Bu bloq yazımızda Azərbaycanlı gəncləri ən çox maraqlandıran məsələlərdən biri olan ixtisas seçiminə köməklik etmək istərdik. Bunun üçün bloq yazımızda pilotçuluq təhsilini Türkiyədə necə almaq olar sualına cavab tapacaqsınız. İlk öncə qeyd edim ki, Türkiyədə pilotçuluq sahəsi olduqca az tapılan sahədir, bu tək Türkiyədə deyil dünyanın bütün ölkələrində universitetlərdə çətin tapılan sahədir. Azərbaycanda çox az sayda gənc pillot təhsili almaq üçün xaricə üz tutur amma reallıq olaraq onu dəyə bilərəm ki bu sahə dünyanın ən gəlirli sahələrindən biridir.

Türkiyədə pilotçuluq təhsili 5 illikdir və yalnızca təhsilin bakalavr pilləsi mövcuddur. Pilotçuluq ixtisası üzrə Türkiyədə təhsil verən 1 dövlət və 2 vakıf olmaqla cəmi 3 universitetdə mövcuddur. Bunlardan Anadolu Universiteti dövlət Okan və Özyeğin Universitetləri isə özəldir. Universitetlərin təhsil dili Anadoluda türkcə Okan və Özyeğində isə ingiliscədir. Qəbul üçün Anadolu Universiteti YÖS və ya SAT balı tələb edir. Okan və Özyeğin universitetlərində isə SAT və Toefl imtahanı ilə qəbul mümkündür. Pilotçuluq təhsilində 4 il adi nəzəri bakalavr təhsilini aldıqdan sonra 1 il yəni təhsil ilinin 5ci ilini stajdır bu staj universitetin müqaviləsi olduğu aviaşirkətdə həyata keçirilir. Məsən Özyeğin Universitetinin AYJET avia şirkəti ilə müqaviləsi olduğu üçün tələbələri AYJET – də staj keçir. Bu staj müddəti ödənişlidir və bir illik staj ödənişi təxminən 40 min dollar civarındadır. Bundan əlavə isə Pilotçuluq təhsilinin 4 il bakalavr hissəsi 8-13 min dollar təhsil haqqı ödəmək lazımdır.

Pilotçuluq elə bir sahədirki bitirən məzunlar ən qısa zamanda işlə təmin olunma imkanına malikdirlər hətta bir çox tələbələri universitetlərin özü bitirdikdən sonra işlə təmin edir.

Ətraflı məlumat üçün

012 492 68 53, (050) 503 59 39 Fərid müəllim

 

2 Comments

  1. Salam aleykum.TQDK balı ilə Türkiyədəki pilotluq ünilərinə qəbul olmaq mümkündür?
    Birdə ödəniş 5 il ərzində ümumilikdə 48-53 min arasıdır. Düz başa düşdüm?
    Və tibbi yoxlanış falan olmur ?

    • Salam. özyegin unidə var ama hamı ödənişlidir. Pulsuz pilotluq heç Türk vətəndaşı üçün də yoxdur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla