıq öz həyat yolunu seçmək məcburiyyətində olur bu yaş dövründə. Bu ilk baxışdan nə qədər asan görünsə də bir o qədər çətin və məsuliyyət tələb edən bir qərardır. Bundan başqa bu dövrdə orta təhsili bitirmək və ali təhsil almaq kimi işlər  qarşısında qalır uşaq. Bütün bunlar sözün əsl mənasında çətindir bu yaş dövrü üçün. Çünki hər şey birdən yüklənir və bu zaman psixoloji durumlar ortaya çıxır.Bəzən bu yaş dövründə depresiya hadisələri çox olur.

Ümumiyyətlə, təhsildə və tədrisdə uşaqların yaş dövrlərinə uyğun olaraq dərslər keçirilməlidir. Artıq CELT Colleges sizin uşaqların parlaq təhsil alması üçün imkanlar yaradır. Neçə ildir ayrıca CELT Kids mərkəzimiz fəaliyyət göstərir. Burada siz uşaqlarınızı bizə etibar edə bilərsiniz. Gün ərzində uşaqlara ingilis dili, musiqi, rəsm və s. Dərslər tədris olunur. Bu sahədə təcrübəsi olan müəllimlər mərkəzimizdə çalışır. Əgər sizdə uşağınızın intelektual, dünya görüşlü böyüyüb başa çatmasını istəyirsinizsə, bizə etibar edin. Siz sadəcə gəlin, keyfiyyəti özünüz hiss edəcəksiniz.

CELT Kids
Təbriz pros. 100 A
Nərimanov metrosunun yanında
Tel: 012 566 4823

16 thoughts on “Tədrisdə yaş dövrləri”

  1. Salam, men 11 ci sinifi oxumadim menim 9 duk sahadatnamemi getirib eve verdiler o vaxtlar sistem basga cur idi, indi bilmek isdeirem menim haqqim varni yeniden 11ci sinifimi berpa edib mektebimi bitirib atestat alib ali tehsil almaga devam edim? Huququ tereflerin bilmek isdeirem hal hazirda 29 yasim var

  2. salam men ingilis dilin orta seviyyede bilirem . IELTS imtahani vermek isteyirem sentyabda kecrilecek imtahana qeder imtahan ver bilecek seviyyede oyrene bilerem?

  3. salam. mən 9 -cu sinif şagirdiyəm 16 yaşım var. ingiltərədə 2-3 həftəlik və ya bir ayliq ingilis dili kursuna getmək istəyirəm. bunun üçün hansı sənədlər lazımdır? və təhsil haqqı nə qədərdir?

  4. Salam,menim 26 yasim var, magistraturani bitirmisem (biologiya), novbetini pilleni xaricde davam etdirmek isteyirem.bu mumkundur?

    1. Salam.Əlbəttə davam edə bilərsiniz.Xaricdə doktorantura o qədər asan deyil. gərək ingilis dilini professional şəkildə bilməniz lazımdır. Əgər bilirsinizsə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

      1. cox sag olun cavaba gore. zehmet olmasa bu sualimi da cavablandirin. konkret olaraq ingilis dilinden hansi imtahani vermeliyem? indi Azerb-da deyilem, gelen kimi sizinle elaqe saxlayib max. 1 ile oyrenmek isteyirem ve Almaniyada! (biologiya-genetika) ingilisce tehsil ala bilerem ? son sualim doktorantura nece illikdir? evvelceden twkr.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next