Salam mən, Həsən Əliyev (Exam Manager). bugünkü məqaləmdə bir çox ingilis dili müəllimlərinin və gələcəkdə müəllim olaraq işləmək istəyənlər üçün vacib olan imtahanlardan biri olan TEFL imtahanı haqqında yazacam. Həmçinin TEFL sertifikatı sizin xarici ölkələrdə işləməyiniz üçün ən əlverişli imkandır. İndi isə qısada olsa TEFL haqqında məlumat verim.

TEFL Teaching English as a Foreign Language deməkdir. Ana dili İngiliscə olmayanlara İngiliscə öyrədə bilmə bacarığını sübut edən bir sertifikatdır. Siz TEFL sertifikatına sahib bir müəllimsinizsə tək Azərbaycanda deyil dünyanın istənilən ölkəsində İngilis dili müəllimi kimi işləmək hüququnuz vardır. Bu vaxta qədər 120.000 nəfərə verilmiş bu sertifikat sahibləri dünyanın müxtəlif ölkələrində müəllim olaraq işləyirlər.

İndi isə praktiki TEFL haqqında məlumat verim. TEFL Practice American Language School tərəfindən həyata keçirilən kursdur və bu kursda ingiliscə öyrətmə qabiliyyəti haqqında bilik və bacarıqlar öyrədilir. Bu kursun müddəti dəyişə bilər lakin kursun sonuna qədər müəllimə lazım olan əsas bilikləri öyrədilir. TEFL Practice kursu müəllimin bir dərsi necə planlaması, tələbəni necə motivasiya etməsi və dil biliyi, oxuma, yazma, dinləmə, danışıq kimi vərdişlərin tələbəyə necə öyrədilməsi haqqında biliklərdən ibarətdir.

TEFL Practice kursu həftədə 5 dəfə, hər dərsi 2 saat olmaqla tədris edilən 3 aylıq proqramdır və kursun sonunda imtahan verməklə sertifikatınızı alıb dünyanın istənilən ölkəsində müəllim kimi işləmək imkanı əldə edəcəksiniz. CELT Colleges 2008-ci ildən TEFL imtahanının Azərbaycanda rəsmi hazırlıq mərkəzidir və bugünə kimi yüzlərlə müəllim bu sertifikata sahib olaraq Azərbaycanda uğurla müəllim kimi fəaliyyət göstərir.

Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm inanıramki bu və bundan sonraki məqalələrdə də digər imtahanlar haqqında məlumat verməyə çalışacam.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla