Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.

Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili ala bilərsiz.

Dövlət universitetlərində necə təhsil ala bilərəm?

Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur.

Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın. Türkiyədə dövlət universitetlərində voxumaq üçün baçlıca şərt təhsil almaq istədiyinizx ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün demək olar bir çox universitetlər ALES imtahan tələb edir. Bundan əlavə ortalama balınız, ixtisasın eyni olması şərtdir. Ayrıca bəzi universitetlər müsahibəyə çağıra bilər.

Tezsiz proqramlar üçün ALES şərti yoxdur. Əgər ixtisası dəyişmisinizsə, sizə əlavə olaraq müsahibəyə mütləq çağracaqlar və sizə seçdiyiniz ixtisasla bağlı sual verəcəklər. Tezsiz proqramlara qəbul olmaq daha rahatdır, nəinki tezli proqramlara.

Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan  öncədən də verə bilərsiz və ya universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.

Əgər ingiliscə proqram seçsəniz sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.

Təhsil haqqı nə qədərdir?

Dğvlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.

Özəl universitetlərdə magistr təhsili

Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. görə özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq əzl universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır

Qəbul üçün nə etməliyəm?

Türkiyə universitetlərinə yüzlərlə gənci qəbul içini görən CELT Colleges, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz

CELT Colleges İçərişəhər

İstiqlaliyyət küçəsi 59

Fərid Kərimov

Türkiyədə təhsil üzrə koordinator

012 492 68 53,  050 503 59 39

turkiye@celt.az

312 Comments

  1. Salam. Iqtisad unisini bitirmisem 2017ci ilde bakalavri. Biznesin idare edilmesi ixtisasini.Ortalamam 88dir.oz ixtisasima uygun
    Turkiyenin hansi dovlet universitlerinde magistr oxuya bilerem?Ales mutleq lazimdir? Zehmet olmasa cavablandirardiniz.

    • Salam,

      ALES gərəkli deyil. Sadəcə türk imtahanı verib gedə bilirsiz. Fevral semestro üçün gedə bilərsiz. Müraciət və ətraflı məlumat üçün 050 503 59 39

  2. Salam. Mən BDU Ekologiya ixtisası üzrə bakalavr təhsili alıram. Türkiyənin Hacettepe universitetində Çevre mühendisliyi (environmental engineering) ixtisası üzrə təhsil ala bilərəmmi? Və buna ALES imtahanı lazımdırmı?? Ortalamam 87 dir

    • Salam,

      Ekologiyadan Çevre mühəndisliyinə çətin ki qəbul edələr. Amma yenə də keçirilən dərslərə baxlb qərar verir universitet. ALES tezli ixtisas üçün HAcettepe isteyir, Tezsiz üçün istəmir

  3. salam.men Lenkaran Dovlet Universitetinde tarix cografiya muellimliyinde tehsil aliram(bakalavr).tehsilimi turkiyede magist uzre davam etdire bilerem.yuksek balla daxil olmusam.dovlet sifarisliyem.turkiyede odenisizi tehsil almaq isteyirem

  4. Salam, mən Filologiya (İngilis dili ve ədəbiyyatı) fakültəsini bitirmişəm. Türkiyədə Turizm sahəsi üzrə magistr oxumaq istəyirəm. Mümkündür?

  5. Salam. Bakida ingilis dili muellimliyi fakultesini bitirib turkiyede turk dili ve edebiyyatindan magistr tehsili almaq olar? Olarsa hansi universitetlerde zehmet olmasa cavablandirardiniz. Tesekkurler.

    • Bəli. Bəziləri ALES istəyir ama başkaları qəbule dir. GPA yaxşı olmalıdır. ofisimizə yaxınlaşın.

    • Türkiyədə demək olar ki bütün özəllər qanunidir. Və qanuniləri tanıyır. özəllərə ales lazım deyil.

  6. Salam.Men hal-hazirda ibtidai sinif muellimiyem (rus bolmesinde)Men maqistraturani Turkiyede oxumaq isteyerdim.Hansi Uni mene uygundur?Qiyabi olan universitetler hansilardir?

  7. Salam. Mən BDU hüquq fakültəsində oxuyuram. Türkiyənin hansı universitetini məsləhət görərdiniz? Və ödənişsiz mümkündür mü?

  8. Salam Men iqtisad Universitetin de Dizayn uzre oxuyuram. MAGİSTRU Turkiyede oxuya bilerem? Oz sahem uzre istemirem. BU MUMKUNDUR?

  9. Salam,mən hal-hazırda Bakı Dövlət Universitetinin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alıram.Bilmək istəyirəm ki,bu ixtisası bitirib Türkiyədə adli psikoloji üzrə magistr təhsili ala bilərəm?🧡

  10. Salam men incesenet universitetinde tehsil aliram turkiyede guzel sanatlar teatroda tehsil haqqi ne qederdi bilmek isdeyirem ortalama balim 87 di burs ala bilerem/??

  11. Salam. Mən dil-ədəbiyyat fakültəsində oxuyuram, magistraturamı tezli olaraq davam etdirmək istəyirəm. İstanbul və ya Ankarada dövlət universitetlərində təqaüdlə təhsil ala bilərəm mi?(ALES, TOEFL, GPA yaxşı olsa) Bir də TOEFL və GMAT imtahanlarının fərqi nədi? Bəzi unilər qəbul şərtlərində GMAT və ya GRE şərti qoyublar. (Misal İstanbul Universiteti)

    • Salam. Türkiyə burlasına müraciət edə bilərsiniz. Almaq sizə bağlı. Mulakat edirlər. TOEFL və ya IELTS dil imtahanıdır. Yəni ingilizcə oxusanız bunlardan biri lazım. IELTS türkiyədə keçmir. ALES, GRE, GMAT giriş imtahanıdır. Magistra qəbul üçün bunlardan biri lazımdır. GMAT daha çox biznes GRE qalanları. ALES hamısına keçir. Bunların dil ilə əlaqəsi yoxdur.

  12. Salam,mən “mühasibat uçotu və audit”ixtisası üzrə təhsil alıram,Türkiyənin Bahçeşehir üniversitetində magistratura təhsili almaq fikrim var,xahiş etsəm deyə bilərmisinizki hansı qəbul proqramı tələb olunur?və həmçinin qəbul şərtlərini sizin BAU üniversitetinə aid səhifənizdə oxudum,bilmək ulistiyərdimki orada həm yaşayış həmdə təhsil haqqı illik yeni bir ilin təhsil haqqı nə qədərdir?Birdə zəhmət olmasa ALES imtahanı üçün hansı fənnlərdən imtahan vermək lazimdı?Cavablandırsaz sevinərəm, təşəkkür

    • Salam. Qəbul üçün dil sertifikatı və bakalavr diplomu yetərlidir. Qalanını biz həll edirik. Təhsil haqqı gələn bu ilkindən çox fərqli olmur ama onu indi bizdə bilə bilmərik. Nazirlik sonra qərar verəcək. Qəbul və sənədlər üçün Fərid m zəng ediniz (012 492 6853) Bakalavr GPA görə endirim də olur.

  13. ADPU nda tehsilde sosial psixoloji xidmet ixtisasinda oxuyuram,magistraturani Türkiye’nin İstanbul şehrinde oxumaq isteyirem hansi üniversiteti meslehet görerdiniz,ortalamam ne qeder olmalidir?qeyd edimki ixtisasim psixologiya ixtisasinda yaxindir,Magistraturani İstanbul’da kliniki psixologiya üzre oxuya bileremmi?

  14. Mən bakalavr olaraq Ekologiya fakultəsini bitirmişəm. Yüksek lisans olaraq tezsiz İnsan Kaynakları Yönetimi ixtisasını seçə bilərəm mi? Sənəd qəbulu nə zaman başlayır və İstanbul, İzmir kimi şəhərlərdə illik təhsil haqqları təxmini nə qədərdir?

  15. Salam mən 4-cü kursa keçirəm ortalama balım təxminən 70-75 arası olacaq. Əgər ales imtahan nəticəm yüksək olsa İzmir, Antalya, Ankara şəhərlərinin hansı dövlət universitetlərinin hansılarına tezli təhsil haqqı qazan bilərəm ? Yəni yalnız ales balı ilə rəqabətə girə biləcəyim universitetlər varmı ?

    • Salam. Master üçün onsuz yalnız ALES lazımdır. təbii qəbul olarsınız ama təqaüd yoxdur. ALES maks 100 vəd 95 alsanız bəlkə unilər təqaüd versin

  16. Salam.Men NDU-Tibb fakültəsində oxuyuram.;Bitirdikden sonra Molekukyar Biologiya və Genetika üzrə Hacettepede və yaxud KTU də magistr tehsili almaq isteyirem.Tomer proqrami ilə amma.Hansi imtahanlar tələb olunur və illik ödəniş nə qədərdir? stpendiya almaq mümkündürmü?

  17. Salam.Men Baki Dovlet universiteti biologiya ixtisasi(muellimlik deyil) uzre rus bolmesini bitirmiwem ve turkiyede ixtisasim uzre magistr devam etdirmek isteyirem(turk dilinde).Zehmet olmasa deyerdiz hansi imtahannlari vermeliyem ve nece qebul ola bilerem?

  18. Salam. Mən artıq ADİU 4cü kurs tələbəsiyəm. İxtisasım İqtisadiyyatdır. İnglis dilində magistr təhsili almaq istəyirəm tezsiz proqramla(öz ixtisasım üzrə). Bunun üçün mənə ielts dərəcəsi lazımdır mı? Türkiyə universitetlərinə sənəd qəbulu nə zaman başlayır?

  19. salam men Iqtisad universiteti Qida Mehsullari Muhendisliyi ixtisasini bitirmisem ama ortlama bal 64dur ve hal hazirda Mingecevir Turizm Kollecide Muhasibat ucotu ixtisasi uzre oxuyuram magistrda basqa ixtissas sece bileremmi

  20. Salam,ortalama bal 65+ 3 kurs. izmir ege(və ya hər hansı unisi) unverstetinə qəbul olmag üçün nələr etməliyəm,nə lazımdır? ortalama balnan qəbul mümkündür mü və nə qədər olmalıdır ? Qəbul tarixi nə vaxt başlayır və bitir? öncədən təşəkkürlər..

  21. Salam. Tezli ve tezsiz proqram haqqinda melumat vererdizde men Psixologiya uzre tehsil aliram Haccettepe ve ya Qazi universiteti ucun hansi imtahanlari vermeliyem? Ve tezli tezsiz burda ne kimi rol oynayir

    • Tezsiz daha çox ödənişli daha rahat qəbul yəni ALES olmadan. Tezli daha çətindir və ALES istəyir

  22. Salam. Men Deniz akademiyasinda oxuyuram 3 kursu bitirdim (gemiqayirma gemi temiri). Ortalama 90+ Turkiyede magisrt hansi universitete gəbul ola bilerem.

  23. Salam, mən BDU kompüter elmləri ixtisasında təhsil alıram. 3 cü kursu bitirirəm. Türkiyədə magistr üzrə dövlət universitetlərində öz ixtisasıma uyğun təhsil ala bilərəm? Və ya yqxın ixtisas olaraq hansındasa?

  24. Salam. Mən BDU – Jurnalistika fakultəsində bakalavr təhsili alıram.
    Təhsilimi bitirdikdən sonra Türkiyədə dövlət universitetlərində sinema tv, oyunculuk üzrə magistr təhsili ala bilərəmmi?

  25. Salam .Azərbaycan Dövlət Iqtisad Universiteti ,iqtisadiyyat fakultəsi,Ekologiya ixtisası.3kurs.Ortalama 86+.Türkiyədə magistr üçün hansı ixtisaslarda təhsil ala bilərəm,hansı universitetlərdə və əlavə imtahan verməliyyəmmi

  26. Salam. Mən Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alıram. Ortalama balım universitet bitdikdə 60+ olacaq böyük ehtimalla. İxtisasımı Mühasibat uçotu və audit olaraq dəyişib, magistr təhsilimi İstanbul-un dövlət universitetlərinin birində almaq istəyirəm. Bunun üçün nə etməliyəm və pulsuz təhsil imkanım varmı?

  27. Salam men2 ci kursam kimya muhendisliyi oxuyuram.Turkiyede kimya muhendisliyi magistr tehsili almaq ucun ne etmeliyem ve hansi universitetler uyqundur illiyi ne qeder olacaq?

  28. Salam Mən ADİU – Türk Dünyası İşlətmə Fakülətisini bitirmişəm.İkili diplom var .(Bir İqtisad universitetinin.Digəri isə Türk Dünyası Araştırmaları Vakfnın diplomudu) ortalama bal 69 du. Türkiyədə magistr təhsili ala bilərəmmi və hansı prosedürlar mövcuddur.

  29. Salam hal hazırda sdu 3 kursda kompyuter mühəndisliyi oxuyuram ortalama bal 50+ türkiyədə hansı uni də magistr təhsili ala bilərəm odənişli vəya ödənişsiz ödənişi nə qədər olacaq çox sağolun

  30. Salam türkiyədə tibbi təhsil almaq üçün hansi imtahana hazırlaşmaq lazımdır yös, sat hansı uniləri məsləhət görürsüz burslu oxumaq mümkündürmü, max nə qədər bal yığmalıyıq hal hazırda 10 sinifəm əvvəlcədən təşəkkür edirəm

  31. Salam, men rus dili ve edebiyyat ixtisasinda oxuyuram, ortalama bal 90+
    Men Turkiyede magistr tehsilini ala bilerem? Ve ne uzre ala bilerem?

  32. Salam. Mən BDU da fizika müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıram. Ortalamam 60+ du. Mən İstanbul universitetlərindən hansındasa ixtisasım üzrə və yaxın ixtisas üzrə magistr təhsili ala bilərəmmi? Ödəniş nə qədər ola bilər? Və hansı imtahanlar tələb olunur?

  33. Salam, mənim ixtisasım ingilis dili müəllimliyidir, ortalamam 80+ dur. Beynəlxalq əlaqələr üzrə magistr təhsili ala bilərəm?

    • Salam. Bəli. Mümkündür. Ama TOEFL olmalıdır burda ingiliz dilində oxumaq istəsəniz və ya hazırlıq

  34. Salam turizm otelçilik 3 kursam 85 ortalamam türkiyədə turizm üzrə magistr oxumaq üçün hansısa imhatan lazımdırmı? ödəniş nə qədərdir minumum? Yaxud təqüd proqramı mümkündür?

    • salam. Özəllərə xeyir amd dövlət üçün ALES və ya GRE lazımdır. Burs yoxdur

  35. Salam mən hal hazırda ibtidai sinif müəllimliyi üzrə təhsil alıram,bu il magistri Türkiyədə davam etdirə bileremmi yoxda gecikmişəm?

  36. Salam men ingilisdili filologiya fakultesini bitirmisem. Turkiyede magistr oxumaqcun imtahan vermeliyem? Sadece diplomla mumkundurmu

  37. Salam. Mən Türkiyədə ElektroEnergetika və ya bu sahəyə yaxın bir ixtisas üzrə Magistr təhsili almaq istəyirəm. Suallarım odur ki, Magistr təhsilinin müddəti nə qədərdi? 1 illik magistr tehsili muddeti varmı? Türkiyədə aylıq olaraq yaşam pulu təxmini nə qədər olar?

  38. Salam.Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və Televiziya fakültəsində təhsil alıram.Türkiyədə Radio,Cinema TV üzrə magistr təhsili ala bilərəmmi?

  39. Salam. Mən Gəncə Regional Kollecində Rəsmxətt müəlliməliyi ixtisasında oxuyuram . İndiki ortalama balım 80 və üzəridi . Mənim öyrənmək istədiyim odur ki , bu ixtisasımı bitirdikdən sonra Türkiyə’də hər hansı bir dövlət Universitetində bu ixtisas üzrə ya da Dizayn və ya Memarlıq üzrə təhsil almağım mümkündür ? və hansı imtahanları verməliyəm ?

  40. Salam Türkiyənin İstanbul Texniki Universitetində magistr oxumaq üçün nə etməliyik.Həm ingilis həmdə türk dili üzrə təhsil almağın tələblərin yazsanız yaxşı olar 🙂.İndidən təşəkkürlər

  41. Salam. Men BDU-da cografiya muellimliyi uzre tehsil aliram. Turkiyede BIM ve ya iqtisadiyyat ile bagli sahede magistr tehsili ala bilerem ? Ortalamam 80+.

  42. Salam mən Gömrük Akademyasında 4cü kurs iqtisadiyyat ixtisası üzrə oxuyuram ortalamam 76dır. Türkiyədə magistr üçün hansı ixtisaslarda təhsil ala bilərəm,təhsil haqqı nə qədərdir, əlavə imtahan verməliyəm mi?

  43. Salam. Men idman akademiyasinin 4-cu kurs telebesiyem. Ortalamam 81 dir. Turkiyede magistr tehsili almaq isteyirem. Hansi imtahanlara girmeliyem? Bu il ucun daxil ola bilerem magistre? yoxsa gecikmisem? Cox sagolun

    • Salam. Dövlətlərə qəbul üçün ALES lazımdır. Özəllərə qəbul üçün bakalavr diplomunuz yetər. Ətraflı 050 503 5939

  44. Salam. Men Bakıda Türk Dünyası İşletme fakultesini oxuyuram. Ortalamam 60dı. Türkiyede magistr tehsili ala bilərəm? tehsil haqqı ucuz olsun amma. Ala bilərəmsə mənə nələr lazımdı?

  45. Salam.Men BDU-da Cografiya uzre oxuyuram, muellimlik deyil. Ortalamam 70+
    Turkiyede dovlet unilerinde oxumaq sansim var yoxsa ortalama qalxmalidir?
    illiyi neqederdir?

  46. Salam men BDU psixologiya ixtisasinda tehsil aliram ortalamam 96dır Turkiyede magistr oxumaq ucun elave imtahana ehtiyacim olacaq?

  47. Salam men gurcustan vetendasiyam ve tbilisi devlet unisini bitirmisem. ortalama balim 60-70 arasidir. turkiyede magistr oxumaq isteyirem turizm uzre hem de ingilis dilinde. akdeniz unisinde. hal bele olduqda ne etmeliyem? hardan ve nece baslamaliyam? bele halda oxuma imkanim varmi? zehmet olmasa etrafli melumat verin

  48. Salam mən ADPU’da Tarix müəllimliyin oxuyuram ortalamam 70+’du Universiteti bitirdikdən sonra İstanbul Universitetində Tarih-Türkiyə Cümhuriyyəti tarixi üzrə magistr oxumaq isdiyirəm bunun üçün TYS’dən başqa hansı imtahanları verməliyəm ?

  49. Salam Türkiyədə magistr təhsili almaq istiyirəm bunun üçün nə etməliyəm? Minumum təhsil haqqı nə qədərdi? Sizdəm xaiş edirəm mənə hamısını başa salin

  50. Salam.Mənim bakalavr ortalamam 85+ dir bu zaman Ankara universitetində ödənişsiz təhsil ala bilərəmmi və nədən imtahan verməliyəm?
    Qeyd edim ki ixtisasım filologiyadır

    • Salam icazənizlə bir söz soruşmaq istərdim.Hal-hazırda 3 cü kurs tələbəsiyəm və ixtisasım menecmentdir.Magistratura təhsilimi xaricdə davam etmək istəyirəm.Məsələn Türkiyə universitetlərinin birində(lakin bursla)Ortalamam hal-hazırda 88+dur il sonunadək artırmağı planlaşdırıram.Sizcə burs imkanı varmı və hansı imtahanlara hazırlaşmalıyam.zəhmət olmasa ətraflı məlumat verərdiniz.Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

    • Salam, Ortalamanızı bacardıqca qaldırın. OXuya bilərsiz bursla. Türkiyə burslarına müraciət etmək mümkündür. Amma universitetlərin öz təhsil haqları da çox aşağıdır. İllik 500 man. Ətraflı 050 503 59 39 nömrəsinə yaza bilərsiniz

  51. Salam.men tezli oxumaq isteyirem magistraturani Turkiyede doktoranturaya gore. bilmek isteyiremki tezli imtahan nece olur neye hazirlasmaliyam? Hansi senedler lazimdir? Ve nevaxtdir imtahan? 2009un mezunuyam.bizde 5-4 qiymetler yazilib diplomda.bal sistemiyle nece baldi bilmirem. Hemcinin dovlet universitetlerinde tehsil haqqi ne qederdir bilmek isterdim.neceden neceyedekdi?

    • Salam,

      Siz öncə universitetdən 100 ballıq siztem üzrə transkript almalısınız. Ortalamanız bəlli olduqdan sonra məsləhətləşmək olar. Normalda sadəcə Türk dili imtahanı verəcəksiz. Ətraflı məlumat üçün Türkiyədə təhsil üzrə mütəxəssisimizlə məsləhətləşə bilərsiz. 050 503 59 39

  52. Salam. Bes turk dili hazirlik kursunun muddeti ne qeder olur? Yəni, Turkiyede universitete baslamazdan evvel. Bide o kursun odenisi ayri olur yoxsa umumi tehsil haqqi ile birlikde olur.

  53. Salam,men bilmek isteyirdim ki ,tezli magistr oxumaq ucun hansi wertler qoyulub?ankarada universitetinde meselen…tehsilin idare olunmasi oxumaq istesem ne etmeliyem?

  54. Salam. Eger burda tomer imtahanin vere bilmiyende Turkiyede magistr tehsiline basliyanda evvel turk dilinden hazirlik kecirler yoxsa ele universitetde hem oxuyursan hemde turk dilinden hazirlik kecirsen. Yəni, ikside eyni vaxtda olur?

  55. Salam. Birde sualim varki, texniki universiteti bitirdikden sonra Turkiyede beynelxalq huquq ixtisasi uzre magistraturaya vere bilermi.

  56. Salam. Men hal-hazirda BMU 4/5 Riyaziyyat m(EN) tehsil aliram gelen il mezun olacam. Turkiyede magistr tehsili almaq isteyirem,ancaq Muhasibat ucotu oxumaq isteyirem bu mumkundu? Eger mumkunse hansi shertler vardi? Ortalama indi 75.33du yeqin mezun olana qeder 80olar

  57. Salam mən Ankarada maqistr oxumaq istəyirəm Tezli proqramda. Təhsil haqqı nə qədərdi, gəbul haqqında məlumat verdiz? və indi gəbul varmı

    • Salam, qəbul martda başlayır, sentyabrda dərslər. Təhsil haqqı 2000 tl keçmir. Qəbul universitetlərə görə dəyişir. Zəhmət olmasa bu nömrə ilə əlaqə saxlayın. 050 503 59 39

  58. Salam men psixoloq ixtisasi uzre magistr tehsili almisam Turkiyede yeniden psixologiya ixtisasinin ferqli sahesi uzre tehsil ala bileremmi dovlet universitetlerinde odenis ne qeder olur

  59. Salam Kimya mühendisliği ixtisası uzre Almanya ve ya Turkıye unıversıtetlerınde magıstr tehsılı almaq mumkundu ?bakalavr ortalama 70+ ödenişli tehsıl?ödeniş ne qederdı prestijli unıversıtetlerde

  60. Salam. Ekologiya ixtisasi uzre oxuyuram. Turkiyede magistr oxumaq ucun hansi fenlerden imtahan vermeliyem? Mentiq info ve dil? Ya basqa fenler?

  61. Salam. Türkiyədə imtahan vermədən magistr təhsili ala bilərəmmi? İmtahan verəcəyəmsə bu hansılardır və nə zaman keçirilir? Öncədən təşəkkürlər.

    • Salam. yaxın ixtisaslara bəli. Əlavə məlumat üçün İçəri Şəhər ofisimizə zəng edin.

    • Salam. Men BDUni filologiya( Azerbaycan dili ve edebiyyati) fakultesini bitirmisem. Turkiyede qiyabi magist tehsili ala bileremmi? Oz ixtisasima yaxin sahelerde ve mumkundurse hansi universitetlerde olar? Bakalavr ortalamam 87dir. Bununla magist tehsili almaq sansim olsa burs ala bileremmi?

  62. Salam. Men Turkıyede teqaudle Magstr tehsılı ala bılerem? Hal hazırda rıyazıyyat uzre tehsıl alıram. Ve Turkıyede bu ıxtısas uzre hansı unıverstetde ıngılısce tehsıl ala bılerem?

  63. Salam.
    Men 2009 da Odlar Yurdu universitetinin huquq fakultesini bitirmisem. Turkiyede magistr tehsili almaq isteyirem Huquq yada ona yaxin bir sahede. Bu Mumkundur?
    Bunun ucun me etmeliyem?
    saq olun.

  64. Ortalama 65 falan oldugda Dövlət universitetinə qəbul olmaq şansım var ? Əyər ozele qəbul olsam illiyi nə qədər olur ?

  65. Salam,.men ingilis dili edebiyyat ixtsasin bitirmsem ama magistri turkiyede ferqli sahe istrem TYS bali ve diplom ortalamasiyla mumkundur? diplom ortalamam 72 dir

  66. Salam, öncədən Təşəkkür edirəm. Mən adpu-biologiya məzunuyam, transkript-69; tömer-c1. Yalnız ankara universitetlərində magistr təhsili almağım mümkündürmü?

  67. Salam. Bu diplom tanınmama Azərbaycanda mümkündürmü yaxın dövrlər üçün. Misal İstanbul Ankara izmir və digər böyük şəhərlərin tanınmış ünilərinin diplomları tanınmıya bilər?

  68. Salam. Bir sual soruşum . Bu diplom tanımama yəni Azərbaycanda tanınmama halları necə baş verir. Misal Deu, Ege, Anadolu İstabul və digər tanınmış ünilər in diplomu burda tanınmıya bilər?

  69. Salam. Akdeniz üniversitesində magistr təhsili üçün Ales tələb olunur. Lakin Ales balı olmadan ixtisasım üzrə orada təhsil ala bilərəm?

  70. Salam. Hazirda menim ortalamam 68-dir ama bu ili bitirene kimi 75-e qalxma ehtimali var. Bu ortalama ile Turkiyede MBA uzre magistr oxuya bilerem dovlet universitetinde?

  71. Salam ortalama balim 79 dur insaat materiallari muhendisliyi Azerbaycan memarliq ve insaat universiteti.Oz ixtisasim uzre magist tehsili almaq isteyirem tehsil haqqi ne qederdir weher ferqi yoxdur

  72. salam, psixologiya ixtisasi uzre magistr oxumaq istəyirəm türkiyədə dövlət universitetlərində.bunun üçün ALES lazımdırmı bizə? yoxsa TÖMER birdə ortalama (GPA)yetərlidirmi? texmini ne qederdir qiymetler

    • Salam, Əgər klinik psixologiya oxuyacaqsınızsa, dövlət universitetləri mümkün olmur. Ümumi psixologiya üzrə mümkün ola bilər. Ortalama yüksək olarsa, yetərlidir

  73. Salam, mən qiyabi təhsil ilə bağlı məlumat almaq istəyərəm.Oz ixtisasım psixologiya’dir ama fərqli ixtisas üzrə master oxumaq istəyərəm. Istanbulda yerləşən ünilere üstünlük verirəm. Şərtlər nələrdir? Zəhmət olmasa məlumat verərdiz) təşəkkürlər

  74. salam bağışlayın narahat edirem.. sadəcə sual maraqlidi deye soruşmaq isdedim özüm 3cu kursam. men Topaqşünanslıq ve Aqrokimya ixtisası üzrə təhsil alıram yəni kənd təsərrüfatı üzrə amma inşAllah universitet sonrası Türkiyədə magistr oxumaq isteyirem..sualım o idiki men bu oxuduqum ixtisas deyilde tamam zidd ixtisas dizayn üzrə türkiyədə təhsil ala bilərəmmi?? təbiiki əgər qəbul ola bilsem yəni alınarmı ele bir şey???

  75. Salam. Mən Gəncə şəhərində təhsil alıram. 4cü kurs İTS mühəndisliyi. Magistratura təhsilimi Türkiyə’də İTÜ’də almaq istəyirəm. ALES’dən imtahan verməklə bağlı xəbərim yox idi. Araştırdım Tezli oxumaq üçün bu imtahana ehtiyac var. Bu imtahanı Gəncə şəhərində vermək olar mı? Qeydiyyat barədə də məlumat almaq istərdim.

    • Salam, Bəli gərəklidir tezli üçün. Bu imtahan Azərbaycanda olmur, gərək Türkiyədə verəsiniz. Amma öncə hazırlaşmalısınız, sonra imtahana qeydiyyat edə bilərsiz. Ətraflı məmulat üçün 050 503 59 39

  76. Salam. AKDENIZ universitetinde Turizm otelcilik yalniz ingiliscedir? ALES teleb edir? 70+ ortalama ile qebul olmaq olar? Birde illik ne qeder olur?

    • Salam, Türkcə olanı da var. Beynəlxalq turizm ingiliscədir. ALES gərəkli deyil. Ortalamanız yüksək olmalıdır. Əgər bitirmisinizsə, qış semestri üçün bu ortalama ilə mümkündür. İllik 2000 tl kimi

  77. Salam men magistr tehsilimi Istanbul universitetinde almaw isteyirem ixtisasim dunya iqtisadiyyatidi minimal illik qiymet ne qederdi bu sahe uzre birde hansi sertigikartlar teleb olunur burs nece qazana bilerem

  78. Salam. Türkiyədə təhsilin idarə edilməsi, təhsildə monitorinq, pedaqogika və bu kimi ixtisaslara qəbul almaq mümkündür mü? Türkiyədə təhsillə bağlı yazılmış yazılarda bu ixtisaslar qeyd olunmur. Və bilmək istəyirəm ki, tezsiz magistratura oxuyanda dotarantura oxumaq olmur, bu məhdudiyyət Türkiyəyə aiddir ya heç yerdə oxuya biləmərik?

  79. Salam Men Türkiyede magist tehsili almaq isteyirem.İqtisadiyyat üzre bu il inşallah bitirecem universiteti.Esasen Turizm,Logistika,Finans üzre tehsil almaq isteyirem(tezli).Ortalama 90+ olacaq inşallah.Dediyim ixtisaslar ucun ALES teleb etmeyen uniler hansilardir.Birde bursa düşmek imkani varmi bu ortalama ile ve ALES Burs. üçün vacibdirmi??

    • Salam, ortalamanızı yüksək tutun kifayətdir. ALES lazım deyil, burs olmur çünkü təhsil haqqı çox azdır. Ətraflı məlumat üçün bu nömrə ilə əlaqə saxlayın 050 503 59 39

  80. Salam. Mən DEU və ya Türkiyənin hər hansı bir ünidə oxumaq istiyirəmsə Nə etməliyəm. Mən 4cü kursa və.növbəti ili magistr üçün Türkiyədə oxumaq istəyirəm. Bunun üçün Ales və Gpa balı müəyyən qədər bəs edirmi?

  81. Salam.Tezli magistratura ucun ales olmadan.sadece dil imtahani ile hansi universitetlere gebul olmag olar.Bir nece universitet deyinde zehmet olmasa.Birde gpa ortalama negeder olmalidir.Sagolun

  82. Salam Bakıda moda dızayn oxumusam bakalavr Türkiyədə Mımar sınan unuversıtesı yüksək lısans moda tekstil tasarım ucun ne tələb olunur?

  83. Salam.men bakalavr oxuyuram DIA-da .ve turkiyede tezsiz proqramla uluslararasi ilişkiler oxumaq isteyirem.hansı universitetler mesleher görüler mene? Hemde illik ödenişlerini bilmek isterdim

  84. Aviasiya akademiyasin Mexanik uzre bitirecem bu il ortalama 85 den yuxaridi Turkiyede Magistr tehsili ucun Hansi dovlet Universitetleri meslehet gorersiniz ve neler lazimdir qebul ucun.

  85. Salam.Men bu il ADPU-nun Ibtidai sinif müellimliyi ixtisasini bitirmişem.Türkiyede magistr tehsilini ingilis dili tercümeçi kimi ala bilerem?Bunun üçün hansi imtahani vermeyim lazimdir?

  86. Salam dovlet universitetlerinde magistr ile maraqlaniram. GPA balim 69dur. Esasen turizm ve ya psixologiya uzre mumkundur tehsil almaq? Ve mumkundurse hansi shertler lazimdir .

  87. Salam bakalavri riyaziyyat muellimliyi uzre oxuyuram ve magistri bogazici universitetinde etmek isteyirem hemin universitetde magistr uzre menim ixtisasima gore hansi bolumler

  88. Salam, Bakı Dövlet Universitetinde kimya müellimliyini oxuyuram.magistr tehsilini türkiyenin boğaziçi universitetinde almag isdeyirem. Orada tehsil ingiliscedir bildiyim qederile. İxtisas olarag ise, kimya ile elageli bir bölümü seçmeyi düşünürem. Bunun üçün ora hansı imtahanlar gerekdir? Ve illik ödenişi ne qederdir?

  89. Salam . Izmir Dovlet konservatoriyasina ixtisasim uzre tezsiz magistr tehsili ala bilmek ucun hansi fennler ve elave ne uzre hazirlasmaq lazimdir ?

  90. Salam. İxtisas coğrafiya müellimliyi.4 ildir universiteti bitirmiwem. Muellime olaraq caliwiram İxtisası deyişmeden magistr tehsilini nece ala bilerem Turkiye universitetlerinin her hansı birinde. Imtahan vermeliyemse hansı fenlerden? Turkiyeye getmeden Azerbaycanda imtahan vermek olurmu? Magistr pillesinde dövlet sifarişi ile (yeni odenişsiz tehsil) tehsil mümkünmüdür?

  91. Salam, men NDU nun eczaciliq ixtisasinda oxuyuram. Eczaciliq uzre magistr tehsilini Turkiyede almaq ucun hansi imtahanlar ve senedler teleb olunur?

  92. Hə birdə.bu SAT və Toerl imtahanlarlnl gedəcəyim üniversitetin özündə verə bilərəmmi. ? Yəni əgər toefl imtahanı verməsəm üniyə getsəm orda səviyyəmi yoxlamaq üçün mənə imtahan edəcəklər mi? Yoxsa əvvəlcədən hazırlaşıb imtahan verib üniyə sertifikatları və nəticələri verməliyəm. ?

    • Salam. SAT üçün xeyir. Çünki ya SAT almalısınız ya da YÖS. TOEFL imtahanı isə əvəz olunur. Yəni TOEFL yoxdursa orda yerli ingilis dili imtahanı verirsiniz keçsəniz dərsə keçməsəniz hazırlığa

  93. Birdə ingiliscə oxumaq üçün nə lazımdır. Məs:saytda yazmısınız ki ingiliscə üçün toefl imtahanı lazımdır. Ama biraz ətraflı axTardıqda sat imtahanda yazmışdınız. Ümumiyyətlə ingiliscə oxumaq üçün hansı imtahanlar olmalıdır

    • Türkiyə dövlət universitetlərində ingiliscə oxumaq üçün SAT+TOEFL tələb olunur. TOEFL olmazsa, 1 foundation oxuyursuz. Əsas qəbul üçün SAT gərəklidir

  94. Salam. İmtahanlar nə vaxt başlıyır. Mən 4cü kursa keçirəm NDU iqtisadiyyat oxuyuram. Və Magistr imtahanları haqda məlumatım azdır. Zəhmət olmazsa vaxtları və imtahanı verəcəyimizi məkanı yazın. Hörmətlə…

  95. salam. Turkiyede tehsil almaq isteyirem. bakalavr tehsilim var. Turkiyenin butun universitetlerine qebul ile bagli komeklik gostere bilirsiniz? men daha kicik seher universitetlerinde tehsil almaq isteyirem ve bu universitetlerin diplomu Azerbaycanda taninirmi? qiyabi tehsil mumkundurmu?

    • ALES sadəcə imtahandır. ALES hazırlaşıb qeydiyyat olub imtahanı veririsiniz. Bal topladıqdan sonra universitetə verirsiniz.

  96. Salam.Azərbaycan Dövlət Pedoqoji Universitetinin Biologiya müəllimliyi ixtisasını bitirən Tələbə Türkiyədə magistr təhsili aldığı zaman ixtisasını psixoloqluq üzrə davam etdirə bilərmi? Diplom Azərbaycanda tanınırmı? əgər mümkündürsə nələrə əməl etməliyəm? Zəhmət olmasa cavablayardız

    • Salam. Özəllərdə bəli. Dövlətlərdə xeyir. Dövlətlər üçün ALES lazımdır eyni zamanda.

    • Davam etdirmək yoxdur ama orda masteri sıfırdan başlayacaqsınız. Təbii ki Azərbaycanda tanınır.

  97. Bilik zeif olsa, el bacarığı olsa buraya girmek olur??
    Türkçeni bilirem sadece derinine qeder bilmirem buna görede kurslar var?? Xaiş edirem cavab yazn…

    • Salam. Buraya deyəndə haranı nəzərdə turursunuz? Həm də sahəyə görə çox şey dəyişir. Ofisimizlə əlaqə saxlasanız daha ətraflı məlumat ala bilərsiniz. Türk dilini bilməsəniz yəni imtahandan keçməsəniz orda hazırlıq keçirsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla