Türkiyənin tarixin daşıyıcısı – İstanbul Universiteti

Bu gün sizlərə bəlkə də bir çoxlarınız üçün arzu olan və yaxud bir çoxunuzun təhsil aldığı universitet haqqında danışacağam.

Türkiyə universitetləri və Türkiyə təhsili digər Azərbaycandakı təhsildən fərqlənir. Türkiyədə təhsil sistemi və qəbul sistemi bizdəki kimi dövlət tərəfindən yaradılan hər hansı bir qurum tərəfindən deyil, hər bir universitetin özünü idarəetmə sistemi ilə idarə edilir. Əlbətdəki dövlətin nəzarəti ilə….

Lakin hər bir universitet öz qəbul qaydalarını hər il yeniləyir və yaxud dəyişir. Məs: Türkiyədə hər hansı universitetə bu ilki qəbul ilə keçən ilki qəbul qaydaları fərqlənə bilər və yaxudda normal olaraq yeni dərs ili başlayana qədər qəbul keçirilirsə, lakin hər hansı bir universitet ilin ortası və yaxud yeni ilin başlanğıcında bir daha qəbul elan edə bilər. Yəni bütün dövlət və özəl universitetlər müstəqil olaraq özünü idarəetmə sisteminə malikdir və bütün universitetlər dövlət tərəfindən nəzarət və müşahidə altındadır.

Deməli keçək bloqmuzun əsas mövzusuna….

Türkiyədə təhsilin əsası sayılan və ən qədim universitetlərindən biri olan və hətda birincisi olan İstanbul Universiteti haqqında danışmaq istəyirəm. Bu universitetdə təhsil almaq mənim arzularımdan biri olmuşdur ki, sonradan həyata keçsə də çox təəsüf ki, bu təhsilimi tamamlaya bilmədim. Bu universitetə niyə qəbul olmaq istəyirdim? Hər zaman bu sualı mənə bir çoxları hətda bir vaxtlar özümə də bu sualı verirdim.

Bildiyiniz kimi bu universitetin tarixi 1453-cü ildən başlayır. O zaman ki, məhz Osmalı sultanı Sultan Mehmet tərəfindən Konstantinopl şəhəri fəth edilmiş və İstanbul adlandırılmışdır. Yəni bu universitet öz tarixi zənginliyi və çox böyük gizli məqamları ilə məni özünə cəlb etmişdir. Bəyazit Meydanında yerləşən universitetin əsas giriş qapısı tam bir tarixdir ki, ona mən baxdıqca məndə müxtəlif fikirlər yaranırdı və düşünürdüm ki, bu qapılar özündə yalnız təhsil ocağına açılan bəsid qapı yox, o daha çox imkanlara, daha sirli məqamlara açılan qapıdır ki, onu mən dərindən öyrənməliyəm. Daha sonra qeyd edim ki, bu Bəyazit meydanı Roma İmperiyası dövründə “Öküz meydanı” kimi məşhur olub və burada müxtəlif tarixi hadisələr baş vermişdir.

İstanbul universitetinə digər Türkiyə universitetlərinə nisbətən qəbul olmaq çətin olsada çox böyük bir qürurdur. Yadımdadır məndə bura ani olaraq qəbul olmaq imkanı yarandı ki, buna inanmırdım. Hətda səhv etmirəmsə 2011-ci ilin yanvar ayında İstanbul Universiteti yalnız attestatla qəbul elan verdikdə  mən gecikdiyimə görə özümü çox qınamışdım.

XX əsrə qədər müsəlman məktəbi kimi fəaliyyət göstərən İstanbul Universiteti 1923 –cü ildə Türkiyə Cumhuriyyəti yarandıqdan sonra 1927-1933 –cü illərdə yenilnib Türkiyənin ali təhsil ocağı kimi formalaşmışdır. 1925 –ci ildə isə bu universitetdə Türkiyənin ən böyük kitabxanası fəaliyyətə başlamışdır ki, burada 250 mindən çox kitab və 18 mindən çox əl yazısı saxlanılır. Düşünün bu nə deməkdir…. Bu kitabxana Türkiyənin ümumilikdə tarixin keçmişinin və gələcəyini özündə daşıyır…

Universitetin 60 mindən çox tələbəsi vardır ki, ildən ilə bu rəqəm daha da artır.

Böyük tarixə malik bir təhsil ocağı haqqında kiçik bloqumuz bu qədər…

Sonda bu universitetdə təhsil almaq istəyənlərə arzularının çin olmasını, təhsil alanlara isə böyük avantaja malik universitetin avantajından maksimum istifadə edib böyük karyera qurmağı arzulayıram…

10 thoughts on “Türkiyənin tarixin daşıyıcısı – İstanbul Universiteti”

  1. Salam müəllim Cerrahpaşa Universiteti İstanbul Universitetinin nəzdində fəaliyyət göstərir?Yəni İstanbul Universiteti kimi qəbul olunur?Bir də SAT üzrə minimal keçid balı 1100-dür.Mən SAT 1300-1350,TOEFL 102,TÖMER C2,Beynəlxalq STEAM və Hippo olimpiadası ikincisi,Owlypia yarışı üzrə bir birincilik və bir üçüncülük kimi nəticələr ilə bu universitetdə Kompyuter mühendisliyində oxuya bilərəm?

  2. uluslararasi iliskiler ve siyaset bilimi bolmesinde tam ingilisce oxumaq ucun istanbul yoxsa bogazici yaxsidir? umumiyyetle turkiyede en yaxsi siyaset dersi veren hansi dovlet universitetidir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next