Xaricdə təhsil almaq həyatınız boyu qəbul edəcəyiniz qərarlar arasında ən ciddilərindən biridir. Təhsil almaq üçün xaricə gedərkən, ilk növbədə, bir qədər təmkinli olmaq lazımdır. Doğrudur, siz dilini, mədəniyyətini bilmədiyiniz yad bir ölkəyə düşmüsünüz lakin unutmayın ki, bu kifayət qədər normaldır və bir müddət sonra keçib gedəcək. Burada hər hansı bir problemlə üzləşdiyiniz anda yaxud da sadəcə olaraq danışmağa ehtiyac hiss etdiyiniz zaman əlaqə saxlaya biləcəyiniz insanlar var. Bu alınmırsa onda hər universitetdə mövcud olan  xarici tələbələrdən ibarət qruplar sizin köməyinizə çatacaq. Siz onlarla birlikdə hərəkət edərək yaxud da istəyinizdən asılı olaraq özünüz tək düşdüyünüz şəhəri araşdıra bilərsiniz. Diqqət edilməsi vacib olan nüanslardan biri də sizi nəyin sakitləşdirdiyini bilərək onunla özünüzü məşğul etməyə çalışmaqdır.

Əlbəttə ki, xaricdə olduğunuz müddətdə ən çox diqqəti təhsiliniz üzərində cəmləməlisiniz. Bununla yanaşı öz müəllim və pedaqoji məsləhətçilərinizlə əlaqə yaratmağı da unutmaq olmaz. Yerli müəllimlər sizin onların mədəniyyəti və adət-ənənələri ilə maraqlanmağınızı çox müsbət qarşılayacaqlar. Dadlı yemək, gəzmək yaxud da, vaxt keçirmək üçün maraqlı yerlər haqqında məsləhət almaqdan da çəkinməmək lazımdır.

Təcrübəyə əsasən, xarici ölkədəkilərlə qaynayıb-qarışmaq hər zaman yaxşıdır. Bir çox ölkələrdə xaricdən gələnləri ayırmaq çox asan olur. Bunun üçün getməzdən öncə ölkədə qonaqlara qarşı necə rəftar edildiyini məqalələrdən oxumağınız sizin üçün faydalı olacaq. O ölkə üçün xarakterik olmayan bütün kənar şeyləri atın. Bu həm yerli sakinlər tərəfindən qəribə qarşılanmağınızın qarşısını alacaq və həm də yükünüzü yüngülləşdirəcək.

Ölkəyə ilk ayaq basdığınız zaman o dildə yalnız bir söz bilmiş olsanız belə, əmin olun ki, geri qayıdanda sərbəst danışmağı öyrənmiş olacaqsınız. Bunun üçün bir çox hallarda tələbələr getməzdən əvvəl bir müddətlik dil kursu keçirlər. Bu onları dilin  əsas bazası ilə tanış edir. Orda olduğunuz müddətdə isə səhvlərə yol verməkdən qorxmadan dili maksimum dərəcədə istifadə etməyə çalışın. Bu sizə sürətlə adaptasiya olmağa kömək edəcək. Özünüzlə kiçik bir cib lüğəti gəzdirməyiniz işinizi bir qədər də asanlaşdıracaq. Və unutmayın ki hər dəfə yeni bir söz öyrəndikcə özünüz də özünüzdəki irəliləyişə sevinəcəksiniz. Bilmədiyiniz söz olduqda sakitliyinizi qorumağa özünüzü itirməməyə çalışın əksinə qazandığınız təcrübədən zövq alın.

Bunlardan əlavə olduğunuz ölkənin mədəniyyətini öyrənməyə həssaslıqla yanaşın. Öz içinizə qapanıb qalmamağa, ətrafınızdaki yenilikləri də öyrənməyə çalışın. Buna şəhəri gəzintiyə çıxmaqla başlaya bilərsiniz, yox əgər bunu tək etmək istəmirsinizsə, öz şəhər turunuza dostlarınızı da dəvət edə bilərsiniz. Dostlarınız həmvətənlərinizdirsə yaxşı olardı ki, onlarla getdiyiniz ölkənin dilində danışmağı şərt kəsəsiniz. Alternativ variant olaraq isə yerli sakinlərlə dost ola bilərsiniz. Yeni kəşflər zamanı qeyd kitabçasının olmağı isə işlək metoddur. Bu kiçik dəftərə siz yaxınlarınızla bölüşmək üçün xatirələrinizi yaza ya da ki daha sonra ətraflı araşdırmaq üçün qeydlər apara bilərsiniz.

Çalışın elə getdiyiniz ilk gündən ölkəni kəşf edin və heç bir halda dəyişikliklərdən qorxmayın.

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

4 Comments

  1. Salam,men Amerikada kompyuter muhendisliyi oxumaq isteyirem.
    Bunun ucun SAT imtahanindan ne qeder bal yigmaliyam?(yaxsi universtete dusmek ucun)
    yaxsi bal yigaraq qebul olsam odenissiz oxumaq olur?

  2. Salam. Men Sizden bir meslehet almaq isteyirem.Menim qizim 10-cu sinifde oxuyur. Turkiye de Dovlet Universitetlerinde Tibbb uzre tehsil almaq isteyir. Xahish edirem mene tibb uzre Dovlet Ali mektebleri ucun tehsil haqqlarini yazasiniz. Hal hazirda ingilis dilinde Toefl-le hazirlashir. Qiymetleri bilsek SAT hazirlashar. Evvelceden Cox sag olun

    • Salam. Dövlətlərdə təhsil haqqı 2000 manatdan başlayır ama 4000 manatı keçmir çox vaxtı. ama bu dəyişədə də bilər. və ya burslu olsa pulsuz da olar. Ama buna gücünüz yetirsə rahat hazırlaşa bilər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla