Müəllimlər tələbələrin motivasiyalarını təmin etməkdə və onları həvəsləndirməkdə önəmli rol oynayırlar.
Həm daxili, həm də xarici motivasiya tələbənin uğurlu olması üçün çox önəmlidir

Ən yüksək təhsil alan müəllim də olsanız ara-sıra uşaqlarla eyni yolda getdiyinizdən əmin olmaya bilərsiniz. İstər peşəsinə yeni başlayan, istər təcrübəli bir müəllim olun, sizə təqdim etdiyimiz bu məsləhətlərlətələbələri həm motivasiya edəcəksiniz, həm də bu motivasiyayla yaşamaları yönündə onları istiqamətləndirmiş olacaqsınız:

Tələbələrinizə müxtəlif təcrübələr təqdim edin.

Hər şagird/tələbə hər dərsə eyni reaksiya verməyəcək. Kimisi aktiv fəaliyyəti, kimisi isə sakit mühitdə kitab oxumağı ya da qrup halında çalışmağı bəyənir. Bütün şagirdlərinizi motivasiya edə bilmək üçün dərsləri bir az qarışdırın və tərzinizi dəyişin. Bunun sayəsində hər dəfə fərqli bir şey təcrübə edən şagirdləriniz bəlkə də ən sevdiyi tərzlərini tapacaqlar.

Müsbət rəqabətdən istifadə edin.

Sinifdə rəqabət həmişə pis şey deyil, hətta bəzi vəziyyətlərdə şagirdlərinizin daha aktiv olmasına həvəsləndirə bilər.

Tələbələrin birlikdə çalışmalarına imkan yaradın.

Tələbələrin əksəriyyəti qrup halında problem həll etməyi, təcrübələr həyata keçirməyi, digər dostlarıyla birgə layihə üzərində işləməyi çox sevirlər. Bundan əlavə bir-biriləriylə ünsiyyətdə olan uşaqlar sinifdə olan şeylər haqqında həyəcan keçirirlər və bir-birilərini də bir məqsədə çatmaq mövzusunda motivasiya edərlər.

Həyəcanlı olun.

Həyəcanınızı paylaşın. Bəli şagirdlərinizi motivasiya etməyin təsirli yollarından biri də budur. Siz öyrətmək üçün nə qədər həyəcanlı olsanız, onlar da öyrənmək üçün o qədər həyəcan duyar.

Günel Qulamova

CELT Colleges Elmler
Tel:(012) 538 38 33
Mob:(055) 737 83 06

E-mail:gulamova@celt.az

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla