TOEFL və IELTS eynilik və fərqlilikləri

Hər iki imtahan öyrənənlərin İngilis dili biliyini yoxlamaq üçün keçirdilir. Amma demək olmaz ki bunlar sadəcə dil biliyini yoxlayan bir imtahanlardır. Çünki burada imtahan verənlərin səriştəliliyi də mühüm rol oynayır. Məhz elə buna görə də imtahana hazırlaşarkən xüsusi ipuclarını bilmək vacibdir. TOEFL Amerika, IELTS isə İngiltərə bazalı imtahandır. Keçən əsrin 60-cı illərində Amerikalı olmayan tələbələr də Amerikada təhsil ala bilsinlər deyə TOEFL imtahan komissiyası yaradıldı. Bu gün artıq dünyanın hər yerində həm TOEFL, həm IELTS imtahanlarını asanlıqla vermək olur. Hər iki imtahan univerisitet qəbulu üçün tələb edilən rəsmi imtahandır. Əksər hallarda ikisindən biri ilə qəbul həyata keçirildiyi halda bəzi universitetlər hər iki imtahanı birdən tələb edirlər. Bəzən isə qəbulu başqa bir imtahanla aldığınız halda sırf dil biliyinizi təsdiqləmək üçün bu sertifikatlardan birinə ehtiyac olur. Məsələn, bakalavr pilləsi üçün əksər Türkiyə universitetlərinə SAT imtahanı ilə qəbul olduğunuz halda təhsilinizi birbaşa bakalavr pilləsindən başlamaq üçün TOEFL imtahanı da verməlisiniz. TOEFL 100, IELTS isə 120-dən artıq ölkədə keçərlidir və hər iki imtahan nəticəsi 2 il müddətində etibarlıdır.

Tədris materialı baxımından bənzər materiallar keçirilsə də, imtahanı vermə metodları bir qədər fərqlidir. Belə ki IELTS imtahanını siz yalnız imtahan mərkəzlərində (əksər hallarda bu Britaniya səfirlikləri olur) verə bilirsiniz. TOEFL imtahanından isə internet vasitəsilə keçirsiniz. Amma internetə çıxışı olmayan ölkələrdə imtahanı kağız üzərində də vermək mümkündür. Bundan əlavə imtahan nəticələri də fərqli bal sistemi ilə göstərilir. IELTS imtahanı 9 ballıq sistemlə, TOEFL imtahanı isə 120 ballıq sistemlə dəyərləndirilir. İmtahan müddəti baxımından da fərqliliklər özünü göstərir. TOEFL imtahanı 4, IELTS imtahanı isə 3 saatdan daha az davam edir.

Hər iki imtahanda yazı, oxu, danışıq və dinləmə qabiliyyətləri yoxlanılır. Dinləmə hissəsinin materialları təxminən eyni olsa da, danışıq hissəsi üçün IELTS-də 10 dəqiqə ayrılır, TOEFL-da isə imtahan verənlərə 6 sual təqdim edilir. Yazı və oxu hissəsi isə adi və ya akademik olmaqla fərqlənir. Məhz elə bu faktor da verilən imtahanın akademik və ya adi olmasını müəyyən edir.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next