Təlim prosesi, yəni tədris mövzusunun mənimsənilməsi başlıca olaraq bir sıra mərhələlərdən keçir.

1)    Yeni tədris mövzusunun  qavranılması

2)    Biliklərin,bacarıqların və vərdişlərin  möhkəmləndirliməsi  və tətbiqi

3)    Təlimdə müvəffəqiyyətə nəzarət və onun qiymətləndilirməsi

Bu  yazıda  şagirdlərin tədris fəaliyyətinə nəzarətdən söhbət açacağıq. Bütün fənlərdə olduğu kimi İngilis dilinin  tam şəkildə öyrənilib, qavranılmasına nəzarət əsas vacib şərtlərdən biridir. Təlim zamanı şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət imkan verir ki, müəllim onlarn bilik və bacarıqların mövcud vəziyyətindən xəbəri  olmalıdır ki, ehtiyac duyan,çətinlik çəkən şagirdlərə lazımi köməklik göstərə və müvafiq istiqamət verə bilsin.Şagirdlərin fəaliyyətinə lazımınca nəzarət etməyən ,onların mənimsəmə səviyyəsini üzə çıxartmayan və həmin səviyyənin necəliyini sonrakı işdə nəzərə almayan müəllim təlimdə tam müvəffəqiyyət qazana bilmir. İngilis dilinin  öyrədilməsində nəzarətin müxtəlif növləri vardır.

Gündəlik nəzarət,həftəlik nəzarət və aylıq nəzarət. Tələbənin bilik və bacarıqlarının qiymətləndirilməsi onların dərslərə tam  şəkildə məsuliyyətli yanaşmasına imkan yaradır. Bunu üçün müxtəlif testlərdən “Quick test”, “File test” inşa yazı mövzularından istifadə edilir. Beş variantdan ibarət olan testlər daha dolğun hesab edilir.Bu tələbələrin düşünüb düzgün cavab tapmasına imkan yaradır. “İnşa yazı” isə tələbənin söz bazasını,ideyasını, qrammatik qaydalara,durğu işarələrini hansı səviyyədə riayət etdiyini sübut edir. Testlərin keçirilməsi və qiymətləndirilməsi digər müəllim tərəfindən aylıq təşkil edilir. Həftə ərzində şagirdlərin öz müəllimləri tərəfindən tetsdən keçirilir. İmtahanlardan yüksək faizlə qiymət  almayan tələbə növbəti səviyyəyə keçmir.

Göründüyü kimi təlimdə müvəffəqiyyətə nəzarət, onun qiymətləndirilməsi əsas vasitələrdən biridir. Yüksək səviyyədə nailiyyət əldə edilməsi üçün “Testing and evaluating” ingilis dilinin tədrisində nəzərə alınmalıdır.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 3665, 012 4180867

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla