Təşəkkürlər, Mənim CELT Nərimanov Ailəm!!!

Cavidan hələ ümumi ingilis dili öyrənmək üçün gəldiyi ilk vaxtlardan CELT ailəsinin bir üzvünə çevrilmişdi. Onun üçün ingilis dilini öyrənmək şəxsi inkişafdan əlavə xaricdə təhsil məqsədi də daşıyırdı. Məqsədinə də çatdı. İndi o artıq Macarıstanın Debrecen şəhərindəki Debrecen universitetində foundation (hazırlıq) təhsili alır. Bir illik kursu bitirdikdən sonra Biznesin İdarə Edilməsi ixtisası üzrə bakalavr pilləsinə başlayacaq. Macarıstanda bakalavr təhsili 3 illik olduğuna görə Cavidan oxuduğu foundation proqramını br illik vaxt itkisi kimi qiymətləndirmir. Əksinə bu bir il ərzində o ingilis dili bacarıqlarını maksimum səviyyədə artıracağını və ixtisası üzrə əsas baza məlumatlarına yiyələnəcəyini çox yaxşı bilir.

Həm universitet və həm də CELT haqqında Cavidanın təəssüratları belədir:

“ Macarıstanı daha çox gəzməyə hələki tam füsətim olmasa da, şəhər haqqında onu deyə bilərəm ki, şəhər çox gözəl və sakit şəhərdir. İnsanları çox mehriban və yardımsevərdirlər. Universitetin özü isə böyüklüyü və əzəməti ilə göz oxşayır. Universitetin içində əsas bina ilə yanaşı ayrıca tibb və kilsə binası kimi digər binalar da var. Burada mən universitet qeydiyyatı ilə bağlı mərhələni artıq tamamladım. Həmçinin dərs cədvəlimi də artıq götürmüşəm və miqrasiya üçün lazımi prosedurlara başlamışam. Görünüşə görə bütün işlərim qaydasındadır. Geriyə qalır sadəcə oxumaq. Lakin bura gəlməyimdə mənə ailəmdən sonra ən çox dəstək və köməyi göstərən CELT Colleges Nərimanov ailəsinə təşəkkür etmədən keçə bilmərəm. Bu ailəyə ilk daxil olduğum zamanı yaxşı xatırlayıram. İngilis dilimi inkişaf etdirməkdə həvəsli idim. Çünki bunun gələcəyim üçün daşıdığı önəmi yaxşı başa düşürdüm. Daha sonra başlamışkən ali təhsilimi də xaricdə almaqla gələcəyim üçün mühüm bir addım atmaq qərarına gəldim. Bu qərarımda ailəm də mənə çox böyük dəstək oldular. Lakin bu işin içində olmadığımız üçün işimizi peşəkarlara həvalə etməyi qərara aldıq. Bu sahədə əsl peşəkarlar isə mənim CELT Nərimanov ailəm idi. Xaricdə təhsil heyətinin köməyi ilə bütün lazımi mərhələləri tamamladıq. Qəbul prosesinin hər bir anında yanımda olduqlarına görə onlara çox təşəkkür edirəm. Birgə əziyyətimiz bəhrəsini verdi. Və mən artıq tələbəyəm!

Təşəkkürlər, Mənim CELT Nərimanov Ailəm!!!”

CELT Nərimanov

xanim@celt.az

+99450 210 91 54

4 thoughts on “Təşəkkürlər, Mənim CELT Nərimanov Ailəm!!!”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir