Türkiyənin reytinq siyahısına liderlik edən 7 universiteti

Bu gün azərbaycanlı tələbələrin xaricdə təhsil almaq üçün seçdikləri ölkələr sırasında Türkiyənin adı öndə gəlir. Buna səbəb kimi Türkiyə ilə ölkəmiz arasında olan iqtisadi, siyasi sıx bağlar, bu ölkədə təhsil haqqının digər Avropa ölkələrinə nisbətən aşağı olması, dil baxımından mövcud olan yaxınlıq, ölkələr arası məsafənin qısa olması və ən nəhayətində isə bu ölkədəki bir çox universitetlərin dünya sıralarında özlərinə kifayət qədər nüfuz qazanmaqda olmasını göstərmək olar. Bəs Türkiyənin hegemon universitetləri hansılardır? Gəlin, onlardan bir neçəsinə nəzər salaq:

1.ODTÜ (Orta Şərq Texniki Universiteti)

Universitet 15 Noyabr 1956-cı ildə təsis edilib və dövlət universitetidir. İlk olaraq Memarlıq ixtisası sahəsində təhsil verməyə başlasa da, bu gün İqtisadiyyat, İdarəetmə, İnşaat mühəndisliyi, Kimya mühəndisliyi, Kompüter mühəndisliyi, Mexatronika, Maşın mühəndisliyi kimi onlarla sahədə bakalavriatura, magistratura, doktorantura pillələrində keyfiyyətli təhsil təklif edən qabaqcıl universitetlərdən biridir. Ortalama təhsil haqqı 3000 TL-dir. Universitet Türkiyənin paytaxtı Ankarada yerləşir.Bu isə o deməkdir ki, siz ölkənin ikinci ən böyük şəhərində məskunlaşmaqla yanaşı bütün hökumət idarələrinin də əhatəsində olacaqsınız. Bundan əlavə ODTÜ-nin Kiprdə də böyük kampusu vardır. Kipr kampusu daha çox xarici vətəndaş qəbul edir və Ankara kampusu ilə eyni keyfiyyətə malikdir. Kipr kampusunda 100%-ə qədər endirimlər mövcuddur. UUniversitet Azərbaycandaşlarını SAT 1 (minium 1200 bal, mühəndislik ixtisasları üçün 1360+ olması arzuolunandır), TQDK (minium 650 bal), A-level, IB və s imtahanlar ilə qəbulu həyata keçirir.

2.Hacettepe universiteti

Paytaxt şəhərdə yerləşən daha bir universitet isə Hacettepe universitetidir. Bu dövlət universiteti 8 iyul 1967-ci ildə qurulub. Türk, İngilis, Alman və Fransız dillərində təhsil verir. Universitetin 50.000-dən artıq tələbəsi var. Tibb,Diş həkimliyi, Əczaçılıq, Hüquq, İdarəetmə, İqtisadiyyat, Mühəndislik, Farmakologiya, Mediya, Beynəlxalq əlaqələr, Türk dili, Ədəbiyyat kimi ixtisaslarda bakalavr və magistr ixtisasları təkif edir. Bakalavr ixtisasları üçün SAT imtahanından minimum 1200 bal, magistratura səviyyəsi üçün isə TOEFL imtanından minimal 80 bal tələb edir. Hacettepe universiteti Pedaqogika, Tibb, Əczaçılıq, Farmakologiya sahələrində də dünyanın bir çox universiteti ilə rəqabətə girə bilər. Həmçinin, Tibb sahəsində
dünya üzrə 251-300 aralığındadır.

3.İTÜ (İstanbul Texniki Universiteti)

Türkiyənin ən çox əhali yaşayan şəhəri olan İstanbulda yerləşən və Türkiyədəki ilk texniki universitet olan İstanbul Texniki universitetinin tarixi çox qədimlərə gedib çıxsa da, texniki sahədəki başlanğıcı 1773-cü ildən saya bilərik. Universitet Memarlıq, İnşaat, Elektrik-Elektron, Gəmi inşaatı, Kompüter, Dənizçilik, İdarəetmə ixtisasaları üzrə çox keyfiyyətli təhsil verir. Universitet Mədən mühəndisliyi ixtisasında dünya sıralamasında 31-ci yerdə qərar tutub. Bu universiteti seçməklə, siz Fəza və Təyyarəçilik ixtisasında da yüksək səviyyəli təhsil ala bilərsiniz. Universitet SAT Subject (Math) imtahanı ilə qəbul həyata keçirir.

4.Boğaziçi universiteti

Universitetin ilk təməlləri 1863-cü ildə kollec olaraq atılıb. Nyu Yorklu varlı tacir olan Kristofer Robert, Amerikanın sərhədlərindən kənarda yerləşən ilk kolleci yaratmaq üçün İstanbulu seçib. 1971-ci ildən isə rəsmi olaraq Türk hökumətinin üzərinə keçib. Bu universitetdə siz Fəlsəfə, Kimya mühəndisliyi, Maşın mühəndisliyi, Tikinti mühəndisliyi, Riyaziyyat, Molekulyar biologiya, Beynəlxalq ticarət, Sosiologiya, Tarix, bir sıra xarici dillər, Turizm idarəçiliyi, Bədən tərbiyəsi kimi çoxsaylı sahələrdə təhsilinizi akademik səviyyədə davam etdirə bilərsiniz. Universitet dünya reytinqində Elektrik-Elektron mühəndisliyi sahəsində 201-250- ci pillələrdə qərarlaşıb. İstanbulun mərkəzi ərazilərindən olan Beşiktaşda yerləşən bu universitet sizə güclü təhsil verməsi ilə yanaşı şəhər həyatınının zövqünün də qarantiyasını verir. Təkcə elə 6 müxtəlif kampüsünün olduğunu demək universitetin nə qədər böyük və köklü olması haqqında yetəri qədər təəssürat yaradır. Universitet TOEFL imtahanından minimum 79 bal tələb edir.

5.Koç universiteti

Bu gün Türkiyədə kifayət qədər böyük nüfuza sahib olan Koç ailəsinin adını daşıyan bu universitet Türkiyədə siyasət sahəsində ən güclü təhsil verən universitet olması ilə yanaşı dünya sıralamasında da Siyasi əlaqələr, Siyasət elmləri və Arxeologiya ixtisalarında ən güclülərlə yarışaraq 151-200-cü sıralara adını yazdırmağı bacarıb. 1993-cü ildə universitet statusu almış bu özəl təhsil müəssisəsi tələbələrinə Hüquq, Tibb, Psixologiya, Sosiologiya, İngilis dili və ədəbiyyatı, Genetika, Mediya, Riyaziyyat, Kimya, bir çox sahədə mühəndislik, İqtisadiyyat, Benəlxalq münasibətlər, İdarəetmə kimi ixtisaslarda mükəmməl təhsil almaq şansı yaradır. Universitetə qəbul SAT imtahanından minimum 1170 (Tibb və hüquq ixtisasları üçün
minimum 1410), TOEFL imtahanından isə ən azı 80 bal toplamaqla mümkündür. Lakin onu da qeyd etmək lazımdır ki, bu qədər prestijin qarşılığında universitet Türkiyədə iki ən yüksək təhsil haqqı tələb edən universitetdən biridir. Belə ki, bakalavr ixtisasları burda 77.000 lirədir (Tibb üçün isə 105.500 lirə). Yaxşı tərəfi isə, burada magistratura ixtisaslarının tamamilə pulsuz olmasıdır. Bunun üçün GRE və ya GMAT imtahanlarından mümkün qədər yüksək bal toplamaq tələb olunur.

6.Sabancı universiteti

Universitet 1994-cü ildə Hacı Ömər Sabancı vəqfi tərəfindən yaradılmışdır. Ailə universiteti olan bu universitet Türkiyənin ilk liberal təhsil verən universiteti sayılır. Bu təhsil sisteminə əsasən, ilk iki il tələbələr bütün dərslərdə iştirak edir, bundan sonra isə özlərinə uyğun ixtisası seçirlər. Köklü bir ailə keçmişinə sahib olan Sabancılar öz tələbələri üçün təhsil aldıqları müddətdə bir çox nüfuzlu şirkətdə təcrübə keçmək imkanı yaradır. Universitet sizlərə Molekulyar biologiya, Biomühəndislik, Kompüter mühəndisliyi, Sənaye mühəndisliyi, Nano mühəndislik, Siyasət, İdarəçilik elmləri kimi ixtisaslar təklif edir. Universitet qəbulu SAT imtahanından minimum 1100, DİM-in keçirdiyi imtahandan isə ən azı 490 bal toplamaqla həyata keçirilir. Universitetin illiyi 18.000$ təşkil edir. Universitet texnologiya sahəsində ən yaxşılardan biridir. Dünya sıralamasında Maşın mühəndisliyi və Aviasiya ixtisasında 301-350-ci yerlərdədir. Sabancı universiteti İstanbuldan kənarda, şəhərin səs-küyündən uzaq bir sakitçilikdə yerləşir.

7.Bilkent universiteti

Universitet 1984-cü ildə İhsan Doğramacı tərəfindən qurulmuşdur. Türkiyənin ilk vəqf universitetidir. Bu təhsil müəssisəsi adını “Bilim Kenti” birləşməsinin qısaltmasından götürüb. Paytaxt Ankarada yerləşən bu universitet Kompüter və İngilis dili sahəsində müəllimlik, Fizika, Kimya, Riyaziyyat, İç memarlıq, İqtisadiyyat, Siyasət, Tərcüməçilik, Amerika mədəniyyəti, Hüquq, Arxeologiya, Musiqi, Teatr kimi ixtisaslarda təhsil verir. Həmçinin Sənaye mühəndisliyi, Maşın mühəndisliyi kimi ixtisasları da var. Universitetin Beynəlxalq münasibətlər və Siyasət elmləri üzrə verdiyi təhsil dünya sıralamasında da rəğbət qazanıb. Burada oxuyan 13.000 tələbənin 65%-i təqaüdlə təhsil alır. Universitetin illik ödənişi 14.500 $ təşkil edir. Azərbaycanlı tələbələr üçün DİM-in keçirdiyi imtahandan 1-ci qrup üzrə 550, digər qruplar üzrə 450 minimal bal lazımdır. Onu da qeyd edək ki,
burada təhsil İngilis dilində aparılır.

CELT Colleges xaricdə təhsil komandası olaraq, yuxarıda qeyd olunan universitetlərə müraciət üçün sizlərə əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.

 

CELT Colleges Narimanov

email: narimanov@celt.az

address: Haydar Aliyev Ave 79/2

phone number: (012) 566 48 23

26 thoughts on “Türkiyənin reytinq siyahısına liderlik edən 7 universiteti”

  1. Salam, isveçdə yerləşən World maritime universitydə magistr təhsili almaq istəyirəm, GPA 86dı, təqaüdlə təhsil almaq mümkündürmü? Və IELTS neçə istəyir?

  2. Salam,magistaturanın hüquq fakültəsini Türkiyə də oxuyub,daha sonra Azərbaycanda işləmək mümkündür?Bəs Hüquq fakültəsi ən yaxşı hansı Universitetdədir?

    1. Bəli ama harda hüquq oxusanız sonra Azərbaycanda dövləq hüquq orqanlarında işləmək istəyirsinizsə hüquq imtahanı verməlisiniz.

    1. Salam.
      Övladım hal hazırda 10 sinif şagirdidir.SAT proqramı haqqında məlumat əldə etmək istərdim.Müddət,qiymət?
      Şagirdin öhdəliyi,tələb olunan sənədlər?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə i