Təhsil Haqqından Azad Olan Ölkələr

Hər kəs ödənişsiz təhsil arzusundadır. Bu həm tələbə üçün, həm də tələbələrin ailələri üçün çox yaxşıdır. Əlbətdə ki, bu cür avantaj hər kəs üçün faydalıdır. Xaricdə pulsuz təhsil almaq isə ikiqat avantajdır. Nəzərə alsaq ki, bura təyyarə, kirayə yaşayış pulu daxildir o zaman ailələr və tələbələr üçün bu lap yaxşıdır. Bəs gəlin görək siz hansı ölkədə təhsil haqqı ödəmədən təhsil ala bilərsiniz?

Neft ölkələrində təhsil xərcini dövlət ödəyir

Neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana ilə təmin edilir. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır.
Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.
Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.
Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.
Iran da təhsilin bütün pillələri pulsuzdur.

Avropada dövlət universitetləri pulsuzdur

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.
Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Beynəlxalq tələbələr üçün və ya Azərbaycan tələbələri üçün ən uyğun olan ölkə Almaniyadır. Bəzi əyalətləri tam ödənişsiz bəzi əyalətlər ildə min avroya kimi ödənişi olur.

Ama bu yaşamınızı ödəyəcək anlamına gəlməz. Almaniya tələbə vizası üçün Alman bankına 8040 avro yatırmanızı məcbur edir. Çünki o sizin bir illik xərcinizi öncədən göstərməlisiniz ki gedib orda çətin vəziyyətdə qalmayasınız.

Almaniyada DAAD təqaüdü var qalan xərclərinizi ödəmək üçün ama ordan tələbələr çox az keçir. İldə 5 tələbə gedər getməz. Yəni təhsil haqqı olmayan ölkələrə gedəndə yaşamı çox zaman siz ödəməli olursunuz. Bunu qəbul etmək lazımdı.

Norveç və digər skandinav ölkələri də eyni sistemlə işləyir. Məsələn Norveçdə təhsil haqqı yoxdur ama qəbul üçün əvvəl öz bankınızda 12 min avroya yaxın məbləğ göstərməlisiniz və qəbuldan sonra viza üçün pulu universitetin hesabına köüçürməlisiniz.

Viza üçün Hollandiyada eyni sistemdən istifadə edir.

ABŞ tələbələrinin təhsil xərcləri 80% azaldılır

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

145 Comments

  1. Salam menim gpa gösdericim 80 -dir ve avropada ödenişsiz tehsil almaq mümkündür (finlandiya norvec ,almaniya ve.s ) ve bu ölkerde ödenişsiz oxumaq üçün neçe ielts lazımdır

  2. Salam Elgün bəy.Mən Azərbaycanda bakalavr 4 il hüquq oxuduqdan sonra Hansi ölkədə beynəlxalq hüquq üzrə pulsuz təhsil ala bilərəm??Təşəkkürlər

  3. Salam . Norveçdə hüquq oxumaq üçün ingiliscə lazımdır yoxsa o ölkənin dili ? Ege Ro ölkənin dili lazımdırsa imtahan necə olur?

    • Master üçün IELTS yetərlidir. və GPA yuxarı olsun. bakalavr attestatla mümkün deyil və norveç dilindədir

  4. Salam.Sadəcə İELTS balı ilə ödənişsiz verən ölkələr hansılardır? Norveç,İtaliya,Almaniya yaxud Fransada ingiliscə ödənişsiz təhsil almaq mümkündürmü? Maddi durumumuz çox yüksək deyil,daha uyğunu hansı ölkə olar?

  5. Salam, menim ortalamam 80+dur. xarici universitetlerde magistr tehsili ucun imtahan vermek lazimdirmi, yoxsa gpa ve ielts kifayetdir? yuksek tequdlu ve ya odenishsiz tehsil almaq ucun hansi olkeler daha perspektivlidir? viza desteyi, universitetler haqqinda daha etrafli melumat almaq ucun hara muraciet etmek olar?

    • Salam. Baxır ölkəyə. Türkiyə dövlət üçün bəli. Ama təqaüd yoxdur avropada. Türkiyədə var ama imtahan lazımdır

  6. Salam men Diller Üniversitetinde ingilis dili tercumecilik oxuyuram ortalamam 90+ di . Mektebi qirmizi atestatnan qurtarmisam . Fransa’da turizm üzre magistr oxuya bilerem ? Ve Fransada Magistr oxumaq uçun ortalama ve İELTS bes edirmi ?

  7. salam men iqtisad univertitetinde texanologiya ve dizayn oxuyuram hansi olkeden tegaud ala bilere gpa 95+ uzeridir .ve butun bunlarin teksil olunmasi neceyedir?

    • Salam. Təhsil haqqı olmayan ölkə təqaüd vermir. Öncə o ixtisası ingilizce verən uni tapmaq lazımdır. Hər yerdə yoxdur o. Çox vaxt UK USA Canada kimi ölkələrdə olur

  8. Salam, mən ADA universitetində ingilis dilində təhsil alıram(biznesin idarə edilməsi ixtisası üzrə) II kursun II semestrini fransada təhsil almışam.4 illik ortalama balim 89.2 dir.Hansı universitetlərdə ödənişsiz magistr təhsili ala bilərəm və bunun üçün nə etməliyəm

  9. Salam mən Bakı mühəndislik universitetinin 2 ci kura tələbəsiyəm memarlıq üzrə oxuyuram 3 cü kursdan xaricdə ödənişsiz oxumaq istəyirəm amma məlumatım yoxdu mənə köməy ola bilərsiniz?

  10. Salam. Mən 10 cu sinif şagirdiyəm və regionşünaslıq ixtisası üzrə hazırlaşıram. Uzaq şərq ölkələrindən hansında pulsuz təhsil var ? Ortalama bal nə qədər olmalıdır ?

  11. Salam,mən ARPDIA-da hüquq uzrə oxuyuram.burda təhsilimi bitirib yenidən bakalavr uçun Qətər (BƏƏ) ingilisçə huquq oxuya bilərəm?ielts mutləqdi?

  12. Salam. Men ADNSUda Neft Qaz muhendisliyi oxuyuram.
    4 cu kursa kecirem Gpa asagidir 65-70 arasi IELTS 7.0 ile magistr tehsili almaq isteyirdim. Hansi olkelerde ne qeder maddiyatnan bu mumkun ola biler?

    • Salam. Ən asanı Macarıstandır. Başqa ölkələr çox çətindir. Orda full təqaüddür.

  13. Salam. GPA 91dir. Ixtisasım Dovlet ve belediyye idareetmesidir. Mencment ixtisasi uzre tesilimi davam etdirmek isteyirem. TQDK qebul balim 623-dur. Tam teqaudlu hansi olkelerde tehsil ala bilerem?

  14. Salam mənim bakalavr dərəcəsində ortalamam GPA 78 olub humanitar sahə üzrə oxumuşam magistri təqaüdlə (ödənişsiz) hansı ölkələrdə oxuya bilərəm

  15. salam menim ortalamam 71+ yuxaridir. Almaniyada tehsil almaq mumkun olmaz? bashqa hansisa usulla meselen alman dilini oyrenib imtahan versem yene de qebul ola bilmerem?

  16. Salam mən Memarlıq və İnşaat universitetini Muhəndis sistemləri ixtisası üzrə bitirmişəm. Ödənişsiz və eyni zamanda təqaüdlə hansı ölkələrdə təhsil ala bilərəm. Və bunun üçün ielts göstəricisi nə qədər olmalıdır . ? Pekinin dövlət universitetlərinin hansindasa bu mümkündür mü?? Çox xaiş edirəm cavablandırın.

  17. Salam Men BDU da 3kurda oxuyuram r/b.Turkiyede Magistr.tehsil almag ucun hansi wertler lazimdir yaniki qebul qaydasi ucun neler lazimdir.zehmet olmasa cavablandirardiniz.

    • Salam,

      Geniş mövzudur. Hansı ixtisas, hansı universitet seçəcəyinizə bağlıdır. Əsas ortalama balınız yüksək olsun. İngiliscə oxumaq istəsəniz TOEFL olmalıdır. Türkcə programlar üçün də TOEFL nəticəniz olarsa, seçim şansınız çox olar. Ətraflı 050 503 59 39

    • Salam. Mən Azmiu da memarlıq fakultəsinin 3 kurs tələbəsiyəm. Finlandiyada magistratura oxumaq istəyirəm (ödənişsiz tapmışdım, təhsil ingilis dilində idi) , ancaq bunun üçün nələr etmək lazımdır bilmirəm. Mümkündürsə sualımı cavablandırın. Əvvəlcədən təşəkkürlər!

    • Salam. IELTS və GPA yaxşı olmalıdır. Bizim ofisə gəlirsiniz. Sizin üçün başvuru edərik.

  18. Salam Mən beynəlxalq münasibətlər üzrə oxuyuram 3cü kursam.Magistr üçün Fransa və ya Almaniyaya istəyirəm. Pulsuz magistr proqramı mümkündür?Birdə Fransa və Almaniyada magistr üçün İELTS nə qədər lazımdır?

  19. Salam, mən Bdu- Tarix fakultəsində tarix müəllimliyi oxuyuram. Master üçün Türkiyə, İsveç, Almanya ölkələrindən birində təhsil almaq istiyirəm. Amma Beynəlxalq münasibətlər və ya siyasət üzrə. Ortalama 91+dur. Təqaüdlə bu ixtisaslarda təhsil almaq mümkündü?

    • Salam mən 10 cu sinif şagirdiyəm. Almaniyada təhsil almaq istəyirəm komputer elmləri üzrə ,lakin bilirəm ki 2 il universitet təhsilim olmalıdı.Bunu isə Türkiyədə oxumaq istəyirəm(yəni 11 ci sinfi bitirdikdən sonrakı 2ili) Türkiyəyə İstanbul Texnik vəya Haccettepe universitetlərinə qəbul olub , 2 il burada oxuyub,sonra Munchen Texnik Universitetinə qəbul olmaq olar(tədrisalman dilində olarsa həmdə)?Və hansı yolla? Bir də mən Türkiyəyə bu Universitetlərə Yalnız Sat I və atestat imtahanının balı ilə gedə bilərəm? Və neçə balla ?Zəhmət olmasa suallarıma cavab verərdiniz?

  20. Salam, Səudiyyə Ərəbistan, BƏƏ, Küveyt kimi ölkələrdə ingiliscə pulsuz təhsil mümkündü? Əgər mümkündürsə İELTS mütləqdi?

  21. Salam .Mən Tibb Universitetinin İctimai Səhiyyə fakültəsində oxuyuram.4-cü kursam.TUS-la Türkiyədə pulsuz rezidentura oxumaq istəyirəm .Bu mümkündürmü ,xahiş edirəm ətraflı məlumat verəsiniz.Öncədən təşəkkürlər?

  22. Salam mən evliyəm iki övladm var işləyirəm və ailə vəziyyətimlə əlqadar olaraq qiyabi təhsil almaq istəyiram yaxin ölkərin birində konpuyter informatika ixtisasi uzrə baklavr darcəsi aımaq istəyiram.

  23. Salam.Mən hal-hazırda İqtisadiyyat ixtisası üzrə ingiliscə bakalavr təhsili alıram.Magistr təhsilimi pulsuz hansı ölkələrdə və hansı şərtlərlə ala bilərəm?

    • Salam, Macarıstanda təqaüd var, İstaliyada var. Macarıstan üçün IELTS lazım və TQDK 500+. İtaliya üçün sadəcə IELTS. ALmaniyada da təhsil pulsuzdur amma yaşam xərclərinizi qarşılamalısınız

  24. Salam. Hal-hazırda 10-cu sinifdə oxuyuram. İtaliya və ya Almaniyada pulsuz bakalavr təhsili almaq istəyirəm. Bunun üçün nə lazımdır? Sənədlərimi hara və nə vaxt təqdim etməliyəm?

  25. Salam, 75 GPA ile ve 6.5 IELTS scoru ile Almaniyada ve ya diger qerbi Avropa olkelerinde pulsuz magistr tehsili almaq mumkundur? PS. ixtisasim Avtomatlashdirma muhendisliyidir.

  26. Salam Dubayda pulsuz Doktorantura təhsili varmı? Və ya hansı ölkələrdə pulsuz doktorantura təhsili var? Tam dəqiq cavab verin xaiş edirəm. Sizin cavabınız mənim üçün çox vacibdir.

  27. Salam 5 sinifi qurtarıb xaricdə oxutmaq olarmı öz yataqxanalarından yatsın uşaq və qalıb orda təhsil alsın uşaq və hansı ölkədə olar və ödənişli yoxsa ödənişli qiymeti yazardiz

  28. Salam men Norvecde deniz akademyasinda odenishsiz magistr tehsili ala bilerem qiyabi orada gemide ishleye ishleye bu haqda mene umumi melumat verersiniz. ortalama balim az Deniz Akademyasin qutarmiwam .

  29. Salam m’en avstraliyada doktorantura tehsil.almaq almaq isteyirem qeyd edim ki tehsilimi İranda Tehran üniversitesinde almisham nece muarciet edim ve ne etmeliyim orda teqaud ne q ederdi iş sistemi necedi

  30. Salam.mən neft üzrə xaricdə magistr təhsil almaq istəyirəm tələb olunanlar nədir? və hansı ölkələr üzərə olar, pulsuz təhsil olar? Cavabınız üçün təşəkkürlər.

  31. Salam. Mən Bakı Dövlət Universiteti , Tarix fakültəsi, Antropologiya ixtisası üzrə təhsil alıram. Hansı ölkədə təhsilimi davam etdirə bilərəm? Ətraflı məlumatı hardan ala bilərəm?

  32. Salam
    Men UNEC in iqtisadiyyat fakultesinde oxuyuram.
    InwAllah magisturu fakulteme uygun olaraq pulsuz Almaniyada ve ya basqa Avropa olkesinde oxumaq olar

  33. Salam.Men universitetde 3 cu kursda oxuyuram.4 cu kursu bitirib magistri parisde oxumaq isteyirem.zehmet olmasa deyersiz mene men ielts nece olmalidir?birdeki pulsuz magistr oxumaq olarmi?ya olmassa yataqxana qidalanma bilet pulu ve s. Biryerde ayliq neqeder eder?

  34. Bir sualım daha olacaq, müraciət etdiyimiz smestrki balimiz yüksək olmalıdır ya 4 il ərzindəki bütün smestlerdəki ballar 70 80 nən yuxarı olmalıdır?

  35. Salam. Mən iqtisadiyyatda oxuyuram
    Almanyada master üçün maliyyəni seçə bilərəm ?
    Və bunun üçün sadecə İELTS lazımdır ?

  36. Salam.Hal- hazırda orta məktəbi bitirmək üzrəyəm, ingilis və rus dilləri yüksək (daşıyıcı) səviyyəsindədir. Ödənişsiz təhsil almaq üçün ingilis dili imtahanlarını verdikdən sonra, nəticələr yaxşı olarsa, hansı ölkələrə düşmək mümkündür? Qəbul imtahanının nəticələrinin təsiri olacaq? Və ətraflı məlumat üçün hara müraciət edə bilərəm? Əvvəlcədən təşəkkür edirəm.

    • Salam. Təqaüd üçün yaxşı attestat balı və İELTS 6.5 olmalıdır. Macarıstana müraciət edə bilərsiniz. Ama yüksək bilməz yetməz. İELTS sertifikatı almaq mütləqdir.

  37. Salam Qətərdə təhsil almaq barədə məlumatınızın olmadığını bildirdiniz, ancaq məmim istədiyim budur ki, Ərəbistan yarımadasında yerləşən dövlətlərin birində pulsuz magistr təhsili almaq istəyirəm. Başqa sualım biridə ki, ümumiyyətlə xaricdə pulsuz magistr təhsili almaq olmur?

    • Salam. Xaricdə bəli mümkündür ama şərtləri var. Biz ərəb ölkələrindən sadəcə Dubayla işləyirik. Bilmədiyim bir şeyi deməm də doğru olmaz. Məsələn Macarıstanda təhsil ala bilərsiniz. Qəbul üçün yüksək GPA və İELTS 6.5 bal lazımdır. Təqaüd programı müsahibə ilədir. Keçdikdən sonra Macar təhsil Nazirliyi sizə tam təqaüd verir.
      Bundan başqa Almaniya və Norveçdə təhsil haqqı yoxdur ama yaşamı ödəməlisiniz.

  38. Salam.Men hal hazirda bakalavr tehsilini aliram.Elektrik muhendisliyi uzre.Magistraturani Fransada odenissiz teqaudle oxumaq isteyirem.Bu mumkundur?Eger mumkundurse hansi sertler lazimdir?Evvelceden tesekkurler.

    • Salam. Fransada programların çoxu Fransızcadır yəni ilk öncə sadəcə Fransa istəyirsinizsə Fransız dilini öyrənməlisiniz və TCF imtahanından keçməlisiniz. Təqaüd yoxdur ama dövlət uniləri 500 avrodur illik çox zaman. Eyni zamanda əgər ingilis dilində istəyirsinizsə Almaniyada var və ya Norveçdə. Ordada da təhsil haqqı 500 və ya yoxdur ama yenə əlaqə təqaüd vermirlər.

  39. Salam mən xaricdə yeni Türkiyədə pulsuz magistratura tehsili almaq istəyirəm bunun üçün hara müraciət etməliyəm?

    • Salam. Pulsuz təhsil yoxdur. Çox yüksək bacarığınız varsa bəlkə unilər full təqaüd versin. Ama belə ödəniş etməli olacaqsınız.

    • Salam. Türkiyə üçün Fərid m (050 503 5939) və digər ölkələr üçün Anar m (012 492 6853) və ya 28 May ofisimizə (012 441 3665)

    • Salam. Rezidentura hər zaman pulsuzdur sadəcə qəbulu çətindir. Məsələn Türkiyə üçün TUS imtahanı verməlisiniz.Başqa ölkələr üçün də onun tipli imtahan və ölkə dilini bilmək lazımdır.

    • Salam mən kimya müəllimləyi 4cü kursam.Psixologiya üzrə xaricdə təqaüdlü magistr təhsili almaq istəyirəm.Hal hazırda psixologiya inistutunda iş təcrübəsi keçirəm.1 il xaricə hazırlaşacagim üçün iş təcrübəm də 1 il olacaq .Psixologiya üzrə hansı ölkəni seçim?Və ümumi nə qədər ödəniş lazımdlır? Visada problem çıxmaması üçün nə edim?

  40. salam bağışlayın sizə bir sual verim. mənimdə ürəyimdən xaricdə təhsil keçir. ancaq pulsuz istiyirəm ən yüksək qəbul şansı haradır. mənim üçün ölkə fərqi yoxdur. təhsil humanitar istiqaət üzrə olsun. öncədən təşəkkürlər Allah sizlərə yar olsun

  41. Avstraliya da ödənişsiz təhsil var? Dəqiq məlumatdıki yəni Neft ölkələrində təhsil xərcini dövlət ödəyir?

  42. Salamlar Elgun muellim. Bes Danimarkada tehsil uchun Toefl bali ne qeder olmalidir tequdlu tehsil uchun yeni.
    ABS da pulsuz tehsil uchun bes ne qeder teshil haqqi lazim olar? Choooooooooooooox xahish edirem mene komek edin.

    • Salam,
      Pulsuz təhsil üçün təkcə TOEFL yetərli olmur, başqa göstəricilər də olmalıdır. Tamamilə pulsuz çox az olur, müəyyən endirimlər olur. ABŞ-da eynilə proses elədir. Minium 4000 dollardan olur təhsil haqqı endirim aldıqdan sonra

    • Salam. Esasen yüksek GPA ve IELTS 6.5. Ortalama balınız ne qeder yüksek olsa qebul olma şansınız o qeder çox olacaqdır.

    • Amerikan ölkeleri deyende Kanada ve ABŞ nezerde tutursunuzsa her ikisi ödenişlidir. Teqüdle mümküündür ama teqaüd üçün çoox şey etmek lazımdır. En azından yüksek TOEFL ve GRE (GMAT) lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla