Azərbaycanlı tələbələrin ali təhsil üçün ən çox üstünlük verdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə demək olar ki, bütün ixtisaslarda həm bakalavr, həm magistratura və həm də doktorantura pillələrində keyfiyyətli ali təhsil təklif edir. Ölkədə təxminən 650.000 xarici tələbə var. Təhsil haqqında və yaşam xərclərində münasib qiymətlər büdcəsini düşünən tələbələr üçün uyğundur.

Bakalavr təhsili 4, magistratura təhsili isə 2 illikdir. Burada həm türk və həm də ingilis dillərində ali təhsil almaq mümkündür.

                                                     Təhsil xərcləri

Təhsil haqqı: universitet və ixtisasdan asılı olaraq dövlət universitetlərində illik 3.000-46.000 türk lirəsi, özəl universitetlərdə isə 7.000-29.000 dollar arasında dəyişir.

                                                   Bəzi universitetlər

Koç universiteti–  İstanbulda, şəhər mərkəzindən kənarda yerləşən bu özəl universitet dünyannın reytinqli universitetləri arasında 451-ci yerdədir. Türkiyənin ən böyük kitabxanasına sahib olan universitetdə axtarılan kitabı tapmamaq haradasa mümkünsüzdür.

Sabancı universiteti– Dünya reytinqində 521-530-cu sıralarda qərarlaşıb, özəl universitetdir. İstanbulda şəhər kənarında böyük, sakit və müasir kampüsü var. Universitetin tələbələri üçün yaratdığı ən yaxşı imkanlardan biri onların oxuduqları müddətdə bir çox nüfuzlu şirkətdə təcrübə keçmələridir.   

ODTÜ universiteti– Ankara və Kiprdə olmaqla iki kampüsə malik olan dövlət universiteti dünya reytinqlərində 591-600-cü sıralarda qərarlaşır. 2014-2015-ci illərdə isə THE qurumunun tərtib etdiyi araşdırmaya əsasən dünyanın ən yaxşı 100 universiteti arasına girmiş ilk və tək türk universiteti kimi tarixə düşmüşdür.

İstanbul Teknik Universiteti– Universitet adından da göründüyü kimi İstanbulda yerləşir. Dünya reytinqlərində adı 651-700-cü sıralarda çəkilir. Texniki sahədə Türkiyənin ən yaxşı ali təhsil verən dövlət universitetləri arasındadır.

Boğaziçi universiteti– Universitet İstanbulda yerləşir. Dövlət universitetidir. Reytinq siyahısında 651-700-cü sıralarda qərarlaşıb. Həm texniki, həm də humanitar sahələrdə ixtisaslar təklif edir.

Hacettepe universiteti– Universitet paytaxt Ankarada yerləşir. Reytinq siyahısında isə 801-1000-ci pillələrdə qərarlaşır. Tibb, ədəbiyyat, reabilitasiya, hüquq, iqtisadiyyat, menecment, idman kimi müxtəlif sahələrdə təhsil təklif edir.

Xanım Xəlilova                                                                                                       

CELT Nərimanov

xanim@celt.az

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla