Bildiyimiz kimi son dövrlərdə Azərbaycanda xaricdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı kifayət qədər artmaqdadır. Bunun isə bir sıra səbəbləri var. Elə ən bəsit misal kimi, daha yüksək reytinqli universitetləri göstərmək mümkündür ki, tələbələrin gələcək kariyerasını müvəffəqiyyətlə qurmalarında bilavasitə rol oynayır. Lakin tələbələrin bu istəklərini yerinə yetirməsi bir sıra problemlərə görə gözlənilən qədər asan baş tutmur. Başlıca problem olaraq da maddi sıxıntını göstərmək olar. Dünyanın bir çox ölkəsində beynəlxalq tələbələr üçün təhsil haqqı kifayət qədər yüksək olmaqla yanaşı, yaşayış xərcləri də Azərbaycanla müqayisədə daha bahalıdır. Xaricdə təhsil alan bir tələbə təbii hal olaraq əlavə yaşayış xərcləri də ödəməli olur. Bunu qarşılamaq isə bir çox ailə üçün xalq dili ilə desək “qəliz məsələdir” .

Belə olan halda ne etməli? Xaricdə təhsil alma planlarımızı kənara atıb, əlimizi açıb bir gün bizim kariyeranı yox, kariyeranın bizi tapmasına dua etməliyik. – Gülməli səslənsədə, bucür düşünən və xırda bir çətinlikdə öz məqsədlərini asanlıqla kənara qoyan adam sayısı da az deyil. Elə isə düzügün çıxış yolu nədir? Bucür hallarda təklif edilən 2 çıxış yolu göstərmək olar. Bugünkü yazımda bunlardan biri ilə bağlı azda olsa məlumat verməyə çalışacam.

Coping_with_stress_at_university

1. TƏQAÜDLÜ TƏHSİL İMKANLARI

Hal-hazırda bir çox gəncin arzusudur ki, öz təhsilini sərfəli yollarla davam etdirmək üçün müxtəlif  təqaüd proqramlarından qəbul alsın. Təqaüd proqramları bütün ölkələr və bütün universitetlər üçün şamil edilmədiyi üçün ən optimal variantlardan biri olan və ilk universitetlərin yarandığı, təhsil sisteminin bir çox ölkələrlə müqayisədə ən yüksək səviyyədə olduğu İtaliyanı optimal bir seçim olaraq göstərmək olar.

İtaliyada 100 ə yaxın təhsil müəssisəsi üçün dövlət tərəfindən təqaüd təklif edilir və tələbələrə çox ideal şanslar təklif edilir. Burada tanınmış universitetlərlə yanaşı ixtisaslaşmış Postgraduate mərkəzləri, Politekniklər və bir sıra akademiyalar mövcuddur ki müxtəlif ixtisasların tədrisində peşəkar fəaliyyət göstərirlər. Bunlardan ən yüksək reytinqlilərini sadalasaq ;

Italy
  • Universita di Bologna
  • Sapienza Universita di Roma
  • Politecnico di Milano
  • Universita Degli Studi di Padova
  • Politecnico di Torino

kimi tədris müəssisələri başlıca sıralarda göstərmək olar.

Magistratura və Bakalavr dərəcəsində təhsil alan tələbələrə müxtəlif təqaüd proqramları təklif edilir. Bakalavr dərəcəsində illik 5000 avro məbləğində maddi dəstək verən proqramlarla yanaşı , 10000 avro dəyərində magistratura dərəcəsi üçün yüksək məbləğli təqaüd proqramları da vardır. Bir çox hallarda təqaüd alan tələbə universitetlərin illik təhsil haqqından azad olur və bütün bu məbləğlə aylıq dolanma xərclərini ödəyir. Lakin universitet təhsil haqqından azad olunmadığınız halda belə bu təkliflər əksər tələbə üçün kifayət qədər sərfəlidir. Nəzərə alsaq ki, İtaliyada dövlət universitetlərinin təhsil haqqı ortalama 2000-2500 avro arası dəyişir, əvvəl dediyimiz fikirdə heç də yanılmarıq. Bunlarla yanaşı bəzi özəl universitetlərin də 11-13 min avro məbləğində böyük məbləğdə təqaüd təklifləri də vardır.

Gəlin görək bu təqaüdlər hər zaman istənilən tələbəyə verilirmi? Təbii ki, burada bəzi seçim mərhələləri mövcuddur. Təqaüdün növündən asılı olaraq, ya ailələrin ümumi illik gəlirləri nəzərə alınır ya da tələbələrin fərdi bacarıqlarına görə veriləcək təqaüd müəyyənləşdilir. Tələbələrin şəxsi keyfiyyətlərini başlıca nəzərə alan proqramlara “INVEST YOUR TALENT IN ITALY” proqramını nümunə olaraq göstərə bilərik. Bu proqram İtaliya Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən dəstəklənir, Azərbaycan , Misir , İran , Turkiyə , Hindistan və Qazaxıstan kimi ölkələrdən magistratura və postgraduate dərəcələrində təhsil almaq istəyib, Mühəndislik, Arxitektura, Dizayn , İqtisadiyyat və İdarəetmə kimi sahələrdə yüksək bilikləri və fərdi keyfiyyətləri olan tələbələrə təklif edilir.

scholarship+money

Yuxarıdada qeyd edilən kimi təqaüd proqramı xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün əvəzolunmaz şans yaradan əsas 2 amildən biridir. Növbəti yazımda təqaüdsüz şəkildə və cibimizə uyğun məbləği xərcləməklə necə xaricdə təhsil ala bilərik kimi suallara cavab verən məlumatları paylaşacam.

Əgər bu haqda əlavə məlumatlar almaq istəyirsinizsə CELT Colleges ofislərinə yaxınlaşıb , öz gələcəyiniz üçün faydalı məsləhətlər ala bilərsiniz.

Contact information

Sosial Ələqələr: 

Ünvan:
Narimanov Təbriz küçəsi 100a

Telefonlar:

(012) 566 48 23 / (012) 408 43 20

Email:

baba.karimli@celt.az

80 Şərh

  1. Salam. Men bakalavr tehsilimi hüquq üzre almisam. Xaricde teqaudle eyni ixtsas uzre magistr tehsili almaq isteyirem. 2015 ci ilde unini bitirmisem. Mümkundurmu?

    • Xeyir. Hüququ xaricdə oxumaq mənasızdır. Gəlib Bakıda yenə imtahan verəcəksiniz. Ama xaricdə işləmək üçün hüquq oxumaq mənalıdır. Almaniyada oxuya bilərsiniz ama təqaüd yoxdur

    • Salam. Türkiyədə pulsuz uni yoxdur. qiymətləri aşağıdır dövlətlərin. Dövlət üçün SAT lazımdır

  2. Salam.Mən 11 ci sinif de oxuyuram məktəbi bitirəndə 16 yasim olacaq. İeltsdan ortalama balim 7 idir. Məktəbi bitirən kimi Almanyada ve ya basqa olkede tam təqaüd ile tehsil ala bilərəmmi?

  3. Salam. Mən Türkiyede radyo televiziya və sinema bakalavr tehsili alıram. Eyni ixtisas ve ya yaxın bir ixtisas üzrə Avropada təqaüdlü magistr təhsili ala bilərəm mi? Olarsa hansı ölkələrdə?

    • Salam. Bəli ama təqaüd yoxdur. UK İrlandiya. başqa yerdə onlar öz dillərində olacaq ingiliz dilinde deyil

  4. Salam Yıldız Teknik universitetinin mekatronik mühəndisliyinə qəbul olmaq istəyirəm.SAT 1380 toplamışam SAT math 2 hazırlaşım yoxsa SAT balımı daha da artırmalıyam?

  5. salam men 11 ci sinifde oxuyuram.ama tehsilim turk liseyi oldugundan 12 illikdir. ielts 6.5 sertifikatim var.12 illik tehsille birbasa avropa olkelerine yeni hollandiya isvecre kimi olkeler gede bilerem yoxsa gerek 1 ilde bakalavr oxuyum ?

  6. Salam, men hal-hazirda 3 -cu kurs telebesiyem. Ixtisasim Ingilis dili muellimliyidi. Avropada hansi olkede eyni ixtisas uzre magistratura tehsili ala bilerem?

  7. salam.SAT 1 və SAT 2 hazırlığı nə qədər davam edir? İtaliyada və yaxud hər hansı Qərbi Avropa ölkəsində tam təqaüdlü bakalavr təhsili almaq üçün nə qədər bal olmalıdır?çox sağolun.

  8. ieltsdə generalla academic arasında nə fərq var? Məsələn, mən Kanadada təhsil almaq,yaşamaq istəyirəm. Mən hansı üzrə imtahan verməliyəm? Çox sağolun!

  9. Salam. Mən ADİU Marketinq ixtisasını bitirmişəm. Ancaq xaricdə dizayn üzrə təkrar bakalavr təhsili almaq istəyirəm. Təqaüd mümkündürmü və daha çox hansı universitetlərdə qəbul imkanı var?

  10. Salam. Mən kollec təhsilliyəm. İxtisasım AİSdi (avtomatik idarəetmə sistemləri). Bu ixtisas üzrə italiyada bakalavr təhsili ala bilərəmmi təqaüdlü? Bunun üçün nə tələb olunur?

  11. Salam men memarliq insaat universetinin 3cu kursunda memarliq fakultesinde oxuyuram memarliq fakultesinde magistr tehsili almaq istirem italyada neylemeliyem ? Hansi dili bilməyim tələb olunur? Və ya nə tələb olunur? Təqaüdlü tehsil almaq istəyirəm

  12. Salam. Mən 4cü kursda oxuyuram. Gələn il İtaliyada təqaüdlü bakalavr üzrə oxumaq istəyirəm. Qəbul zamanı bakalavr ortalamam nəzərə alınırmı? İeltsdən əlavə italyan dilində təhsil almaq mümkündürmü? Təqaüd programına müraciət edəndə təhsil haqqı ödənilirmi?

  13. İtaliyada incəsənət sahəsində ( şüşə ixtisası üzrə) təqaüdlü təhsil (magistr) oxumaq üçün İtaliya dili şərtdi ya ingilis dili ?

  14. Gələn təhsil ili üçün yox 2019-2020 üçün İtaliyada təqaüd proqramına IELTS 6.5 lə düşə bilərəm? Bu haqda hansı filialınızdan məlumat ala bilərəm?

    • Salam. Bəli. Ortalama balınız yaxşıdırsa problem olmaz. Nərimanov ofisində Baba müəllimlə danışın. Sizə kömək edəcəkdir, Elgün bəy.

    • Salam. Mən 10.sinifdə oxuyuram, əvvəllər 1.grupa hazırlaşdım lakin indi Yös’ə hazırlaşmaq istəyirəm. Zəhmət olmasa Türkiyə Üniverstitelerinde pullu pulsuz olur mu deyerdiniz? Və olursa ortalama nə qədər?

  15. Salam. İtaliyada və ya başqa ölkədə Kompüter mühəndisliyi ixtisasının bakalavrını təqaüdlə(pulsuz) oxuya bilərəm? Bilərəmsə necə? IELTS neçə lazımdır? Hal hazırda foundation oxuyuram.

    • Salam. Təqaüd üçün bu il bütün son müraciət tarixləri keçib. Məsələn Macarıstan, Çin və sair. Bəlkə türkiyə mümkün ola bilər. Türkiyə ancaq TOEFL qəbule dir. Ətraflı ofislərimizlə danışın. Ama qəbul üçün IELTS 6.5 yetərlidir.

  16. salam men bu il ATU-ni bitirirem. Her hansi ixtisas uzreItaliyada teqaudlu bakalavr tehsili ala bileremmi son tarixi ve lazim olan sened ve ya imtahanlari yaza bilersinkizmi. Teshekkur

    • Salam. Zəhmət olmasa tarixlərlə bağlı Baba müəllimə zəng edin. Nərimanov ofisi. Mən burdan yaza bilməyəcəyəm.

    • Salam,
      Almaniya dövlət uniləri heç bir təqaüd vermir. Bəzilərinin təhsil haqqı yoxdur bəzilərinin var. Sadəcə doktorantuyara təqaüd verirlər. Ama DAAD vasitəsi ilə baş vura bilərsiniz ama rəqabət də az deyil. Başqa hər uninin müəyyən qədər təqaüd sistemi var ama tam təqaüd üçün sadəcə toefl və gpa yetməz. Yoxsa hər kəs rahat alardı bunu. Ən rahat alacağınız yer italiyadır. Bizim nərimanov ofisində Baba müəllimlə danışın. Qalan amerika kimi ölkələrdə tam təqaüd üçün çox fərqli bacarıqlarınızın olması lazımdır

  17. Salam.men tibb kollecinde oxuyram ve gelen il bitirib ele bitirdiyim ilde xaricde tibb oxumaq istiyrem. Bunun ucun en serfeli olke hansi olar? Ve qebul olunma qaydalari necedir?

    • Salam,
      TİBB üçün ingilis dili və SAT testi keçmək lazımdır. Buna indidən hazırlaşmalısınız. Zəhmət olmasa ofislərimizə gəlib testdən keçin

    • Salam
      İtaliyada təhsil üçün Nərimanov ofisimizdə Baba müəllimə müraciət edin. O sizə ən yaxşı yolu göstərəcəkdir.

  18. Salam. Mən bu il coğrafiya müəllimliyi ixtisasını bitirirəm. GPA ən azı 81 dən yüksək olarsa və ielts 6, 6,5 olarsa tam təqaüdlə hansısa universitetdə təhsil ala bilərəm? Və bu təhsil ancaq bakalavr ixtisası olmalıdır ya turizm üzrədə sla bilərəm?

    • Salam,
      81 bal və IELTS 6.5 ilə pulsuz təhsil ala bilərsiniz. Almaniya üçün ixtisas eyni olmalıdır.Ama təqaüd hər şeyə görə dəyişir bunun üçün 28 May ofisinə yaxınlaşın. Həmidə xanım Almaniya ilə bağlı kömək etsin.

    • Öncəki şərhimdə də qeyd etdiyim kimi elə bir şey yoxdur. Dövlət təqaüd verərəsə pulsuz ola bilər. Yəni Almaniyada cüzi də olsa təhsil haqqı alır ama Almaniya tibbi çox zaman çətindir. Almanca öyrənməniz lazımdır.

    • Almaniyada tibb təhsili Almancadır. Və bunun üçün testdaf balı lazımdır. Ama Almaniya bizim attestatla bir başa bakalavra götürmür. Bunu nəzərə almalısınız.

    • Salam. IELTS balınız yaxşıdır ama GPA çox yüksek deyil. Ama İtaliya kimi ölkələrdə çox ucuz qiymətə təhsil ala bilərsiniz. Almanlar qəbul etməz. Ama 100 faiz təaqüd nəzərdə tutursunuzsa məncə bu GPA ilə uyğun deyil. Sizin üçün ən gerçək reallıq təhsili aşağı olan Avropa ölkələrində oxumaq.Təşəükkürlər

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla