“Yaxın yer olsun ki, gedib-gəlmək rahat olsun.” CELT’in bütün xaricdə təhsil əməkdaşları bu cümləni yaxşı tanıyır. Bizə müraciət edən valideynlərin əksəriyyəti bu fikri səsləndirir. Bu gün, təhsil alacağımız ölkəni məsafə baxımından seçməyin nə dərəcədə düzgünlüyündən söhbət açacağıq.

İlk olaraq, əgər siz ölkədən kənarda təhsil almağı qarşıya məqsəd qoymusunuzsa bu halda bir neçə kilometrin elə də böyük bir fərqi olmamalıdır. Çünki xaric, elə xaricdir. Amerikada olsanız da evinizdə deyilsiniz, Türkiyədə də. Ona görə də bu mövzunu məsafə baxımından dəyərləndimək bir qədər düz olmazdı. Valideynlər fikirləşirlər ki övladlarına tez-tez baş çəksələr bu onlara uzaqda olduqları hissini unutduracaq və onlar özləri də arxayın olacaqlar. Əvvəlki postlarda da vuğuladığımız kimi xaricdə təhsil fərdlərin şəxsi inkişafına çox müsbət təsir edir. Bu, xüsusilə də orta məktəbi yeni bitirmiş gənclərin həyata daha tez adaptasiyasına çox kömək edir. Bunu nəzərə alaraq təhsil almağa gedənlərə müəyyən qədər sərbəstlik verməkdə fayda var.

Professional cəhətdən isə bizdən uzaqda yerləşən bir neçə ölkənin təhsil səviyyəsinin özünü çoxdan təsdiqlədiyini asanlıqla demək olar. Götürək elə Amerikanın özünü. Amerikanın 30 universiteti dünya reytinqində ilk yüzlükdədir. Texnologiya sahəsində dünya lideri olan Massaçusetts, Tibb sahəsinin lideri Harvard, Biznesdə ikinciliyi olan Stanford universitetləri məhz Amerikada yerləşir. Bu siyahını Çikaqo, Kaliforniya Texnologiya universitetlərini də əlavə edərək uzatmaq olar.

Başqa uzaq bir ölkə isə Yaponiyadır. Ölkənin inkişaf səviyyəsi təhsilinin nə qədər güclü olduğu haqqında təəssürat yaradır. Yapon təhsilinə aid maraqlı bir fakt isə burada bir müəllimin eyni orta məktəbdə 6 ildən artıq işləyə bilməməsidir. Daima özü-özünü yeniləyən sistemdə isə yeniliklərə hər zaman yer var. Yaponiyada təxminən 780-ə yaxın universitet var. Bunlar sırasına Tokio, Kioto, Osaka kimi dövlət, Vaseda, Tokay, Kansay kimi özəl universitetləri əlavə edə bilərik.

Daha bir uzaq ölkə, təhsilə verdiyi önəm ilə dillər əzbəri olan Sinqapurdur. Ölkədəki uşaqların əksəriyyəti beynəxalq PİSA imtahanından yüksək nəticələr əldə edirlər. Belə ki, Sinqapur öz büdcəsinin 20%ni təhsilə ayırır. Nanyanq Texnologiya, Sinqapur Politexnik, Temasek Politexnik, Sinqapur İdarəçilik universitetləri nüfuzlu Sinqapur universitetləri qəbilindəndirlər.

Misal çəkdiyimiz üç ölkə həm təhsil səviyyəsinə, həm təhsilə verdiyi qiymətə, həm də ümumi inkişaf səviyyəsinə görə adları ön sıralarda olan ölkələrdir. Ölkələrimiz arasında böyük bir okean, çox uzaq məsafə olsa da sırf təklif etdiyi keyfiyyətli təhsil üçün qeyd-şərtsiz okeanı aşıb o taya keçməyə dəyər. Bu ölkələrin təkcə təhsili yox, iqtisadiyyatı, sənayesi də güclüdür. Onların təklif etdiyi perspektivləri bir çox digər ölkələrdən qazanmaq mümkün deyil.

Məhz elə bunlara görə də təhsil sahəsində məsafələri qısaltmaq prioritet olmamalıdır. Keyfiyyətli təhsilin ardınca hər yerə getmək olar, hətta bu belə də olmalıdır.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla